“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.12.2013, 10:36
1500

30 dekabr

A- A+

30 dekabr 1926 - Tanınmış müğənni, Xalq artisti Əbülfət Əliyev Şuşada doğulub...

Azərbaycan

 

30 dekabr 1909 - Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İsgəndərov (1909-1965) anadan olub.

 

30 dekabr 1926 - Tanınmış müğənni, Xalq artisti Əbülfət Əliyev (1926 - 27.12.1990) Şuşada doğulub. Bir sıra opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Şah İsmayıl" və s.) əsas rolları ifa edib.

 

30 dekabr 1954 - Xalq artisti Fatma Yaqub qızı Mahmudova Ağdam rayonunda doğulub. Səhnə fəaliyyətinə Ağdam Dövlət Dram Teatrında başlayıb, 1994-cü ildən Dövlət Musiqili Komediya Teatrının aktrisasıdır.

 

30 dekabr 1962 - Kamança ifaçısı, Əməkdar artist Elşən Məmməd oğlu Mənsurov anadan olub.

 

Dünya

 

30 dekabr 1819 – Alman yazıçısı Teodor Fontane (Theodor Fontane; 1819-1898) anadan olub. Poetik realizmin tanınmış nümayəndəsidir. Əsərləri: “Xəyanətkar qadın”, “Sesiliya”, “Yollar-yolayrıcları”, “Xanım Jenni traybel” və s.

 

30 dekabr 1919  - Fransız fantast-yazıçısı, arxeoloq Fransis Karsak (əsl adı Frnsua Bord - François Bordes ; 1919-1981) anadan olub.

 

30 dekabr 1865 – Məşhur ingilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1907) laureatı Redyard Kiplinq (Joseph Rudyard Kipling; 1865-18.1.1936)  Bombeydə doğulub. Uşaqlar üçün “Cəngəlliklər kitabı”, “Yeddi dəniz” şeirlər toplusu və s. əsərlərin müəllifidir.

  

30 dekabr 1904  - Məşhur rus bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti Dmitri Borisoviç Kabalevski (1904-14.2.1987) anadan olub. Əsərləri: “Kola Brunyon” (Romen Rollanın eyniadlı povesti əsasında) operası, “Qızıl sünbüllər” baleti, “Bahar nəğməsi” operettası.    

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi