“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.09.2009, 09:20
472

Danimarkada "ən çox kitab oxuyan" yeniyetmə azərbaycanlıdır

A- A+

Rusiya və Çində təhsil alan soydaşlarımız isə beynəlxalq dil kurslarının qalibi olublar

Danimarkada yeniyetmələr arasında "Ən çox kitab oxuyan" yarışması keçirilib.  

Final mərhələsi Solrod şəhərində düzənlənən yarışmaya əcnəbi yeniyetmələr də qatılıb.

Azərbaycan diasporunun nümayəndəsi Səfər Sadiqinin “Media forum” saytına verdiyi məlumata görə, yarışın baş mükafatını 10 yaşlı azərbaycanlı Ləman Atayeva alıb.

"Fitri istedad" adlı mükafatı Ləmana Solrod bələdiyyəsinin rəhbəri Niels Horup təqdim edib. 

 

Moskvada azərbaycanlı məktəbli Kembric kollecində təhsil almaq imkanı qazanıb

“English First” ixtisaslaşdırılmış ingilis dili məktəbinin şagirdi Ülkər Qurbanova Kembric Universitetinin yeniyetmələr üçün “YEL FLYERS” proqramı üzrə imtahan vermiş yeganə azərbaycanlıdır.

Məktəbin akademik direktoru Lidiya Pankina Moskvada keçirilən təntənəli mərasimdə Ülkər Qurbanovaya fərqlənmə sertifikatı təqdim etmişdir. Bu sənəd ona ingilis dilini öyrənməyin növbəti səviyyəsinə keçməyə və Kembric kolleclərindən birində təhsil almağa imkan verir.

L.Pankina soydaşımızı təbrik edərək bildirmişdir ki, Ülkər altı səviyyənin birinci səviyyəsini uğurla mənimsəmişdir. O demişdir: “Bu, böyük uğur, böyük nailiyyətdir, siz bununla fəxr edə bilərsiniz. Müəllim kollektivi sizə növbəti mərhələdə də uğurlar arzulayır”.

Ülkər Qurbanova Moskvadakı 2030 nömrəli məktəbin 7-ci sinif şagirdidir. “XXI əsrin məktəbi” adlandırılan bu təhsil ocağı Rusiya paytaxtının ən müasir və qabaqcıl təhsil müəssisələrindəndir.

 

“İkinci Çin dili körpüsü” yarışının bürünc mükafatçısı

Çin dilini və mədəniyyətini təbliğ etmək məqsədilə Pekində Çin Mərkəzi Televiziyası Çin Dili Şurası ilə birgə bu ölkədə təhsil alan xarici tələbələr arasında “İkinci Çin dili körpüsü” yarışı keçirmişdir.

Аzərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyindən bildirmişlər ki, yarışın seçmə turu cari ilin mayında başlamış və burada iştirak etmək üçün 14 regiondan 75 universitet seçilmişdir.

Ümumilikdə 69 ölkədən 600 tələbə yarışmada iştirak etmişdir. Üçaylıq mübarizədən sonra 42 ölkəni təmsil edən yüzə yaxın tələbə yarışın yarımfinalına çıxmışdır. Finalda 30 namizəd iştirak etmişdir.

Şanxaydakı Şərqi Çin Universitetinin azərbaycanlı tələbəsi Aqşin Əliyev də “İkinci Çin dili körpüsü” yarışına qatılmış və bürünc mükafata layiq görülmüşdür.

Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları qaliblərin təntənəli təltif edilmə mərasimində iştirak etmişlər.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi