“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.08.2009, 09:38
214

Azərbaycançılıq məfkurəsinə uyğun abidə və memorial komplekslər ucaldılacaq

A- A+

Prezident monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri ilə bağlı Tədbirlər planını təsdiq edib

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 aprel tarixli 2079 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2009-cu il.

 

Bax həmçinin:

Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair

Tədbirlər planı

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 19 avqust tarixli Sərəncamı ilə təsdiq edilmişdir   

 

            

       Tədbirlər

İcra müddəti

 

İcraya məsul qurumlar

1.

Azərbaycan Respublikasının ərazisindəbədii əhəmiyyət kəsb edən monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin Dövlət reyestrinin tərtibi

2009-cu il

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları

2.

Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının yaradılması və fəaliyyətinin təşkili

2009-cu il

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası (Azərbaycan Rəssamlar İttifaqı və Memarlar İttifaqının təklifləri nəzərə alınmaqla)

3.

Təmir-bərpa işləri tələb olunan heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması

2009-cu il

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları

4.

Heykəltəraşlıq abidələrində, xatirə-memorial və memarlıq komplekslərində təmir-bərpa və abadlıq işlərinin aparılması

2009-2010-cu illər

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları

5.

Azərbaycançılıq məfkurəsinin tələblərinə uyğun ucaldılması nəzərdə tutulan heykəltəraşlıq abidələrinin, xatirə-memorial komplekslərinin eskizlərinin və layihə-smeta sənədlərinin hazırlanması

 

2010-cu ilin birinci rübü

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları

6.

Bədii əhəmiyyət daşıyan, demontaj edilməli heykəltəraşlıq abidələrinin saxlanılması üçün Bakı şəhəri ətrafında ləğv edilmiş və rekultivasiya olunacaq sənaye zonaları sahələrində regional heykəllər xiyabanının yaradılacağı müvafiq ərazilərin müəyyənləşdirilməsi və ilkin təkliflərin hazırlanması

 

2010-cu ilin birinci rübü

Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, digər müvafiq yerli icra hakimiyyəti orqanları (Azərbaycan Rəssamlar İttifaqı və Memarlar İttifaqının təklifləri nəzərə alınmaqla)

 
 
Xəbərlər
Redaktorun seçimi