“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.05.2013, 10:11
1388

Azərbaycan tarixi günbəgün: 22 may

A- A+

22 may 2002 - Vatikan dövlətinin başçısı, Roma Papası İkinci İohann Pavel Bakıya səfər edib. Bu, dunya katolikləri liderinin tarixdə Azərbaycana ilk gəlişi idi...

 

22 may 1918 - SSRİ xalq artisti, görkəmli aktyor, rejissor, pedaqoq Mehdi Məmmədov (1918-1984) anadan olub. Milli Dram Teatrında 1946-cı ildən rejissor və aktyor kimi fəaliyyət göstərib. Mehdi Məmmədovun quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur.

 

22 may 1937 - Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 - 3.5.2014) Bakıda anadan olub. «Babək» baletinin, musiqinin müxtəlif janrlarında əsərlərin müəllifidir. Bir sıra kinofilmlərə musiqi yazıb.

 

22 may 1990 - Dağlıq Qarabağda Ermənistan SSR parlamentinə seçkilər keçirilməsi cəhdi baş tutmayıb. Bundan bir qədər əvvəl Ermənistan parlamenti Dağlıq Qarabağ üzrə seçki dairələrinin yaradılması barədə qərar vermişdi. Azərbaycan Ali Soveti bu qərarın qeyri-qanuni, SSRİ və Azərbaycan SSR konstitusiyalarına zidd olduğunu bəyan etmişdi.

 

22 may 1995 - Azərbaycanla Laos Demokratik Respublikası (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik əlaqələr qurulub.

 

22 may 2002 - Vatikan dövlətinin başçısı, Roma Papası İkinci İohann Pavel Azərbaycan prezidenti Heydər Əliyevin dəvətilə Bakıya rəsmi səfərə gəlib. Bu, dunya katolikləri liderinin tarixdə Azərbaycana ilk gəlişi, müsəlman ölkələrinə etdiyi azsaylı səfərlərdən biri idi.

Səfər beynəlxalq aləmdə böyük rezonans doğurmuşduı. Papa Bakıdakı katolik kilsəsində ibadət etmiş, Azərbaycandakı dini konfessiyaların rəhbərlərilə görüşmüş, respublikamızda dini tolerantlığın yüksək səviyyədə təmin olunmasını təqdirlə qeyd etmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

Xəbərlər
Redaktorun seçimi