“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.05.2013, 10:23
1346

Azərbaycan tarixi günbəgün: 25 may

A- A+

25 may 1920 - Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz olaraq üsyan başlanıb. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı...

 

25 may 1918 - Nuru paşanın başçılıq etdiyi Osmanlı hərbi heyəti Gəncəyə gəlib. Məqsəd bolşevik-daşnak «Bakı Kommunası» qoşunlarının Gəncəyə gözlənilən hücumuna qarşı hazırlıq görmək idi.

 

25 may 1920 - Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti üsyan başlanıb. Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı.

 

25 may 1992 - Moskvada Rusiya prezidenti Boris Yeltsin və Türkiyənin baş naziri Süleyman Dəmirəlin görüşündə Ermənistan və Azərbaycanı sülh danışıqlarına çağıran birgə bəyanat verilib.

 

25 may 1993 - Azərbaycandan Rusiya (keçmiş SSRİ) qoşunlarının çıxarılması başa çatıb. Gəncədəki sonuncu Rusiya hərbi kontingenti şəhəri tərk edib. Azərbaycandakı Rusiya (sovet) hərbi hissələrinin çıxarılması ilkin olaraq 1992-ci ilin avqustunda Naxçıvan Muxtar Respublikasından başlamışdı. 

 

25 may 2005 - Bakı yaxınlığındakı Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan hissəsinə neftin vurulması ilə bağlı mərasim keçirilib. Mərasimdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan prezidentləri, ABŞ-ın energetika naziri, ümumilikdə 30-dan çox ölkənin və şirkətin təmsilçiləri iştirak edirdi. 2005-ci ilin oktyabrında kəmərin Gürcüstan hissəsi işə salındı, 2006-cı ilin mayında neft Türkiyənin Ceyhan limanına yetişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

Xəbərlər
Redaktorun seçimi