Azərbaycan tarixi günbəgün: 28 fevral
28 fevral 1992 - Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər qurulub.
28 fevral 1894 - Xalq artisti, kinoda və teatr tamaşalarında unudulmaz obrazlar yaratmış Mustafa Həşim oğlu Mərdanov (1894-28.12.1968) Cənubi Azərbaycanda (Mərənd) doğulub. Uşaq ikən ailələri Tiflisə, oradan Bakıya köçüb. “O olmasın, bu olsun” (Həsən bəy), “Əhməd haradadır?” (Məmməd), “Qanun naminə” (Murtuzov) və s. filmlərdə çəkilib.
28 fevral 1918 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 1918 - 4.1.2000) Kazan şəhərində doğulub. Milliyyətcə tatardır. “Bizim Cəbiş müəllim”, “Yol əhvalatı” və s. flimlərdə çəkilib.
28 fevral 1952 - Xalq artisti, bəstəkar Eldar Mənsurov anadan olub. Populyar mahnıların, bir neçə simofniya, simfonik muğam və s. musiqi əsərlərinin müəllifidir.
28 fevral 1990 - SSRİ Xalq Deputatlarının Qurultayı aqrar sahədə özəl təsərrüfatların yaradılmasına icazə verən qanun qəbul edib. Azərbaycanda ilk kəndli-fermer təsərrüfatları bu tarixdən sonra yaranmağa başlanıb.
28 fevral 1992 - Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrinin vahid komandanlıq altında birləşdirilməsi barədə fərman verilib. Bu iş müdafiə nazirinin 1-ci müavini, general-mayor Dadaş Rzayevə həvalə olunub. Prezident A.Mütəllibov Xocalının işğalından sonra bu gecikmiş addımı atmışdı.
28 fevral 1992 - Azərbaycan Amerika Birləşmiş Ştatları və Hindistanla (bu ölkələr Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də və 26-da tanımışdı) diplomatik münasibətlər qurub.
28 fevral 1993 - Erməni terror qrupunun Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partlatması nəticəsində 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.
28 fevral 1995 - Azərbaycanla Nepal arasında diplomatik əlaqələr qurulub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: