“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.02.2013, 16:50
1036

Azərbaycan tarixi günbəgün: 10 fevral

A- A+

10 fevral 1828 – Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən Türkmənçay sülh müqaviləsi bağlanıb.

Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, İran tərəfdən isə şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. 

Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Bundan öncə Gülüstan müqaviləsi (12 oktyabr 1813) ilə Azərbaycanın digər xanlıqları Rusiyaya birləşdirilmişdi.

Türkmənçay müqaviləsində İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də vardı.

 

10 fevral 1992 – Azərbaycanla Meksika arasında diplomatik münasibətlər qurulub. Meksika Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb.

 

10 fevral 1998 – Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ölüm hökmlərinin icrasına moratorium qoyulmuşdu. 1998-ci il yanvarın 22-də Heydər Əliyev ölüm hökmünün ləğvi barədə xüsusi bəyanat vermişdi. Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq bu hümanist addımı atdı.

 

10 fevral 2006 – Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundu başlayıb. Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə iki gün sürən danışıqlar erməni tərəfin qeyri-konstruktivliyi üzündən müsbət nəticə vermədi. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi