“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.09.2013, 10:04
1037

14 sentyabr

A- A+

14 sentyabr 1939 - Yazıçı-dramaturq Aslan Qəhrəmanlı (1939-2014) Ağstafa rayonunun Yenigün kəndində anadan olub...

Azərbaycan

 

14 sentyabr 1880 - Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Yazıçının "Neft və milyonlar səltənətində" povesti əsasında 1916-cı ildə eyniadlı ekran əsəri – Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.

 

14 sentyabr 1911 – Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911-1980) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Sələsüz kəndində anadan olub.

 

14 sentyabr 1939 - Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 - 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Televiziya tamaşaçılarının rəğbətini qazanmış "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" pyesləri ilə məşhurlaşıb. "Döngə", "Burulğan", "Ürək” və s. pyeslərin, “Qızıl zəncirli açar” kitabının (povestlər və hekayələr) və s. müəllifidir.

 

14 sentyabr 1957 - Şair, publisist Rüstəm Behrudi (Rüstəm Hidayət oğlu Alməmmədov) Ordubad rayonunun (Naxçıvan MR) Behrud kəndində anadan olub. "Yaddaşlara yazın", "Şaman duası" və s. kitabların müəllifidir.

 

14 sentyabr 1989 - Naxçıvan Dövlət Kukla Teatrının yarandığı gündür.

 

14 sentyabr 1992 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu, 15.6. 1924, Ağstafa - 1992) vəfat edib. "Azad", "Yolda" pyesləri, “Bahar gələndə”, “Sən mənimlə get”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.

 

Dünya

 

14 sentyabr 1321 - Böyük italyan şairi Dante Aliqyeri (Dante Alighieri, 15.5.1265, Florensiya - 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema 3 hissədən (“Cəhənnəm", "Əraf", "Cənnət"), hər hissə 33 nəğmədən ibarətdir.

 

14 sentyabr 1618 - Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely - Pieter van der Faes, 1618-1680) anadan olub.

 

14 sentyabr 1898 - Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898-1994) anadan olub. Filmləri: “Karamazov qardaşları” (Fyodor), “On iki stul” (1976) və s.

 

14 sentyabr 1914 - İtalyan kinorejissoru Pyetro Cermin (Pietro Germi, 1914-1974) anadan olub. Filmləri: “Qanun naminə”, “İtalyansayağı boşanma” və s.

 

14 sentyabr 1961 - Alman aktrisası, «Oskar» mükafatı (2006) laureatı Martina Qedek (Martina Gedec) anadan olub. Filmləri: “Özgələrin həyatı”, “Yalan tamah” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 17

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 71

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 349

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 407

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 350

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 419

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 580

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1306

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 596

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 534

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 455

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 351

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 335

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 126

Redaktorun seçimi