1920-ci illər
1 dekabr 1920 - Azərbaycanda Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib... 12 dеkabr 1925-ci ildə Rza xan Britaniyanın yardımı ilə şahlıq taxtına oturdu. Rza şah Cənubi Azərbaycana qarşı antitürk siyasəti yеritməyə başladı...
Şimali Azərbaycan
25 may 1920 - Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq üsyan başlanıb. Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı.
3 iyun 1920 - Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçiriblər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də Şuşanı yenidən işğal ediblər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkiliblər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçdi. Sovetləməyə qarşı üsyanlar ilin sonunadək Şəmkir, Quba və digər bölgələrdə də baş verdi.
6 iyun 1920 - Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçiriblər. Üsyan bütün bölgəyə yayılıb. Lakin Rusiyanın XI ordusunun bölgəyə yeridilən hissələri qeyri-bərabər döyüşdən sonraiyunun 16-da üsyanı yatırıblar. Hafiz Əfəndi üsyançıların dəstəsi ilə Gürcüstan ərazisinə keçib.
19 iyun 1920 - Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.
17 iyul 1920 – İctimai xadim, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri (uyun 1918 – dekabr 1918) Behbud ağa Cavanşirİstanbulda erməni terrorçusu Misak Torlakyan tərəfindən qətlə yetirilib. Behbud ağa Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xan Cavanşirin oğludur. 1877-ci ildə Tərtər qəzasının Azad Qaraqoyunlu kəndində dünyaya gəlmişdi.
19 iyul 1920 – Xalq Cümhuriyyətinin qurucularından biri, 1918-1920-ci illərdə Azərbaycan parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib. Xalq Cümhuriyyətinin süqutundan sonra onun bir sıra xadimləri hələ bolşevik Rusiyasının işğalına məruz qalmamış Gürcüstana mühacirət etmişdilər. Burada isə onları erməni terroru onları hədəf almışdı.
21 iyul 1920 – Şəmkir qəzasının Müşkürlü kəndində Namazın başçılığı altında Azərbaycanın zorla sovetləşməsi əleyhinə üsyan baş verib. Üsyan bolşevik Rusiyasının işğalçı XI ordusunun hissələri tərəfindən yatırılıb.
3 avqust 1920 – Quba qəzasının Dəvəçi və Quba dairələrindəHəmdulla Əfəndinin (süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı) və Mayılın başçılığı altında sovetləşmə əleyhinəkəndli çıxışları başlanıb. Üsyanın yatırılmasından sonra Azərbaycanda bolşevik işğalına qarşı kütləvi çıxışlar nisbətən səngidi. Bundan sonra respublikada güclü antisovet çıxışları 20-ci illərin sonu-30-cu illərin əvvəlində kütləvi kolxozlaşma zamanı özünü göstərdi.
10 avqust 1920 – Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-in rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb. Rusiya K(b)P-nin Qafqaz Bürosunun qərarına əsasən, həmçinin Azərbaycanın Qarabağ və Zəngəzur bölgələri Ermənistan SSR-lə “mübahisəli ərazilər” elan olunub. Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti güdürdü. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov buna qarşı çıxsa da, nəticəsi olmadı.
1 dekabr 1920 - Azərbaycanda bolşevik hökumətinin - Müvəqqəti İnqilab Komitəsinin rəhbəri Nəriman Nərimanov Ermənistan kommunistlərinə məktub göndərərək Zəngəzurun Ermənistana verilməsinə razılığını bildirib. Bundan iki gün öncə - noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulmuşdu və Azərbaycan bolşevikləri sovetlərin ümumi qələbəsi xatirinə Zəngəzuru erməniləri verdilər.
Sonrakı illərdə Qazaxın dağlıq hissəsi – Dilican ərazisi, 1927-ci ildəMehri-Cəbrayıl qəzalarından 24 kənd, 1929-cu ildə daha aşağıZəngəzurdan Nüvədi, Tuğut və Yernəzir kəndləri, Naxçıvandan 9 kənd Ermənistana verildi. Beləcə, Azərbaycan torpaqlarını qoparmaq hesabına Ermənistan SSR (ərazisi 29 min kv km) yarandı.
2 dekabr 1920 - Türkiyə ilə daşnak Ermənistan Respublikası arasında Gümrü sazişi imzalanıb. Erməni tərəf Sevr müqaviləsinin (10 avqust 1920-də Antanta ilə Osmanlı arasında bağlanan Sevr müqaviləsində Türkiyə üçün alçaldıcı maddələr, o cümlədən Qarsın Ermənistana verilməsinə dair maddə vardı –red.) qüvvədən düşdüyünü qəbul edərək Türkiyəyə ərazi iddiası olmadığını bildirib, Naxçıvanla bağlı iddialarından əl çəkib, üstəlik Gümrünü Türkiyəyə verməyə razılaşıb. Lakin daşnaklar Gümrü sazişini imzalayanda Ermənistanda faktiki hakimiyyəti itirmişdilər, İrəvanda sovet hakimiyyəti qurulmuşdu. Sovet Ermənistanı Rusiyanın dəstəyi ilə Gümrü sazişini rədd etdi.Ermənistanın qazancı isə Gümrü, habelə bir qədər əvvəl (avqust-dekabr 1920) ələ keçirdiyi Azərbaycan torpaqları – Dərələyəz və Zəngəzur - oldu.
26 fevral 1921 – Sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər haqqında müqavilə imzalanıb. Müqavilədə Xəzərdən istifadə haqqında bənd yer almışdı və dənizin Astara (Azərbaycan) – Həsənqulu (Türkmənistan) xətti boyunca bölünməsi əksini tapmışdı. SSRİ ilə İran arasında Xəzərlə bağlı imzalanmış sonrakı müqavilələrdə də bu bölgü əks olunub.
16 mart 1921 - Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.
6-19 may 1921 – I Ümumazərbaycan sovetlər qurultayı keçirilib. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olunub. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilib, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev) və yerli sovetlər yaradılıb. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (75 üzv və 25 namizəd) rəhbər orqanı isə respublika partiya (Azərbaycan KP) rəhbərliyinin də daxil olduğu Rəyasət Heyəti (13 nəfərdən ibarət) idi. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edilib. 1921-1937-ci illərdə Ümumazərbaycan sovetlərinin 9 qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.
5 iyul 1921 – Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə,iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin Nəriman Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyətı verilməsi qeyd olunmuşdu. Ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular.
13 oktyabr 1921 – Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəd 1921-ci ilin martında Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Moskva sazişinin Cənubi Qafqazla bağlı müddəaları dəqiqləşdirildi, Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycan ərazisi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənmişdi.
12 mart 1922 – Bolşevik Rusiyasının təşviqi ilə gələcək SSRİ-nin təməli kimi üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqını - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı yaradılıb. Bundan 9 ay sonra, 1922-ci il 30 dekabrında Zaqfederasiya SSRİ-nin qurucu subyektlərindən biri oldu.
15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev(1922 - 19.9.1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Sevimli şəhər", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Talelər qovuşanda”, «Ordan-burdan» və s.) müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
30 dekabr 1922 - Moskvada I Ümumittifaq Covetlər qurultayındaSovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradıldığı elan edilib. Sovet İttifaqı Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR), Ukrayna SSR, Belorusiya SSR və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR-in birləşdiyi federativ qurum) təsisçiliyi ilə yaradılmışdı. Sonrakı illərdə SSRİ respublikalarının sayı 15-ə çatdı. Qurultayda SSRİ-nin ilk ali idarətemə orqanı - 18 nəfərlik Mərkəzi İcraiyyə Komitəsi (sədr Mixail Kalinin) seçilib. “Zaqfederasiya”dan SSRİ rəhbərliyinə Azərbaycan SSR hökumətinin başçısı Nəriman Nərimanov seçilib.
10 may 1923 – Böyük siyasətçi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyev (1923-2003) Naxçıvan şəhərində anadan olub. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında, 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işləyib. 1964-cü ildən Azərbaycan DTK sədrinin müavini, 1967-ci ildən sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-1987-ci illərdə Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub. 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri olub, 1992-ci ildə YAP-ın təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü iyunun 15-də Ali Sovetin sədri seçilib. Elçibəy prezident postunu tərk etdikdən sonra isə iyulun 24-də parlamentin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci ildə ikinci müddətə dövlət başçısı seçilib. 2003-cü il dekabrən 12-də vəfat edib.
7 iyul 1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib. Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında «beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə» xidmət edəcəyi vurğulanırdı. Dekretə əsasən, «Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması» nəzərdə tutulmuşdu. Bu barədə tövsiyə qərarı 1921-ci ildə Rusiya K(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu. Həmin qərarda muxtariyyətin mərkəzi olaraq Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi o vaxt kiçik qəsəbə olan Xankəndi seçilmişdi. Müvafiq ərazi-inzibati bölgülərindən sonra DMQV-in ərazisi 4,4 min kv.km olaraq müəyyənləşdi.
6 oktyabr 1923 – Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Stepanakert (Bakı komissarı, daşnak-bolşevik Stepan Şaumyanın xatirəsinə) adlandırılması barədə qərar qəbul edib.
3 fevral 1924 – Bakıda ilk tramvay nəqliyyatı işə salınıb. Azərbaycanda polad relslər üzərində ilk nəqliyyat 1883-cü il mayın 8-də Bakı-Tiflis dəmir yolunun işə salınması ilə faəliyyətə başlamışdı. 1899-cu ildə Bakıda ilk konka işləməyə başlamışdı. 1923-cü ildə elektrik tramvay xətti çəkilməsi başlanır və 1924-cü il fevralın əvvəlində istismara verilir. Bakıda tramvay nəqliyyatı 90-cı illərin sonunda ləğv olundu.
9 fevral 1924 – Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda Araz Türk Cümhuriyyəti elan edildi. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə Naxçıvanın muxtariyyəti saxlanıldı. 1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi (Naxçıvan SSR) olduğunu təsbitlədi. 1923-ci ildə Naxçıvan Muxtar Diyarı adlanıb, 1924-cü il fevralın 9-da muxtar respublika (Naxçıvan MSSR) statusu alıb. 1990-cı ilin 17 noyabrından Naxçıvan Muxtar Respublikası adlanır. Sovetləşmədən sonra Naxçıvan ərazisinin bir qismi (o cümlədən Şərur-Dərələyəz bölgəsi) Ermənistana verilib. Hazırda Naxçıvan MR-in ərazisi (5,5 min kv km) Naxçıvan şəhəri və 7 inzibati rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.
29 yanvar 1925 – Məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramov(1925-1993) anadan olub. 1966-cı ilin dünya çempionatında Almaniya və İngiltərə arasındakı final oyununda yan hakim olan Bəhramov ingilis Cefri Hertsin mübahisəli qolunu qeydə almaqla tarixə düşüb. 1972-ci ildə sovet hakimləri arasında ilk dəfə Qitələrarası kubokun finalını -"Ayaks" (Hollandiya)- "İntependyente" (Argentina) oyununu idarə edib. 1993-cü il martın 26-da vəfat edib.
17 yanvar 1926 – Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926- 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi ilə Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) fəal iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. "Təbrizin baharı", "Təbriz qızı", "Xatirələrimin nəğməsi", "Dünyamızın sabahı" və s. şer və poema kitablarının müəllifidir.
28 iyun 1926 – Tanınmış dövlət xadimi, daxili xidmət general-leytenantıArif Heydərov (1926-1978) anadan olmuşdur. 1967-1970-ci illərdə SSRİ-nin Türkiyədəki səfirliyində konsul işləyib. 1970-1978-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri olub, sui-qəsd nəticəsində qətlə yetirilib. Azərbaycan DİN-in respublika hospitalı və Bakı küçələrindən biri Arif Heydərovun adını daşıyır.
6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də isə Azərbaycanda ilk televiziya verilişi efirə çıxdı - Bakı Televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycan Televiziyası və Radiosu günü kimi qeyd olunur.
18 mart 1927 - V Ümumazərbaycan sovetlər qurultayında sovetAzərbaycanının ikinci Konstitusiyası qəbul edilib. Həmin vaxtadək respublikanın siyasi, iqtisadi quruluşunda zorakı metodlarla həyata keçirilmiş dəyişikliklər yeni Konstitusiyaya salındı.
28 may 1927 - Xalq artisti, tanınmış kamança ustası Habil Mustafa oğlu Əliyev Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Yüksək ifaçılıq sənəti ilə yanaşı, 10-dan çox mahnının da müəllifidir. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib.
6 iyul 1927 – Hərbi xadim, tank qoşunları general-mayoru Valeh Bərşadlı (1927-1998) anadan olub. Zirehli Tank Qoşunları Hərbi Akademiyasını, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib, SSRİ Silahlı Qüvvələrinin müxtəlif hissələrində də komandir vəzifələrində çalışıb. 1991-ci ilin sentyabrında general-leytenant Valeh Bərşadlı Azərbaycan Respublikasının ilk müdafiə naziri təyin edilib. Həmin ilin dekabrında müxalifətin (Xalq Cəbhəsi) təzyiqi altında istefa verib. C.Naxçıvanski adına Hərbi Məktəbin rəisi işləyib, milli hərbi kadrların hazırlanmasına öz töhfəsini verib.
2 oktyabr 1927 – SSRİ ilə İran arasında “Qarşılıqlı təminatlar və neytrallıq haqqında” saziş imzalanıb. Sazişdə iki ölkənin Xəzərdəki sərhədi Astara (Azərbaycan) - Həsənqulu (Türkmənistan) xətti üzrə müəyyənləşib. Bundan öncə eyni sərhəd xətti 1921-ci ildə imzalanmış müqavilədə əksini tapmışdı. Tərəflər yeni sazişdə bir-birinə qarşı siyasi və iqtisadi blokadada iştirak etmək barədə öhdəlik də götürüblər.
14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov(1927-1988) Ağdamın Mərzili kəndində anadan olub. Keçmiş SSRİ-də ilk dəfə "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, bu sahədə kəşfləri dünya elmi mərkəzlərində yüksək qiymət alıb. «Naxışların yaddaşı», «Qoşa qanad» kimi populyar kitabların müəllifidir.
1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb. Bu bərədə siyasi qərar 1926-cı ildə Bakıda keçirilmiş Ümumittifaq türkoloji qurultayın tövsiyəsinə əsasən qəbul olunmuşdu. Lakin ortaq əlifba sayəsində Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsindən ehtiyat edən SSRİ rəhbərliyi çox keçmədən onu aradan qaldırdı.
12 iyun 1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna) anadan olub. Tarixi və fəlsəfi romanları («Məhşər», «İdeal» və s.) yazıçıya böyük şöhrət gətirib.
8 aprel 1929 - VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər - dairələr yaranıb. Respublika ərazisi Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Mugan dairələrinə bölünüb. Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Ağdaş, Göyçay, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) təşkil olunmuşdu.
13 may 1929 – Şair və tərcüməçi Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu, 1929-1995) anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir. Sözlərinə çoxlu mahnılar bəstələnib. Hikmət Ziya 1995-ci il avqustun 2-də vəfat edib.
Cənubi Azərbaycan
Cənubi Azərbaycanda Xiyabani hərəkatının qan içində boğulması İranda sabitlik yaranmadı. Qacarlar 1921-ci ildə səltənət tacını itirdilər. Rus krеditləri ilə Avropada uzun sürən səyahətlər onlara baha başa gəldi. Daha çox qumarbazlığı ilə ad çıxarmış kazak alayının başçısı Rza xan dövlət çеvrilişi еtdi və asanlıqla Qacar tacını ələ kеçirdi.
Soltan Əhməd şahın bibisi, Məhəmmədəli Mirzənin baçısı Fəxrüssəltənə Rza şahı Qacarların tacını oğurlamaqda ittiham еdərkən Pəhləvi adı ilə səltənətə sahib olmuş Rza şah dеdi: "Xanım, mən Qacarın tacını oğurlamadım: tac düşmüşdü küçəyə, onu götürüb qoydum öz başıma".
Şеyx Məhəmməd Xiyabani qəddarçasına qətlə yеtirildikdən sonra İran hakim dairələrinin, ingilislərin və rusların əsas diqtəti Azərbaycana yönəlmişdi. Rusların yеni İran qurmaq planı Qacarların dеvrilməsi ilə nəticələndi.
1921-ci il fеvralın 21-də Rza xanın rusların yardımı ilə dövlət çеvrilişi еtməsindən 5 gün sonra Sovеt Rusiyası ilə diplomatik münasibətlər haqqında 26 fеvral 1921-ci il müqaviləsi bağlandı. Rusiya məqsədlərinə nail oldu.
Lakin İngiltərə də İranda öz mövqеlərini itirmək fikrində dеyildi. 1923-25-ci illərin baş nazirliyi Rza xan üçün səltənət tacını ələ kеçirmək məqamı oldu.
12 dеkabr 1925-ci ildə Rza xan Britaniyanın yardımı ilə şahlıq taxtına oturdu. Özünə dayaq yaratmaq məqsədilə Rza şah İranda Azərbaycana qarşı yönəlmiş antitürk siyasəti yеritməyə başladı. O, əsrin əvvəllərindən iki dəfə inqilab еtmiş, ayağa qalxmış Azərbaycana qarşı dura bilmək üçün Pəhləvi səltənətinin dayaqlarını farsçılıq idеologiyasına və siyasətinə dayadı.
Azərbaycanın paytaxt şəhəri, vəliəhdlərin iqamətgahı olan Təbriz Rza şah diktaturası dövründə tədricən İranın onlarla şəhərlərindən birinə çеvrildi. Rza şah 1925-26-cı illərdən başlayaraq zorla Azərbaycanın başına "Pəhləvi" papağı gеyindirməyə çalışırdı. Türk tayfa başçılarının, o cümlədən şahsеvənlərin səfəviyyə və Qacarlar dövründə vеrilmiş irsi hüquqlarının 20-ci illərdə ləğv еdilməsi və mülklərinin məhdudlaşdırılması ciddi narazılıq doğurmuşdu.
Rza şah dövründə Azərbaycan еlə miskin bir vəziyyətə salındı ki, Sovеtlərin Günеydə topladığı siyasi xaraktеrli məlumatı Quzеy Azərbaycanın çarlıq dövrü ilə müqayisə еdib bu nəticəyə gəlirdilər: Xalqlar həbsxanası adlanan çar Rusiyasında azərbaycanlıların maddi-mədəni vəziyyəti, milli haqları Rza şahın diktatorluğu dövründə Günеy Azərbaycan əhalisinin vəziyyətindən xеyli yaxşı idi. Çar dövründə azərbaycanlılar gеc də olsa ana dilində oxumaq, qəzеt-jurnal nəşr еtmək haqqını ala bilmişdilər. Təqib və rеprеssiyalar Günеy türklərinin еtirazını və mühacirət mеylini doğurmuşdu.
(Mənbə: Cəmil Həsənli. Günеy Azərbaycan: Tеhran-Bakı-Moskva arasında (1939-1945). Bakı, «Diplomat» nəşriyyatı, 1998)
15 aprel 1928 - Cənubi Azərbayan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd, 1928-1979) Marağa şəhərində doğulub.