“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.09.2013, 09:58
1581

11 sentyabr

A- A+

11 sentyabr 1913 - Tanınmış kinorejissor və operator, Xalq artisti Muxtar Dadaşov anadan olub.

Azərbaycan

 

11 sentyabr 1913 - Tanınmış kinorejissor və operator, Xalq artisti Muxtar Dadaşov (1913 - 7.5.1998) anadan olub. Bir sıra sənədli və bədii filmlərin operatoru olub. Quruluş verdiyi filmləri: “Arşın mal alan” (1965, Tofiq Tağızadə ilə birgə), «Qanun naminə», «Bakıda küləklər əsir» və s.

 

Dünya

 

11 sentyabr 1524 — Fransız şairi Pyer de Ronsar (Pierre de Ronsard; 1524-1585) anadan olub. Əsərləri: “Odalar”, “Himnlər” və s.

 

11 sentyabr 1862 - Amerika yazıçısı, novella janrının ustası O.Henri (O.Henry - William Sydney Porter; 1862-1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.

 

11 sentyabr 1865 - Latviya şairi və dramaturqu Yan Raynis (Pliekşans) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.

 

11 sentyabr 1894 – Tanınmış Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Petroviç Dovjenko (1894-1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Şors”, “Aeroqrad”, “Miçurin” və s.

 

11 sentyabr 1885 — İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885-1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Oğullar və məşuqlar”, “Göy qurşağı”, “Vurğun qadınlar”, “İtgin qız”, “Ledi Çatterleyin məşuqu”.

 

11 sentyabr 1903 - Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno, 1903-1969) anadan olub.

 

11 sentyabr 1914 - Görkəmli türk maarifçisi, naşir və mütəfəkkir İsmayıl Qaspıralı (Gasprinski) (8.3.1851 - 11.9.1914) vəfat edib. Türk xalqlarının mədəniyyəti və maarifçiliyi yolunda böyük xidmətlər göstərmiş İsmayıl Qaspıralı Krımda, Baxçasaray yaxınlığındakı Avcıköy kəndində doğulmuşdu. Uzun illər türk dünyasının maariflənməsində rol oynamış "Tərcüman” qəzetinin naşiri olub.

 

11 sentyabr 1937 - Rusiya müğənnisi, SSRİ Xalq artisti İosif Davıdoviç Kobzon anadan olub.

 

11 sentyabr 1940 - Amerika kinorejissoru Brayan de Palma (Brian de Palma) anadan olub. Filmləri: “Qəzəb”, “Toxunulmazlar”, “Kerri”, “Kainin tərbiyəsi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi