“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.07.2014, 15:51
1618

Vasitəçilər tərəfləri atəşkəsə riayət etməyə çağırıblar

A- A+

Bəyanatda qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatlıq ifadə olunur...

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 22-də Brüsseldə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə keçirdikləri görüşlə bağlı bəyanat yayıblar.
AzərTAc ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda görüş zamanı həmsədrlərin qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin və zorakılığın artmasından, habelə məqsədli şəkildə dinc sakinlərin qətlə yetirilməsindən narahatlıqlarını ifadə etdikləri bildirilir. 

Vasitəçilər tərəfləri dinc insanların qətlə yetirilməsi hallarının baş verməməsi üçün öhdəlik götürməyə, həmçinin gərginliyin azaldılması üçün səylər göstərməyə, atəşkəs sazişinin şərtlərinə riayət etməyə çağırırlar. 

Bəyanatda deyilir ki, həmsədrlər və xarici işlər nazirləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə nəzərdən keçirilə biləcək məqamları müzakirə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan sülh danışıqlarında irəliləyişin əldə edilməsi baxımdan prezidentlərin görüşünün önəmini qeyd edirlər. 

İnsanlar arasında etimad mühitinin yaradılması ilə bağlı məsələləri nəzərdən keçirməkdə davam edəcəklərini vurğulayan həmsədrlər bu cür proqramların davamlı sülh üçün inam və əminlik yaradılmasına kömək etdiyini bildirirlər.

 

Xəbərlər
Redaktorun seçimi