“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2014, 10:11
1252

Mirzə Haqverdi Səfa (1805-1881)

A- A+

Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli (Səfa) 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu.

Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mәrhum Mirzә Әlinin oğludur ki, sabiqdә Şuşa qazısı idi. Mirzә Haqverdi ziyadә dәqiq vә zәrif bir vücud idi vә әşarü kәlamından belә anlaşır ki, Şeyx Әttar vә Şәms Tәbrizi kimi böyük vә fazil әdiblәrin asari-cәlilәlәrindәn feyzü kamalat әxz edib, onların tutduğu tәriqü mәslәkdә müdavimәt edib şer deyәrmiş vә әşarının çoxusu fars dilindә yazılıbdır".

Mirzə Haqverdi Səfa Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı.

Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib.

* * *

Yaradıcılığı

 

Әtәş fekәnde bәr çәmәn aho fәğane-ma

Çon suxt bağban beçәmәn aşeyane-ma.

 

Tarac kәrd zağe-siyәh busetane-ma,

Bәrçide şod ze bade-xәzan qolsetane-ma.

 

Zağe-siyәh ço kәrd neşimәn beşaxe-qol,

Xamuş gәşt bolbole-xoşnәğmexane-ma.

 

Ğeyr әz rәğib bәr dәre-to dadxah nist,

Key miresәd beguşe-to raze-nehane ma.

 

Sәhlәst gәr hezar cәfa bәr Sәfa resәd,

Ğeyr әz bәla nәdide tәne-natәvane-ma.

 

Tərcüməsi:

 

Bizim ah-әfğanımız çәmәnә od vurubdur,

Ey bağban, çәmәndә bizim aşiyanımız da yandı.

 

Qara qarğa bizim gülüstanı qarәt elәdi,

Gülüstanımız xәzan yelindәn büzüşdü.

 

Qara qarğa gül budağında yuva saldığından

Bizim xoş nәğmәli bülbülümüz susdu.

 

Sәnin qapında rәqibdәn başqa dadına yetәn yoxdur,

Bizim gizli sirrimiz sәnin qulağına nә vaxt çatar?!

 

Sәfaya yüz cәfa yetsә dә, yüngüldür (eybi yoxdur),

Bizim zәif bәdәnimiz bәladan başqa heç nә görmәyib.

* * *

Mənbə:

Ənvər Çingizoğlu. Kəbirli eli. "Soy" dərgisi, 2 (7), 2007.

* * *

►Mövzuya dair:

 

Mən yardan, vətəndən uzaq düşmüşəm

Ağa Mirzə Əli Qazi atasının xatirəsini əbədi yaşatmaq üçün oğlanlarından birinə onun adını qoymuşdu: Haqverdi. Haqverdi də o biri qardaşları Əbdülkərim və Əbülqasım kimi Şuşada mollaxanada oxumuş, sonra təhsilini davam etdirmək üçün Şərqin ən böyük və müqəddəs şəhərlərindən olan Nəcəf-ül Əşrəfdə ali ruhani təhsili almış, dini elmlərdən savayı, dünyavi elmləri də dərindən öyrənmişdi.

O, bir müddət əcnəbi ölkələrdə yaşasa da, doğma vətəni ilə əlaqəsini kəsməmiş, Cəfərqulu xan Nəva, qardaşı, şair Mirzə Əbülqasım Qazi və başqa Qarabağ şairləri ilə şe`rləşmiş və məktublaşmışdır. Ancaq xeyli keçəndən sonra “könlünə əsl vətən sevdası düşən”, “Yardan, vətəndən uzaq düşən” Haqverdi geri – vətəninə qayıdır, Şuşa qazısı tə`yin olunur və 1881-ci ildə, yə`ni, ömrünün sonuna qədər bu vəzifədə çalışır. Tezliklə onu “Mirzə” deyə çağırmağa başlayırlar.

Mirzə Haqverdi həm Şuşada, həm də Nəcəf-ül Əşrəfdə olduğu vaxtlarda “Səfa” təxəllüsü ilə müxtəlif janrlarda şeirlər yazmış və az vaxtda lirik bir şair kimi tanınmışdı. Onun divanı olmamış, yazdıqlarının bir qismi isə pərakəndə halda gəlib bizə çatmışdır.

Mir Möhsün Nəvvab yazır ki, Mirzə Haqverdi Səfanın otuz iki qəzəli əlimə düşüb, təzkirəyə yalnız on altısını daxil etmişəm. Və elə şairin qəzəlləri də bu təzkirəci-alimin sayəsində bugümüzə gəlib çatıb.

Vasif Quliyev,

yazıçı-jurnalist  

 

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 72

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 351

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 407

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 350

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 419

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 580

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1306

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 597

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 534

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 455

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 337

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 126

Redaktorun seçimi