“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.09.2013, 10:41
1580

9 sentyabr

A- A+

9 sentyabr 1828 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub...

Azərbaycan

 

9 sentyabr 1876 – Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (1876 - 22.9.1964) Şuşada anadan olub. Azərbaycan musiqisi tarixində “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb. 

 

9 sentyabr 1937 - Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937-13.6.2009) anadan olub. Səməd Vurğunun ev-muzeyinin baş mühafizi və direktoru (2006-2009) işləyib. 

 

9 sentyabr 1939 - Xalq artisti, Prezident təqaüdçüsü İrina Aleksandrovna Perlova (1939- 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.

 

Dünya

 

9 sentyabr 1583 - İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi, 1583-1643) anadan olub.

 

9 sentyabr 1769 - Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. Əsərləri: “Üzü köçürülmüş Eneida”, “Natalka Poltavka” və s.

 

9 sentyabr 1828 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 - 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” (pyeslər) və s.

 

9 sentyabr 1908 - İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese, 1908-1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.

 

9 sentyabr 1930 – Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Nadejda Rumyanseva (1930-2008) anadan olub. Filmləri: “Qızlar”, “Yanacaqdoldurma stansiyasının kraliçası”, “Balzaminovun evlənməsi” və s.

 

9 sentyabr 1960 – Məşhur ingilis kinoaktyoru Hyu (Hugh) Qrant anadan olub. Filmləri: “Acı ay”, “Dörd toy və dəfn”, “Ağıl və hiss”, “Bricit Consun gündəliyi”, “Real məhəbbət” və s.  

 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi