“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.08.2013, 10:34
1870

Azərbaycan tarixi günbəgün: 2 avqust

A- A+

2 avqust 2003 – Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) müalicə olunan prezident Heydər Əliyev ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycanın baş naziri təyin olunması ilə bağlı Milli Məclisə təqdimat göndərib...

 

2 avqust 1898 – Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti nümayiş etdirib: “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “İlişdin” (Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalat). Prezident Heydər Əliyevin “Azərbaycan kinosu gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli sərəncamına əsasən, 2 avqust Azərbaycan kinosu günü kimi qeyd olunur.

 

2 avqust 1955 - Tanınmış aktyor, Azərbaycanın Xalq artisi Fəxrəddin Manafov Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndi (Stepanakert) şəhərində anadan olub. Azərbaycan kinosunda yaddaqalan obrazlar qalereyası yaradıb.

 

2 avqust 1991 – Erməni təxribatçıları Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı daha bir terror aktı həyta keçiriblər. Hadrut (Xocavənd) rayonunun Dolanlar kəndində «QAZ-53» markalı avtomaşın partladılması nəticəsində 4 nəfər həlak olub 8 nəfər yaralanıb.

 

2 avqust 2001 – Soçidə MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Qazaxıstan prezidentləri Heydər Əliyev, Vladimir Putin və Hursultan Hazarbayev arasında keçirilən görüşdə Xəzərlə bağlı məsələlər müzakirə edilib. Prezidentlər İran hərbi gəmilərinin Azərbaycanın neft yataqlarında geofiziki kəşfiyyat aparan gəmisinə hücumunu (23 iyul) pisləyən birgə bəyanat qəbul ediblər. Rusiya və Qazaxıstan Azərbaycanın Xəzərlə bağlı konstruktiv, mübahisələri dinc yolla nizamlamaq xəttinə dəstək veriblər.

 

2 avqust 2003 – Səhhətindəki problemlərlə bağlı Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) müalicə olunan prezident Heydər Əliyev ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycanın baş naziri təyin olunmasına razılıq verilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib.

 

2 avqust 2008 – Bakıda hakim Yeni Azərbaycan Partiyasının IV qurultayı keçirilib. Qurultay iştirakçıları partiyanın sədri, prezident İlham Əliyevin 2008-ci il 15 oktyabr prezident seçkilərində namizədliyini irəli sürülməsi barədə yekdil qərar qəbul ediblər. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi