“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.08.2013, 10:05
1304

Azərbaycan tarixi günbəgün: 16 avqust

A- A+

16 avqust 1993 – Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonun Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Zərgər, İşıqlı kəndlərini işğal edib...

 

16 avqust 1905 – Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hucumlarının qarşısı alınıb. Bakıdakı müsəlman qırğınlarından sonra ermənilərin eyni ssenarini Qarabağda da həyat keçirmək cəhdləri baş tutmayıb. Erməni dəstələri Şuşa yaxınlığında ağır məğlubiyyətə uğrayıblar. Bundan az öncə daşnakların silahlı dəstələri Qacar kəndindəki (Füzuli rayonu) döyüşdə məğlub edilmişdi.

 

16 avqust 1906 – Ümumrusiya müsəlmanlarının III qurultayı (Nijni-Novqorod) işə başlayıb. Avqustun 20-dək sürən qurultayda Ümumrusiya Müsəlmanları İttifaqının (“İttifaqi-Müslimin») proqram sənədləri, rəhbər strukturları təsdiqlənib. Azərbaycanlı Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri secilib.

 

16 avqust 1925 – Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (1925-2009) Şəkidə anadan olub. 1959-cu ildə yazdığı tarixi "Gülüstan" poeması şairə məşhurluq gətirib. Zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Bir neçə çağırış Azərbaycan respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub. 2009-cu il fevralın 13-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

 

16 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində irimiqyaslı hücumu Cəbrayılın Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı kəndlərinin işğalı ilə nəticələnib. Füzuli istiqamətində hücum nəticəsində Aşağı Veysəlli, Zərgər, İşıqlı və s. kəndlər ermənilərin əlinə keçib. Erməni hərbi birləşmələri hər iki rayon mərkəzinin bir neçə kilometrliyində qərar tutublar. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi