“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.03.2013, 16:41
1273

Azərbaycan tarixi günbəgün: 6 mart

A- A+

6 mart 1992 – Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında prezident Ayaz Mütəllibov istefa verməyə məcbur olub.

6 mart 1917 – Bakıda əsgər, zabit və fəhlə deputatları sovetləri yaradılmağa başlayıb. Bu, Rusiyadakı Fevral burjua inqilabı (27 fevral 1917) və çarizmin süqutundan sonra bolşeviklərin Bakıda hakimiiyətə gəlmək yönündə ilk addımı idi.

 

6 mart 1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, Azərbaycan Milli Şurasının sədri, “Müsavat” partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə Ankarada 71 yaşında vəfat edib. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdu. 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə getmiş, Türkiyədə, həmçinin 1930-1940-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik etmiş, "Azərbaycan" dərgisini nəşr etdirmişdi. Ankarada Əsri qəbristanlığında dəfn edilib.

 

6 mart 1990 – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti «Ermənistan SSR-in ərazi iddialarının yolverilməzliyi haqqında» qərar qəbul edib. Lakin bu cür formal qərarlarla Ermənistanın Azərbaycana qarşı işğalçılıq niyyətlərinin qarşısını almaq mümkün deyildi.

 

6 mart 1992 – Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında hakimiyyət dəyişikliyi baş verib. Martın 5-də Ali Sovetin sədri vəzifəsindən getmiş Elmira Qafarovanın ardınca prezident Ayaz Mütəllibov da istefa verməyə məcbur olub. Ali Sovetin sədri Yaqub Məmmədov, eyni zamanda, prezident səlahiyyətlərini icra etməyə başlayıb. 1992-ci il mayın 18-də Xalq Cəbhəsinin hakimiyyəti ələ alması ilə Yaqub Məmmədov vəzifəsindən kənarlaşdırıldı.

 

6 mart 1994 – Azərbaycan prezidenti Heydər Əliyev Çin Xalq Respublikasına rəsmi səfərə gedib. Səfər gedişində ikitərəfli sazişlər imzalandı, Çin rəhbərləyi Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi