“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.09.2013, 09:43
1530

30 sentyabr

A- A+

30 sentyabr 1920 – Tanınmış rejissor, aktyor Lətif Səfərov Şuşada anadan olub...

Azərbaycan

 

30 sentyabr 1139 - Gəncədə dəhşətli zəlzələ baş verib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub. Zəlzələ zamanı baş verən torpaq sürüşmələri nəticəsində Kəpəz dağının ətəyində Göygöl yaranıb

 

30 sentyabr 1920 – Tanınmış rejissor, aktyor Lətif Səfərov (1920 - 9.12.1963) Şuşada anadan olub. “Sevil”, “Lətif”, “Şərqə yol” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının sədri olub.

 

30 sentyabr 1945 - Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945– 1983) Şəkidə doğulub. M.Qorki adına Ümumittifaq mükafatı laureatı olub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “ Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.

 

30 sentyabr 1950 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884-1950) vəfat edib. Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operası, "Əlli yaşında cavan" musiqili komediyasının müəllifidir.

 

30 sentyabr 1962 – Xalq artisti, aktrisa Laləzar Bəşir qızı Mustafayeva Balakən rayonunun Qullar kəndində doğulub. 1990-cı ildən Milli Dram Teatrında çalışır. Filmləri: “Qara "Volqa", “Qəzəlxan”, “Güllələnmə təxirə salınır!” və s.  

 

30 sentyabr 1991 - Məşhur xanəndə Səxavət Məmmədov (10.10.1953 - 1991) dünyasını dəyişib.

 

30 sentyabr 2002 - "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edilib.

 

Sentyabrın sonu 1924 - Bakıda Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.

 

Sentyabrın sonu 1936 - Nuxa (Şəki) Dövlət Dram Teatrının açılışı olub.

 

Dünya

 

30 sentyabr 1707 - İtalyan rəssamı Petro Rotari (Pietro Antonio Rotari, 1707-1762) anadan olub.

 

30 sentyabr 1715 - Fransız filosofu, assosiativ psixologiyanın banisi Etyen de Kondilyak (Etienne Bonnot de Condillac, 1715-1780) anadan olub.

 

30 sentyabr 1917 - Məşhur teatr rejissoru, Rusiyanın Xalq artisti, pedaqoq Yuri Lyubimov (1917-2014) anadan olub. Uzun illər Taqanka Teatrının rəhbəri olub, 1984-1988-ci illərdə məcburi mühacirətdə (sovet vətəndaşlığından məhrum edilərək) yaşayıb. 

 

30 sentyabr 1921 - İngilis aktrisası, «Oskar» laureatı Debora Kerr (Deborah Jane Kerr-Trimmer, 1921-16.10.2007) anadan olub.

 

30 sentyabr 1924 - Amerika yazıçısı Truman Kapote (Truman Capote - Truman Streckfus Persons, 1924-1984) anadan olub.

 

30 sentyabr 1928 - Amerika yazıçısı və pedaqoqu, Nobel sülh mükafatı (1986) laureatı Eli Vizel (Elie Wiesel; 1928-2016) anadan olub.

 

30 sentyabr 1961 - Amerika aktyoru Erik Ştols (Eric Stoltz) anadan olub.

 

30 sentyabr 1964 - Məşhur italyan aktrisası Monika Belluççi (Monica Anna Maria Bellucci) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi