“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.05.2013, 16:03
1114

Azərbaycan tarixi günbəgün: 1 may

A- A+

1 may 1918 – «Bakı Komissarları Soveti»nin qoşunları Qubaya hücum edib. Daşnak Amazaspın başçılıq etdiyi dəstələr bölgədə dəhşətli qırğınlar törədiblər.

1 may 1494 – Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Məhəmməd Füzuli (1494-1556) Iraqın Kərbəla şəhərində anadan olub. Həmin dövrdə İraq Səfəvi dövlətinin tərkibinə daxil idi, əslən türk Bayat tayfasından olan Füzulinin ailəsi buraya Azərbaycandan köçmüşdü. Füzuli Azərbaycan türkcəsində, ərəb və fars dillərində yazıb. Ana dilində yazdığı "Leyli və Məcnun" poeması dünya ədəbiyyatının inciləıri sırasına daxildir. Şair Kərbəlada vəfat edib və İmam Hüseynin məqbərəsinin yanında dəfn olunub.

 

1 may 1900 – Çar Rusiyası hökuməti tərəfindən "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında” qanun verib. Bir qədər sonra bu qanun əsasında Cənubi Qafqaz qubernuyalarında pay torpaqlarını müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq qaydalarına dair Əsasnamə verildi. 

 

1 may 1918 – «Bakı Komissarları Soveti»nin qoşunları Qubaya hücum ediblər. Daşnak Amazaspın başçılıq etdiyi qoşun hissələri komandanlıq etdiyi «Bakı Soveti»nin qoşunları şəhərdə vəhşicəsinə qırğın törədiblər, 200-dən çox evi, məscidləri yandırmış, 3 minədək insanı qətlə yetirmişdilər. Sonrakı günlər Amazaspın quldur dəstələri Quba bölgəsinin 120-dən çox kəndində, o cümlədən dağ yəhudiləri arasında kütləvi qətliamlar şəyata keçiriblər.

 

1 may 1920 – Bakıda Xalq Cümhuriyyəti hökumətini devirəndən sonra bolşevik Rusiyasının ordu hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşıblar. Qısa döyüşdən ordu hissələri şəhəri ələ keçirdilər və Gəncədə də sovet hakimiyyətinin qurulduğu elan edildi. Mayın sonunda isə Gəncədə sovet hakimiyyətinə qarşı üsyan baş verdi və o, qəddarlıqla yatırıldı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi