“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.12.2013, 10:51
1289

5 dekabr

A- A+

5 dekabr 1941 - Görkəmli şair, dramaturq Hüseyn Cavid Sibirdə sürgündə vəfat edib...

Azərbaycan

 

5 dekabr 1906 - Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvanın Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, 1933-cü ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. “Səhər” (Mirəli), “Kölgələr sürünür” filmlərində çəkilib.

 

5 dekabr 1912 - Əməkdar incəsənət xadimi, rəssam və teatr xadimi Sadıq Hüseyn oğlu Şərifzadə (1912-2.1.1986) Təbrizdə аnаdаn оlub. Rəsmləri: "Səttarxan fədailərinin Təbrizi müdafiəsi", “Sərkərdə Babəkin porterti” və s.

 

5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. "Görüş" (Musa), "O olmasın, bu olsun" (Əzim Əzimzadə), "Onu bağışlamaq olarını?" (Qüdrət), "Aygün" (Əmirxan) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

5 dekabr 1924 – Aktrisa Şəfiqə Qasım qızı Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Görüş”, “Ögey ana” (Zeynəb), “Milli bomba” filmlərində çəkilib.

 

5 dekabr 1924 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır” (Kamil Rüstəmbəyovla birgə) və s. filmlərə quruluş verib.

 

5 dekabr 1925 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008) Laçında doğulub. Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri olub.

 

5 dekabr 1927 - Tanınmış yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (1927 - 26.10.2014) Füzuli rayonunun Dədəli kəndində anadan olub. “Azərbaycanfilm”in direktoru, “Azərnəşr”, “Yazıçı” nəşriyyatlarının baş redaktoru olub. “Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "İlk məhəbbət" romanları, "Qayaların göz yaşı" povesti, "Gülüstanda qətl" pyesi, sənədli filmlərin ssenari müəllifidir. Ç.Aytmatovun əsərlərini dilimizə tərcümə edib.

 

5 dekabr 1941 - Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 - 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam”, “Səyavuş”, “Peyğəmbər” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə, Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunda sürgündə dünyasını dəyişib. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub. 

 

5 dekabr 1947 – Tanınmış aktrisa, Xalq artisti, Prezident təqaüdçüsü Larisa Afanasyevna Vinoqradova (1947 - 16.9.2009) Türkmənistanın Mari şəhərində anadan olub. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. “Yaşıl eynəkli adam” televiziya tamaşasında, “Yoxlama” teleserialında çəkilib.

 

Dünya

 

5 dekabr Beynəlxalq Könüllülər Günüdür (International Volunteer Day). BMT Baş Assambleyasının tövsiyəsi ilə 1985-ci ildən qeyd olunur.

 

5 dekabr 1791 - Dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 - 1791) vəfat edib. 

 

5 dekabr 1803 - Rus lirik şairi Fyodor İvanoviç Tyutçev (1803 - 1873) anadan olub.

 

5 dekabr 1861 - Rus rəssamı Konstantin Korovin (1861 - 1939) anadan olub.

 

5 dekabr 1870 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, père, 24.7.1802 - 1870) vəfat edib.

 

5 dekabr 1901 - Məşhur amerikalı multiplikasiya rəssamı, rejissor, ssenarist, prodüser Uolt Disney (Walter Elias "Walt" Disney, 1901 - 15.12.1966) anadan olub. «Walt Disney Productions» şirkətinin qurucusudur, cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.

 

5 dekabr 1903 - Niderland əsilli Almaniya aktyoru, müğənni Yohannes Hesters (Johannes Heesters; 1903 - 24.12.2011) anadan olub. Dünyanın ən qocaman aktyoru kimi 1997-ci ildə “Ginnesin rekordlar kitabı”na daxil edilib. 

 

5 dekabr 1966 – Fransız müğənnisi Patrisiya Kaas (Patricia Kaas) anadan olub. 1988-ci ildə işıq üzü görən “Mademuazel blüz oxuyur” albomu ilə məşhurlaşıb. Albomlarının ümumi tirajı 20 milyona yaxındır.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi