“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.08.2009, 09:50
452

Türkiyədən Naxçıvana qaz kəməri çəkiləcək

A- A+

Türkiyənin enerji naziri Taner Yıldızın muxtar respublikaya səfəri zamanı bu barədə niyyət protokolu imzalanıb

Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında İqdırdan Naxçıvana təbii qaz boru xəttinin çəkilməsi barədə niyyət protokolu imzalanıb. 

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, imzalanma Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın Naxçıvana səfəri zamanı həyata keçirilib. Mərasimdə çıxış edən Taner Yıldız “İqdırdan Naxçıvana təbii qaz xətinin çəkilməsi üçün niyyət protokolu imzalayacağıq. Bu, bir millət iki dövlət prinsipinin daha da möhkəmlənməsi niyyətinin də bəyanı olacaq”, deyib.


Nazir təbii qazın iki ölkə arasındakı qardaşlıq əlaqələrini daha da gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, bu xətlə ildə təxminən yarım milyard kub metr qazın nəqli nəzərdə tutulub: “Bu layihənin gerçəkləşməsi üçün texniki, ticarət, hüquqi mövzularda görüşlər Türkiyə tərəfindən “Botaş”, Azərbaycan tərəfindən isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında həyata keçiriləcək. Bununla bağlı “Botaş” və ARDNŞ təmsilçiləri sentyabrda Ankarada görüşəcəklər’’.

Niyyət protokolunu nazir Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Botaş”ın baş direktoru Saltuk Düzyol, Naxçıvan MR baş naziri Əlövsət Baxşıyev imzalayıblar.

 

Bax həmçinin:

Əhməd Davudoğlu: “Türkiyənin Rusiya ilə yaxınlaşması Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir edəcək”

“Türkiyənin Rusiya ilə yaxınlaşması şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə müsbət təsir edəcək”. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Kanal 7”-də yayınlanan “Başkənd kulisi” proqramında çıxış edib.

Ə.Davudoğlu Qara dəniz və Qafqaz bölgələrini münaqişə zonası statusundan çıxarmaq istədiklərini və buna qadir olduqlarını vurğulayıb: “İstər Türkiyə-Ermənistan, istərsə də Ermənistan-Azərbaycan münasibətləri baxımından Türkiyənin Qafqazda perspektivləri var. Ona görə də Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaqda qərarlıdır və bu mövzuda təmaslarımız davam edir”.

Türkiyə XİN başçısı Rusiyanın baş naziri Vladimir Putinin avqustun 6-da türkiyəyə işgüzar səfəri zamanı Dağlıq Qarabağ məsələsinin də müzakirə olunduğunu bildirib: “Son vaxtlar Rusiya məsələ ilə bağlı önəmli addımlar atıb. Biz də bu addımları dəstəklədiyimizi qarşı tərəfin diqqətinə çatdırdıq”.

Xəbərlər
Redaktorun seçimi