2 dekabr
2 dekabr 1929 – Şair, pedaqoq, tərcüməçi Həsənəli xan Qaradaği vəfat edib...
Azərbaycan
2 dekabr 1929 – Şair, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, teatr xadimi Həsənəli xan Qaradaği (28.1.1848, Şuşa - 1929) vəfat edib. Rus satirik şairi İ.S. Krılovun təmsillərini ilk dəfə dilimizə çevirib, A.O.Çernyayevski ilə birgə Azərbaycan dilində “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
2 dekabr 1930 - Şair, ədəbiyyatşünas alim Şükür Xasay oğlu Xanlarov (1930 -10.5.2001) anadan olub.
2 dekabr 1938 – Şair-publisist, Əməkdar jurnalist Zeynal Vəfa (Zeynalabdin İsmayıl oğlu Zeynalov) Naxçıvan şəhərində anadan olub. Kitabları: "Mənim körpə çinarım", "Qəlbimin səsi", "Əgər sevirəm desən", “Beşiklərdən gələn səslər","Ömrün beşinci fəsli" və s.
Dünya
2 dekabr 1859 - Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat; 1859-1891) anadan olub.
2 dekabr 1888 – Məşhur türk yazıçısı, şair, teatr xadimi Namiq Kamal (21.12.1840 - 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən yaxud Silistre” və s.
2 dekabr 1891 - Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub.
2 dekabr 1923 - Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.
2 dekabr 1981 – Məşhur amerikalı müğənni, aktrisa Britni Spirs (Britney Jean Spears) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: