“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.05.2013, 16:21
1513

Azərbaycan tarixi günbəgün: 5 may

A- A+

5 may 1920 – Azərbaycanda sovet hökuməti torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi barədə qərar qəbul edib.

5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Ədib həmçinin filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitab) və tərcüməçi olub, V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.

 

5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

 

5 may 1918 - Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru,  professor, Əməkdar elm xadimi Mirəli Seyidov (1918 – 26.4.1992) İrəvanda doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı" və s. kitabların müəllifidir.

 

5 may 1920 – Azərbaycan Müvəqqəti İnqilabi Komitəsi respublikada bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edib. Üstündən bir neçə il ötəndən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına verildi.

 

5 may 2006 – Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) dövlət başçılarının 9-cu sammiti keçirilib. 10 müsəlman ölkəsini birləşdirən ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib, Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları ilə birlikdə 1992-ci ildə quruma üzv olub, son olaraq təşkilata Əfqanıstan qəbul edilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi