“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.08.2013, 09:58
1298

Azərbaycan tarixi günbəgün: 23 avqust

A- A+

23 avqust 1993 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının böyük hissəsini, o cümlədən hər iki rayon mərkəzini işğal edib...

 

23 avqust 1514 – Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Osmanlı sultanı I Səlimin (Sultan Səlim Yavuz) ordusu arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verib. Dövrün iki qüdrətli türk dövlətinin üzə-üzə gəldidyi döyüş Səfəvi ordusunun məğlubiyyəti ilə nəticələnib. Hücuma kecən Osmanlı ordusu Xoy və Mərəndi, hətta Səfəvi dövlətinin paytaxtı Təbrizi tutub, lakin bir həftə sonra oranı tərk edib. Çaldıran döyüşündəki qələbə sayəsində Osmanlı dövləti Ərzurum daxil olmaqla Şərqi Anadolunu və Şimali Mesopotamiyanı (indiki Şimali İraq) ələ keçirib. Çaldıran məğlubiyyəti Səfəvilər dövlətinin hərbi siyasi nüfuzuna ağır zərbə vurub.

 

23 avqust 1722 – Çar I Pyotrun komandanlığı altındakı rus qoşunları Dərbənd şəhərini işğal ediblər. Rusiyanın Azərbaycanın Xəzərsahili bölgələrinə hərbi ekspansiyası başlanıb. Bir qədər sonra Bakını (1723) ələ keçirən rus qoşunları Lənkəran-Astara, daha sonra isə Ənzəli limanınadək irəliləyiblər.

 

23 avqust 1993 – Azərbaycan Qarabağ cəbhəsində iki böyük itkiyə məruz qalıb. Ermənistan silahlı qüvvələrinin bir həftə öncə başlamış intensiv hücumu nəticəsində Füzuli və Cəbrayıl rayonların böyük hissəsi, o cümlədən hər iki rayon mərkəzi işğal olunub. Bu itki Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun, Qubadlı və Zəngilanın faktiki mühasirəyə düşməsinə səbəb oldu. 

Cəbrayıl rayonun ərazisi 1050 kv km, əhalisi işğal zamanı təxminən 57 min nəfər idi. Hazırda rayonun Cocuq Mərcanlı kəndindən savayı bütün ərazisi (95 kənd və Cəbrayıl şəhəri) işğal altındadır. 

Füzuli rayonu da (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) bütünlüklə işğal olunsa da, 1994-cü ilin yanvarında Azərbaycan Ordusu bəzi Arazboyu kəndləri, o cümlədən Horadiz qəsəbəsini (hazırda şəhər) düşməndən azad etdi. Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı. Hazırda rayon ərazisinin üçdə ikisi işğal altındadır.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad edirlər

04.12.2020, 17:00 6

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 33

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 7

Azərbaycanda milli azlıqlara münasibətdə multikulturalizm siyasəti həyata keçirilir

28.11.2020, 17:00 9

İngiltərədəki azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

28.11.2020, 16:00 9

Salamat qalan dağlar, biz qayıtdıq...

27.11.2020, 12:00 205

Dağıdılmış şəhərləri, rayonları yenidən dirçəldəcəyik

26.11.2020, 13:00 199

Dini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrlə bağlı birgə bəyanat veriblər

25.11.2020, 09:00 25

Dağ yəhudiləri icması ermənilərin ekoloji terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

24.11.2020, 20:00 10

Regionda yeni, çox ümidverici şərait yaranıb

22.11.2020, 12:00 419

Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır

20.11.2020, 15:00 425

Bakıdakı rus pravoslav kilsəsində “Qələbəyə görə Allaha təşəkkür messası”

15.11.2020, 19:00 33

Fəxrlə deyirik ki, bəli, biz azərbaycanlıyıq

15.11.2020, 12:00 18

Bütün azərbaycanlı həmvətənlərimizi Qələbə günü münasibətilə təbrik edirik

15.11.2020, 10:00 17

Ölkəmizdəki xristian mirasının qorunması diqqətdə saxlanılır

14.11.2020, 11:00 45

Redaktorun seçimi