“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.02.2013, 16:52
1220

Azərbaycan tarixi günbəgün: 4 fevral

A- A+

4 fevral 1921 – Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıda anadan olub. 1930-cu ildə ailəsi ilə İrana köçüb.

Tehran Universitetini bitirdikdən sonra 1944-cü ildə ABŞ-a gedib, təhsilini Massaçusets Texnologiya Universitetində davam etdirib, Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə professor elmi dərəcəsi alıb. 1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb.

Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın ən aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində (NACA) istifadə olunur.

 

4 fevral 1930 – Görkəmli xanəndə, muğam ustası Əlibaba Məmmədov anadan olub. Əlibaba Məmmədov öz yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inlişafına dəyərli töhfələr verib.

 

4 fevral 1945 – Tanınmış müğənni və bəstəkar, xalq artisti Polad Bülbüloğlu anadan olub. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildə Azərbaycanın Rusiyada səfiri təyin edilib.

 

4 fevral 1954 – Azərbaycanda ən iri su elektrik stansiyası – Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib. Mingəçevir SES inşası 1945-ci ildə başlamışdı. Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiya şə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.

 

4 fevral 1974 – Görkəmli riyaziyyatçı alim, akademik, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Zahid Xəlilov (1911-1974) Bakıda vəfat edib. Zahid Xəlilov 1911-ci il yanvarın 17-də Qərbi Azərbaycan torpağı olan Borçalıda, Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Gürcüstanın Bolnisi rayonu) Saraclı kəndində anadan olmuşdu. 1962-1967-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olub.

 

4 fevral 1994 – Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş – “Əsrin müqaviləsi” bağlandı. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi