“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.12.2009, 22:07
468

Azərbaycan XİN “Euronews”a etiraz məktubu göndərib

A- A+

Telekanalın Dağlıq Qarabağ haqqında ermənipərəst mövqedən hazırladığı süjetə etiraz bildirlib

“Euronews” kanalında Dağlıq Qarabağa həsr olunmuş süjetlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti adından televiziyanın rəhbərliyinə etiraz məktubu göndərilib. 
 
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib (APA).

Onun sözlərinə görə, məktubda birtərəfli və qərəzli süjetlə bağlı qəti etiraz bildirilib: “Münaqişə ilə bağlı süjetdə hər iki tərəfin mövqeyi olmadığı üçün belə bir süjet jurnalistika standartlarından kənar bir süjet kimi qiymətləndirilə bilər. Orada tamamilə açıq formada birtərəfli mövqe nümayiş edilib”.

Poluxov bildirib ki, məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinə məlumat verilib və səfirlik tərəfindən məsələni araşdırmaq üçün müvafiq tədbirlər həyata keçiriləcək”.

Qeyd edək ki, «Euronews»un ofisi Fransanın Lion şəhərində yerləşir.

Diplomat həmçinin bildirib ki, telekanaldan məktuba cavab alınandan sonra və məsələyə aydınlıq gətiriləndən sonra Azərbaycan XİN-i məsələyə dair öz mövqeyini müəyyənləşdirəcək.

Xatırladaq ki, noyabrın 28-də «Euronews» telekanalının “Reportyor” proqramında “Dağlıq Qarabağ – dəyişiklik rüzgarı” (rusca efirdə «Нагорный Карабах – ветер перемен») adlı süjet efirə verilib.

Süjetdə Dağlıq Qarabağ Azərbaycandan ayrılmış ərazi kimi, separatist rejimin rəhbəri isə «Dağlıq Qarabağ Respublikasının prezidenti» kimi qələmə verilib.

Münaqişə ilə bağlı heç bir Azərbaycan rəsmisinin mövqeyi öyrənilməyib.

 * * *

Bax həmçinin:

"Euronews"dan erməni təxribatı...

Kanalın efirində Azərbaycan əleyhinə videomaterial nümayiş etdirilib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində Avropanın ən nüfuzlu kütləvi informasiya vasitələrindən biri olan “Euronews” kanalı Azərbaycanın əleyhinə hazırlanan videomaterial təqdim edib.

Kanal əməkdaşları qondarma Dağlıq Qarabağa ezam olunaraq, Azərbaycanın işğal olunmuş torpaqlarında son vəziyyət barədə məlumat verib. Videomaterialda bir neçə dəfə “DQR”in müstəqil olması ilə bağlı xatırlatma verilib. Hətta separatçı rejimin rəhbəri Bako Saakyan Dağlıq Qarabağın prezidenti kimi təqdim olunur.

Videomaterialda jurnalist həmkarlarımız icra etdikləri peşənin konsepsiyasını kobud şəkildə pozaraq məlumatları birtərəfli qaydada verib və Azərbaycanın mövqeyi barədə bir kəlmə belə danışmayıb.

Maraqlıdır ki, daim balansın qorunmasının vacibliyindən danışan həmkarlarımız müxbirin ən sadə vəzifə borcunu-obyektivliyi və qərəzsizliyi yaddan çıxarıb.

Artıq məsələ ilə bağlı Azərbaycanın xarici siyasət idarəsi ciddi araşdırmalar aparır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun ANS-ə açıqlamasında bildirib ki, tarixən və indinin özündə Azərbaycanın torpağı olan Dağlıq Qarabağın müstəqil qurum kimi göstərilməsi beynəlxalq qanunlara zidd bir addımdır.

Onun sözlərinə görə, XİN-in araşdırmasından sonra məsələ ilə bağlı rəsmi Bakının mövqeyi açıqlanacaq.

ANSpress.

Xəbərlər
Redaktorun seçimi