“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.05.2013, 11:07
1528

Azərbaycan tarixi günbəgün: 17 may

A- A+

17 may 1639 - Səfəvi və Osmanlı imperatorluqları arasında növbəti müharibənin (1623-1639) yekunlarına əsasən Qəsri-Şirin sülh müqaviləsi bağlanıb. Azərbaycan torpaqlarının Səfəvilərin nəzarətinə keçməsi bir daha təsdiqlənib...

 

17 may  1639 - Səfəvi və Osmanlı imperatorluqları arasında növbəti müharibənin (1623-1639) yekunlarına əsasən, Qəsri-Şirin sülh müqaviləsi bağlanıb. Müqavilədə iki dövlət arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtləri təsdiqlənib. Həmin şərtlərə görə, Qərbi Gürcüstan Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu Azərbaycan torpaqları Səfəvilərin nəzarətinə keçmişdi.

 

17 may 1870 - Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 – 11.12.1933) Şuşada anadan olub. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub. Bakı Dövlət Universitetində (1921-1931) dərs deyib.

 

17 may  1921 - Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin dekreti ilə respublikada «ərzaq sapalağı» ləğv olunub. «Ərzaq sapalağı»na əsasən, kəndlilər tədarük etdikləri məhsulun artıq hissəsini hökumətin müəyyən etdiyi qiymətə dövlətə satmalı idilər. 1919-cu ildə Rusiyada tətbiq edilən sistem sovetləşmədən sonra Azərbaycanda da həyata keçirilirdi. 1921-ci ildə qismən yüngül sistemlə - ərzaq vergisi ilə əvəz olundu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi