“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.09.2013, 09:40
1556

6 sentyabr

A- A+

6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti vəfat edib...

Azərbaycan

 

6 sentyabr 1916 - İlk azərbaycanlı təyyarəçi, çar Rusiyası ordusunun zabiti Fərrux ağa Qayıbov I Dünya müharibəsində Vilnüs üzərində ilk hava döyüşundə iştirak edib. Lakin azərbaycanlı hərbi təyyarəçinin döyüş yolu qısa olub. Sentyabrın 12-də baş verən döyüşdə Qayıbov almanların təyyarəsini vurduqdan sonra həlak olub.

 

6 sentyabr 1935 - Şair, publisist, dramaturq Əvəz Mahmud Lələdağ (Əvəz Cəlal oğlu Mahmudov) Zəngəzur mahalının Ağdü kəndində anadan olub. Kitabları: "El yada düşdü", "Dağlar marala qaldı", "Ömür payı", “Bu dünyaya könül verdim" və s. Əsərləri Sumqayıt Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.

 

Dünya

 

6 sentyabr 1860 - Amerika filosofu və sosioloqu, Nobel sülh mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.

 

6 sentyabr 1928 - Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.

 

6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 - 2007) vəfat edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi