“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.05.2013, 11:02
1429

Azərbaycan tarixi günbəgün: 20 may

A- A+

20 may 1992 - Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sərhədboyu yaşayış məntəqələrinə hücumları genişlənib...

 

20 may 1884 - Görkəmli ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. "Molla Nəsrəddin" jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.

 

20 may 1904 -Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) Şamaxı qəzasının Basqal kəndində doğulub. «Yoxuşlar», «Müharibə», «Dostluq qalası», «Tərs adamlar», «Dünya qopur» və s. romanların müəllifidir.
 

20 may 1907 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (1907 - 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb. 
 

20 may 1920 - Tanınmış filosof alim, professor, Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Göyüşov (1920-1984) Ağdamda anadan olub. 

 

20 may 1946 - Xalq şairi, publisist, tərcüməçi, ictimai-siyasi xadim Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, «Qan yaddaşı», «Ömür kitabı», «Atamın ruhu», «Xətai yurdu» və s. kitabların, “Cavad xan” filminin (2009) ssenari müəllifidir. 1990-cı ildən Azərbaycan parlamentinin deputatıdır.

 

20 may 1992 - Ermənistan silahlı qüvvələri Şuşa və Laçının işğalından sonra Azərbaycanın bütün sərhədboyu yaşayış məntəqələrinə hücumları genişləndiriblər. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında «UAZ-469» markalı avtomaşının ermənilər tərəfindən silahlı basqına məruz qalması nəticəsində 2 azərbaycanlı həlak olub, 2 nəfər yaralanıb.

 

20 may 2004 - Azərbaycan Respublikası və Malavi dövləti arasında diplomatik münasibətlər qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

Xəbərlər
Redaktorun seçimi