“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.09.2013, 09:39
1249

22 sentyabr

A- A+

22 sentyabr 1909 - İlk azərbaycanlı kinorejissorlardan biri olan Səməd Mərdanov anadan olub...

Azərbaycan

 

22 sentyabr 1865 -  Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) anadan olub. "Nicat" (1906) və "Səfa" (1912), "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib. Görkəmli aktrisa Nəsibə Zeynalovanın atasıdır.

 

22 sentyabr 1909 - İlk azərbaycanlı kinorejissorlardan biri olan Səməd Mərdanov (1909 – 6.8.1939) anadan olub. 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılıb) bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.

 

22 sentyabr 1929 - Türkiyədəki Azərbaycan Kültür Dərnəyinə uzun illər rəhbərlik etmiş Əhməd bəy Qaraca (1929-16.5.2005) anadan olub. Ə.Qaracanın ailəsi 1924-cü ildə Azərbaycandan Türkiyəyə köcmüşdü. M.Ə.Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyində fəallıq göstərən Ə.Qaraca 1955-ci ildən bu quruma rəhbərlik edib. Türkiyədə nəşr edilən “Azərbaycan” jurnalının redaktoru olub. 

 

22 sentyabr 1929 - Əməkdar elm xadimi, filosof  Həsən İsmayıl oğlu Şirəliyev (1929-30.11.1997) anadan olub.  BDU-nin professoru, politologiya və sosiologiya kafedrasının müdiri olub.

 

22 sentyabr 1964 – Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (9.9.1876, Şuşa - 1964) vəfat edib. Azərbaycan musiqisi tarixində “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.

 

Dünya

 

22 sentyabr 1694 - İngilis yazışısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.
 

22 sentyabr 1875 - Litvalı rəssam və bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus (Nikolay) Çörlenis (1875-1911) anadan olub.
 

22 sentyabr 1893 - Görkəmli rus filosofu və yazıçısı Aleksey Losev (1893-1988) anadan olub.
 

22 sentyabr 1895 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Pol Muni (Meşilem Meyer Vayzenfroynd) Paul Muni - Meshilem Meier Weisenfreund, 1895-1967) anadan olub.
 

22 sentyabr 1938 - Məşhur Amerika akytoru və müğənnisi Din Ridin (Dean Cyril Reed, 1938-13.6.1986) doğum günüdür.
 

22 sentyabr 1940 - Əslən danimarkalı olan Fransa aktrisası Anna Karina (Hanna Karin Blarke Bayer) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi