“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.12.2013, 09:44
1275

18 dekabr

A- A+

18 dekabr 1921 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yuri Nikulin anadan olub...

Azərbaycan

 

18 dekabr 1928 - Görkəmli xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 - 1989) Salyan rayonunda doğulub. Milli operalarımızda yaddaqalan obrazlar yaradıb: Məcnun, İbn-Salam, Kərəm (Ü.Hacıbəyli - “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Şah İsmayıl (M.Maqomayev - “Şah İsmayıl”) və s.

 

18 dekabr 1930 – Tarixçi alim, Əməkdar elm xadimi Süleyman Sərdar oğlu Əliyarlı (1930 – 16.1.2014) Beyləqan rayonunun Şahsevən kəndində doğulub. “Azərbaycan tarixi üzrə qaynaqlar”, "Azərbaycan türklərinin etnogenezi" və s. mövzularda tədqiqatların müəllifidir. Milli Məclisin Toponimiya Komissiyasının sədri (1989-2000) olub.

 

18 dekabr 1934 - Şair-dramaturq Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov) anadan olub.

 

18 dekabr 1957 - Yazıçı, şair, dramaturq Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Zəngəzur qəzası, Şəki kəndi - 1957) vəfat edib. İkicildlik «Zəngəzur» romanının, “Qadın azadlığı”, “Şəfəq”, Bahar nəğməsi və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.

 

18 dekabr 1997 - Prezident Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında» fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib, terror və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.

 

Dünya

 

18 dekabr 1921 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yuri Vladimiroviç Nikulin (1921 - 21.8.1997) anadan olub. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva Sirkinə rəhbərlik edib.

 

18 dekabr 1946 – Məşhur Amerika kinorejissoru (“İndiana Cons”, “Şindlerin siyahısı” və s.), ssenarist, prodüser Stiven Spilberq (Steven Allan Spielberg) anadan olub. Filmləri: “Yadplanetli”, “Yura dövrünün parkı”, “Dünyaların savaşı”, “Sıravi Rayanı xilas etməli” və s.

 

18 dekabr 1963 - Amerika aktyoru və prodüseri Bred Pitt (William Bradley «Brad» Pitt) anadan olub.

 

18 dekabr 1980 - Amerika aktrisası və pop-müğənnisi, beş dəfə “Qremmi” mükafatçısı Kristina Aqilera (Christina Maria Aguilera) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi