Aşıq Pəri (1811-1847)
Aşıq Pəri Azərbaycan aşıq şerinin gorkəmli numayəndələrindən biridir. O, təxminən 1811-ci ildə Qarabağda, indiki Cəbrayıl rayonunun Maralyan kəndində anadan olub.
Gənc yaşlarlndan aşıq şeri ilə maraqlanmağa başlayıb. Qısa zaman içində şan-şöhrəti hər yana yayılıb və öz dövrünün aşıqlarının diqqətini özünə çəkib.
Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb.
Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazır. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər.
Gozəl, rəvan təbli, ağıllı və hazırcavab qız olan Aşıq Pəri muasirləri arasında dərin hormət qazanmışdır. Onun Mirzəcan bəy Mədətov, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq və başqaları ilə deyişmələri ədəbiyyat aləminə məlumdur. Bu deyişmələrin hamısında uğur qazanmışdır. Qoşmaları sadə və anlaşıqlı bir dillə söylənilmişdir.
Aşıq Pəri təxminən 1847-ci ildə Şuşa şəhərində vəfat etmişdir.
Əsərlərinin yalnız az bir hissəsi bizə gəlib catmışdır. Verilən numunələr "Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası"nın VIII cildindən (1988) götürülmüşdür.
* * *
►Qoşmalar
Murşidi-kamildən dərsimi aldım,
Can goturub bu meydana gəlmişəm.
Murği-Səməndərin aşinasıyam,
Od tutuban yana-yana gəlmişəm.
Muxtəsər, nə deyim, naşısan naşı!
Tutubdur yaxanı eşqin ataşı,
Bu təriflər zənənə nə yaraşı?
Həqq bilir ki, mən mərdanə gəlmişəm.
Punhanda bir azanım var mənim,
Gozlər yolda, intizarım var mənim,
O kəlməndən xəridarım var mənim,
Sən sərrafsan, mən də kana gəlmişəm.
Zənbur olar şanda belə məkanda,
Cox ariflər məndə gənci-punhanda,
Bulbul - abadanda, bayqu - viranda,
Əndəlibəm, gulustana gəlmişəm.
Pərizadə əl goturməz canından,
Dərsin alıb sahibkamal yanından,
Kulli-işin, mərifətin kanından,
Bəzm icində mən fəğana gəlmişəm.
* * *
Eşitmişdik, qulluğuna yetişdik,
Gorduk ki, duşmusən dildən-dilə sən.
Unutmayıb musəlmanlıq şərtini,
Matəm tutub bir insafa gələsən.
Bu işdə Qədirin varıdır rayı,
Yetən kəslər ona deyir sevdayı
Aralığa duşub məhərrəm ayı,
Layiq deyil onda deyib-guləsən.
Yaxşı yetər imamı fəryadına,
Belə işin ləzzəti nə, dadı nə?
Adam bildik biz də gəldik adına,
Adamlığı qanmayıbsan hələ sən.
Ey Pəri, təcil et sualında sən,
Noqsan yetiribsən kəmalında sən,
İmdi zurna calmaq xəyalındasan,
Onu gərək axirətdə calasan.
* * *
Katiblərin şahı dəftər icində
Qələm ilə nazik əllər oynaşır.
Fitnəli, fellisən, nazu qəmzəli,
Dəhanında şirin dillər oynaşır.
Eşqinin əlindən gedərəm bada,
Dərdim olur gundən-gunə ziyada,
Şiveyi-rəftarın duşəndə yada
Bağrımın başında millər oynaşır.
Dad elərəm, haray naşı əlindən,
Yandı cigər eşq ataşı əlindən,
Mən nə deyim gozum yaşı əlindən,
Üzüşür sonalar, göllər oynaşır.
Adam var dolanır məkrin icində,
Adam var dolanır zikrin icində,
Sənin kamalında, fikrin icində
Əcaib-qəraib hallar oynaşır.
Pəriyəm, xəlq ara olmuşam bacı,
Kimsənin kimsəyə yox ehtiyacı,
Bəlxu Buxaranın, Hindin xəracı
Zənəxdanda siyəh xallar oynaşır.
* * *
Nə yatıbsan ləhaf bəstər icində,
Bimarmısan, nədir bəs halın sənin?
Eşqin mərəzinin mən təbibiyəm
Bəyan eylə mənə əhvalın sənin.
İsmi-şərifıniz dada yetişsin,
Mətləb alıb hər murada yetişsin.
Xaliq ozu bir imdadə yetişsin.
Hifzində saxlasın zavalın sənin.
Bar ilahım gulzarına qıymasın,
Xəstə olan bimarına qıymasın,
Şirin-şirin goftarına qıymasın,
Bağışlasın qaşi-hilalın sənin.
Bir məsəldir: Bağban olan bar cəkər,
Əndəlibin hər meyli gulzar cəkər,
Allahına bəndə ahu zar cəkər,
Qəm cəkmə, kamildir kamalın sənin.
Mən Pəriyəm, eşqə zaram neyləyim,
Dərdi-dildən xəbərdaram neyləyim,
Burdan ora intizaram, neyləyim,
Şəfalansın nuri-vusalın sənin.
* * *
►Gəraylı
Zalım Şəcər dad əlindən,
Sən ha nahaq qan eylədin.
Zulm ilə konlum şəhrini,
Gor necə viran eylədin.
Saymadın sultanı, xanı,
Eyləyibsən nahaq qanı,
Badam kimi novcavam,
Yer ilə yeksan eylədin.
Necə qıydın gulzarına,
Punhan kecən iqrarına,
Saldın yollar kənarına,
Dörd yanı al qan eylədın?
Pərinin dərdi tuğyandı,
Sakin yeri Maralyandı,
Gülüm qoncasında yandı,
Bülbüllər əfqan eylədi.
* * *
Mənbə:
XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.
Firidun bəy Köçərli, Azərbaycan Ədəbiyyatı, Bakı, 1981, s. 340-342.