“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.03.2013, 21:57
1655

Azərbaycan tarixi günbəgün: 31 mart

A- A+

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanı ilə qeyd edilir.

31 mart 1861 - Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bənzərsiz muğam ustası, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 – 20.4.1944) Şuşada anadan olub.

 

31 mart 1918 – Erməni silahlı dəstələrinin Bakıda azərbaycanlı əhaliyə qarşı başladığı qırğınlar dəhşətli həddə çatıb. Şaumyanın (“Bakı Soveti”) tabeçiliyindəki daşnak-bolşevik hərbi qüvvələri (10 min silahlı, Bakı buxtasındakı hərbi gəmilər) şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədiblər. Təkcə martın 31-də 8 minə yaxın azərbaycanlı öldürülüb, ümumilikdə martın 30-31-i və aprelin 1-də Bakıda 12 min nəfər qətlə yetirilmişdi. Erməni dəstələri bir çox tikililərə, «İsmailiyyə» binasına, Təzəpir məscidinə od vurmuşdular.

Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar - ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetiriliblər.

Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

 

31 mart 1936 - Xalq artisti, bəstəkar, caz musiqiçisi Rafiq Babayev (1936 – 19.3.1994) anadan olub. Bakı metrosunda baş vermiş terror hadisəsində həlak olub. Rəşid Behbudov adına Mahnı Teatrının musiqi rəhbəri, "Cəngi" folklor-caz kollektivinin yaradıcısı olub. Bir sıra filmlərə (“Anlamaq istəyirəm”, “Cin mikrorayonda”) musiqi bəstələyib.

 

31 mart 1992 - Dağlıq Qarabağ ətrafında işğalçı hücumlarını genişləndirən erməni silahlı qüvvələri Füzuli rayonunun Hoğa kəndini işğal ediblər.

 

31 mart 2002 - ABŞ Azərbaycan və Ermənistana silah satışına qoyduğu qadağanı (1993-cü ildən) ləğv edib. Vaşinqton qadağanın ləğvinin Qarabağ münaqişəsi tərəfləri arasında uzunmüddətli atəşkəs rejiminin davam etməsi sayəsində mümkün olduğunu bəyan edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi