Seyid Mirhəmzə Əfəndi Nigari (1795-1886)
XIX əsr Azərbaycan ədəbiyyatında "Seyid Nigari" təxəllüsü ilə tanınan Hacı Mirhəmzə Əfəndi təriqət şeirinin görkəmli nümayəndələrindən biridir. O, 1795-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində doğulmuşdur.
Gənc yaşlarında Şirvana gəlmiş, dovrunun gorkəmli alimlərindən bilik almışdır. Nigari Rusiya imperiyasının mustəmləkəcilik siyasətinə qarşı yonəlmiş muridizm azadlıq hərəkatının oncullərindən olmuş və buna gorə hokumət onu surgun etmək istəmişdir.
Şair təqiblərdən qurtarmaq ucun Anadoluya getmiş, ömrünün axırına qədər orada yaşamışdır. Nigari 1886-cı ildə Harputda vəfat etmiş və ozunun vəsiyyətinə əsasən Amasya şəhərində dəfn olunmuşdur. Məzarı indi də orada – Şirvan camesindədir.
* * *
Mir Həmzə Seyid Nigari Qarabaği, təsəvvüf ədəbiyyatının önəmli bir şairi olduğu kimi, haqq eşqi ilə yanan könüllərin sultanı olan bir Nəqşibəndi şeyxidir.
Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qızxanım adı ilə tanınan Xeyrənsə xanım olmuşdur.
Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərinden dərs alaraq tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Yolçuluğu sırasında Mövlanə Xalid Bağdadinin adını eşitmiş və Bağdada getmək üçün yola çıxmış, ancak Harputa çatanda Mövlanə Xalidin vəfat etməsi xəbərini almış, sonra Sivasa gəlmiş, daha sonra da Qarabağa qayıtmışdır. Qarabağda İsmayıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəlmişdir. Şeyx İsmayılın müridi olmuşdur. Kürdəmirdə şeyxinin yanında mənəvi tərbiyyəsinə başlayan Həmzə Nigari şeyxini təqib edərək ardından Anadoluya gəlmiş, Sivas və Amasiyada müxtəlif fasilələrlə 20 ildən çox şeyxinin yanında qalmışdır.
Həmzə Nigari İsmail əfəndidən izin alaraq, müqəddəs məkanları ziyarət üçün səfərə çıxmış, əvvəlcə Konyaya Mövlana Cəlaləddin Rumi türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds, şəhərlərinə getmişdir.
* * *
Həmzə Nigari irşad fəaliyyətinə Bərgüşad və Bərdə ətrafında başladı. Rusiya ilə Osmanlı dövləti arasında çıxan Krım müharibəsi zamanı Osmanlı ordusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə gizlicə Qarsa gəldi. Və ruslara qarşı vuruşdu. Müharibədən sonra Ərzuruma yerləşərək Bakırlar məhəlləsindəki məscidin dərsxanasında üç il qaldı.
Ərzurumdan İstanbula gedən Həmzə Nigari nəhayət Amasiyaya qayıdaraq orada məskunlaşmışdır. Burada uzun müddət təfsir və hədis dərsləri deməklə yanaşı təsəvvüfi fəaliyyətlə də məşğul olmuştur. Lakin onun fəaliyyətindən narahat olanların şikayətindən sonra Xarputa sürgün edilmişdir.
1886-cı ildə Harputda vəfat edən Həmzə Nigarinin nəşi vəsiyyətinə uyğun olaraq şeyxinin yanına Amasyaya gətirilmişdir. Qazaxlı Hacı Mahmud Əfəndinin himməti ilə Qarabağ, Qazax və Gürcüstandakı müridlərinin də yardımı ilə türbəsi və türbənin yaxınlığında məscid inşa edilmişdir.
Həmzə Nigarinin Muhyiddin Arabinin "Fütuhatı-məkkiyyə" əsərinə yazdığı təvzihat, türkcə və farsca divanı, ayrıca "Nigarnamə" və "Saqinamə" adlı əsərləri vardır. Onun şeirləri Amasya ətrafında, Şərqi Anadoluda, Borçalı, Qazax və Qarabağda yaşayan türklər tərəfindən əzbərləndi, zikir məclislərində sürətlə böyük mistik həyəcanla illərlə mənəvi zövqlə oxundu. Onun Türkiyəyə hicrətindən sonra Şimali Qafqazdan minlərlə insan köçərək Amasiya və ətrafında məskunlaşdı.
Gənc yaşında məna aləmində görüb aşıq olduğu Qarabağ bəyləri nəslinə mənsub və özü kimi eşq əhli Nigar adlı bir qadına görə şerlərində Nigari təxəllüsünü seçdi.
Divanı Tiflisdə (1908) və İstanbulda dərc edilmişdir (1883). Farsca divanı da İstanbulda 1911-ci ildə nəşr edilmişdir.
Həmzə Nigarinin Türkiyə, Azərbaycan, Gürcüstan və Dağıstanda çox sayda müridi və xəlifəsi olmuşdur. Türkiyə və Azərbaycanda onun nəslindən olan bir çox insan var: oğlu Siracəddin Əfəndi, Hacı Mahmud Əfəndi Aslanbəyli, Cəfər Təyyar Paşa, Ömər Kəşfi Dağıstani, Ərzurumlu Mehmet Zakir Əfəndi, Ərzurumlu Xoca Hafiz Osman Siraci, Mir Seyid Həsən Hüsnü Əfəndi əd-Dağıstani, Ağarəhim Ağa Dilbazi, Şahnigar Xanım Rəncur, Qazi Osman Əfəndi, Hacı Zəkəriyyə Əfəndi, Sadi Qarabaği, Hafız Mehmet Kaşif Dağıstani, Trabzonlu Osman Nefi, Dağıstanlı Rəcəb Haberi, Hacı Teyyub Əfəndi, Hacı Mustafa Əfəndi, Postlu Hacı Mahmud Əfəndi, Amasyalı Payasizadə Hacı Haqqı Əfəndi.
* * *
Nigari bir sufi şairidir. Nizami Gəncəvi, Nəsimi, Yəhya Şirvani, Füzuli, Yunus Əmrə kimi şeirlərində təsəvvüfi mövzuları işləmişdir. XIX əsrdə Azərbaycanda həm əruzla, həm xalq şeri nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüfi şeir yazan divan sahibi şairdir. Şeirlərində Allah, peyğəmbər və əhli beyt eşqi və məhəbbəti işlənmişdir.
Şair "Vətən sevgisi imandandır" sözünü rəhbər tutaraq Azərbaycan və Qarabağı da vəsf etmişdir.
Seyid Nigarinin şeirlər divanı XX əsrin əvvəllərində cap olunsa da, sovet dönəmində onun adı, demək olar, tamam unutdurulmuş, əsərləri geniş oxucu kütləsinə naməlum qalmışdır. Yalnız son vaxtlar şairin əsərlərindən ibarət "Xaki-payin taci-sərim" kitabı "Azərbaycan" nəşriyyatında (2004) cap olunmuşdur.
Nigarinin şeirlərindən numunələr həmin kitabdan götürülmüşdür.
* * *
►Qəzəllər
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,
Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
Yaqılmış atəşə varım, alışmış sinədə narım,
Yanar canım bu odların, desəm duzəxdə var olmaz.
Dəgil bihudə kim, bulbul, yanar əlbət, qılar qul-qul,
Vəlakin mən kimi, ey dil, bulunmaz dağidar olmaz.
Yaqılmış odlara varım, dağılmış collərə narım.
Gorənlər beylə odlarım, deyər bir belə nar olmaz.
Alıbdır canımı qəmzə, duşubdur konlumə lərzə,
Hər bir aşiq Seyid Həmzə, hər bir dilbər Nigar olmaz.
* * *
Bəxtim bana uz verdi, şərabdarə yetişdim,
Opdum ayağın, kaseyi-sərşarə yetişdim.
Hər şamu səhər kaseyi-sərşar ilə omrum
Sərməst kecib, badeyi-əsrarə yetişdim.
Nəqqaşi-əzəl cəkdi bənim nəqşimi aşiq,
Bu rutbeyi-həq dad ilə didarə yetişdim.
Oldum həme dəm nəqşi-Nigarim ilə məşğul
Əl dəgmədi bir karə, qələmkarə yetişdim.
Bəxş eylədi ol sərxəti-məşqim bana bir hal,
Pərkarə nə hacət, elə bir karə yetişdim.
Hər şamu səhər seyri-suluk eylədim axir,
Xaki-qədəmi-Əhmədi-Muxtarə yetişdim.
Əlminnəti-Lillahi ki, ey Miri Nigari,
Kamim bana yuz acdı, kərəmkarə yetişdim.
* * *
Nə qəmim var cahan icrə bənim, yar bənim,
Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Sayeyi ali-əba, badeyi-əshabi-səfa,
Xərməni-feyzi-bəha, cəzbeyi-əhrar bənim.
Sazu sazəndə qəzəl, cuşu xuruşi-sevda,
Xubi-şirin hərgəhi, təbi-şəkərxar bənim.
Azu cox, hər nə ki var bəzmi-hərifan icrə,
Malikanəm, həme dəm kaseyi-dəvvar bənim.
Hər yanə badə fəşan kaseyi-irsal etdim,
Bəzmlərdə cəkilən sağəri-sərşar bənim.
Bilmədim kim, necə karim, necə kirdarim ucun
Qırdı başimdə butun bizeyi-dildar bənim.
Şukur, ey Miri Nigari ki, xərabat icrə
Cəngu ahəngu qədəh, şeri-şəkərbar bənim.
* * *
Didəbanam rəhguzari-şahı gozlər gozlərim,
Baqmazam qeyri yola, şəhrahi gozlər gozlərim.
Seyr qılam kubəku, avaz verəm babi-bab,
Barigəhi bəklərəm, dərgahi gozlər gozlərim.
Vaqifi-yarəm, vəlakin bixəbər əğyardən,
Qafilə goz verməzəm, agahi gozlər gozlərim.
Zərrə mənzurim dəgil, dunya və mafiha, vəli
Aləmi-dareyndə bir mahi gozlər gozlərim.
Soyləmə sərbəstə, ey Seyid Nigari, aşikar
Soyləsə kim, bir kərə, Allahı gozlər gozlərim.
* * *
Ey konul, uyma gel, ol turreyi-tərrarlərə
Bəndəlik etmə Məsihi kimi zunnarlərə.
Yıqar, əlbəttə yıqar, axiri bərbad eylər,
Versən, ər mənzifi-şəhin şahi əğyarlərə.
Cəkəlim badeyi-səba, tutalım cam ətəyin,
Can fəda eyləyəlim məsti-qədəhxarlərə.
Soylə, ey peyki-səba, hali-pərişanımızı,
Nə deyir sultanımız, binəva nacarlərə.
Əcəba, varmı əsrarə xəbərdar, deyin,
Beylə kim, carə olurmu bu giriftarlərə?
Neycun iftadələrin halını sormaz, neycun,
İltifat eyləməz ol xəsteyi-didarlərə?!
Necə ah eyləyəyim, Miri-Nigari, konlum
Mubtəladır ləbi mul, arizi gulnarlərə.
* * *
►Tərcibənd
Nə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,
Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,
Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.
Govsəri-tubi imiş cayi-cinari-Qarabağ,
Aləmi-cənnət imiş dar - diyari-Qarabağ.
İmdi bildim nə imiş vəsfi həzari-Qarabağ,
Yeridir ki, cəkərəm ah və zari, Qarabağ.
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
Ah, aşuftəligim zulfı-səmənsayə deyin,
Vah sərgəştəligim kakili-leylayə deyin.
Bu gunu qarəliyim mehrsiz ol ayə deyin,
Kari-tərsaliqim ol zulfi-cəlipayə deyin.
Dərdi bicarəligim ləli-Məsihayə deyin,
Sirri-punhanımı ol ağzi muəmmayə deyin.
Dərdimi dilbəri-şirinu dilarəyə deyin,
Ərz edin mehnətimi, cumlə şəhinşayə deyin.
Suzişi-konlumi ol qonceyi-humrayə deyin,
Necə ah eyləməyim bulbuli-şeydayə deyin.
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
Gəlin, ey əhli-konul, artıb azarım, eşidin,
Yox rəvaci, kəsilib bei-bazanm, eşidin.
Yuzulub rovnəqi-gulzari-baharım, eşidin,
Qalmayıbdır, dukənib leylu-nəharim, eşidin.
Cəm olun bir yerə, azari-həzarim, eşidin,
İrişib vəqti, qazın dari-məzarım, eşidin,
Yıqılıb səbr, yanıb nayi-qərarım, eşidin,
Alışıb suziş ilə mayeyi-varım, eşidin.
Dağılın kim tutuşub nari-minarim, eşidin,
Yeridir ərşə cıqarsa ahu zarim, eşidin.
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
Duşmədi kuyinə bir kərə guzarım gecələr,
Sormadı halımı bir mahi-uzarim gecələr.
Bir bana yanmadı kim, gəlmədi yarını gecələr,
Ol səbəbdən alışır cani-fikarım gecələr.
Yıqılır atəşə dil, artır azarım gecələr,
Cəkilir noh fələkə zari-həzarım gecələr.
Dağılır hər tərəfə atəşi-zarim gecələr,
Yandı pərvanə kimi odlara varim gecələr.
Şəm tək nar ilə duşdu sərikarim gecələr,
Bəs necə yanmaya bu konlumə narim, gecələr.
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
İltifat eyləmədi mehrsiz ol ay mana,
Almadı pərdəni şol dilbəri-hərcay mana.
Atmadı tirini peyvəstə qaşı yay mana,
Arizin acmadı ol qonceyi-həmray mana.
Qılmadı mehr vəfa mahi-dilaray mana,
Salmadı sayəsin ol mehr humsay mana.
Hec meyl eylamədi bəcceyi-Ənqay mana,
Muxtəsər, eylədi cox zulm şəhənşay mana.
Kim olur nari-məhəbbətdə ki, bir tay mana.
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
Yandı canım gecələr, gəlmədi ol məh nə ucun,
Almadı pərdəni şol, mehri-səhərgah nə ucun?
Neyləyim, olmadı bir dəm bəna həmrah nə ucun,
Eylədi cah yerim mahi-fələk cah nə ucun?
Sormadı hali-pərişanimi ki, gah nə ucun,
Yandım atəşlərə, ol olmadı agah nə ucun?
Baqmadı bir bana bin soylədim, Allah nə ucun,
İltifat etmədi, ey vah, şəhinşah nə ucun?
Yetmədi dadimə ah, eylədim ey vah, nə ucun,
Soyləmən siz bana kim, ərşi yaqar ah, nə ucun?
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
Dari-mehr uzrə gərək qəsd şirin can edəyim,
Dili sərdarə cəkib şovqlə qurban edəyim.
Cigəri parələyib, bağrı qızıl qan edəyim,
Dəmbədəm əşk dokub xuni-dil əfşan edəyim.
Canı atəşkədəyi-eşqdə suzan edəyim,
Yandırıb xaneyi-variyəti viran edəyim.
Gecələr tabəsəhər, dəmbədəm əfqan edəyim,
Guli-məqsud acıla dərdimə dərman edəyim.
Ey Nigari, nə qədər sirrimi punhan edəyim,
Yandı canım anı bu nəzmlə şayan edəyim.
Dağlayıbdır məni bir laləuzari-Qarabağ,
Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.
* * *
►Qoşmalar
Ey cununi-Leyla, aşiqi-şeyda,
Məhəbbətdir ancaq sirati-minhac.
Ey talibi-movla, ey əhli-sovda,
Oldur təriqəti-sahibi-merac.
Soyləyim bir nuktə əhli-dunyayə,
Sanmasun ərbabi-dili bimayə,
Hərdən əyməz dunyayi-mafihayə
Kimin sərində var eşqdən bir tac.
Ərbabi-dil baqmaz artıq sevdayə,
Təsir etməz tohmət əhli-rusvayə.
Fikr eylə kim, neylər əhu-dəryayə
Məhabəti-dərya, kəsrəti-əmvac.
Şamu səhər səy et, ey əhli-sovda,
Gərce xətərnakdır təriqi-Leyla.
İmdad eylər sana ulfəti-movla,
Cunki həmdəmimdir ol şiri-qəllac.
Eyləsə təriqi-sovdadə qərar.
Ta kim uz gostərə xeyməyi-dildar.
Ey Seyid Nigari, hasil olur kar,
Eyni-inayət ki baqsa bir qiyqac.
* * *
Ey dili-pursovda, talibi-Ənqa,
Qafi-eşqdə var əsrari-duşvar.
Məgər kəşf eyləyə ol sirri movla,
Yoxsa mumkun dəgil kimsəyə izhar.
Zərrə nə fəhm etsin dəşti-kamuni?
Qətrə nə anlasın bəhri-Ceyhuni?
Cun necə soyləsun sirri-bicuni?
Bəs soylə, kim etsun izhari-əsrar?
Sanma kim, asandır ilfəti, əgər
Rubadən kəmtərdir andə şiri-nər.
Sındırıbdır cox şahinlər şahpər,
Həvayi-Ənqayə nəhayətmi var?
Gərci xətərnakdir təriqi-dilbər,
Vəhm etmə kim, həmrahindir xeyli ər.
Həm rəhnimunindir sədiqi-Kərrar,
Həm rəhbərindir Heydəri-Kərrar.
Ey Seyid Nigari, ey dili-sadə,
Kuyi-həqiqətə eşqdir cadə.
Cəkmə ələm kim, yetərsən muradə,
Dutubsan daməni-Əhmədi-Muxtar.
* * *
Şamu səhər, ey dil, vəchi-dildarə,
Sərf eylədin nəzər kim oldun mail.
Zərrə qədər yer qalmadı əğyarə.
Gostərdi uz dilbər, məhv oldu hail.
Cakər eyləmiş kim, səni bir şahid,
Hasil olmuş sana ulfəti-cavid.
Şukr eylə kim, buldum dovləti-xalid,
Ey dəli dil, ey bəndeyi-İsmail.
Kəmali-eşqə kim eylədin iman,
Gostərdi uz sana yəqini-canan.
Sərvəri-xubanə bəxş eylədin can,
Bəxş eylədi sana ruhu-şəmail.
Girdin kim, meydanə mərdi-mərdanə,
Vermədin bac Təhəmtəni-dastanə.
Eylədin kim, ta xidməti-şahanə,
Şahənşahdan gəldi sana həmail.
Oynadarsan ki, top, qılırsan covlan,
Cəkərsən ki, cilə, atarsan peykan.
Ey Seyid Nigari, ey mərdi-meydan,
Ey fənni-hunərdə ustadi-kamil.
* * *
►Gəraylılar
Aşıq oldum gene tazə
Bir nov cavanə, cavanə
Hanı bir əhli-dil yazə,
Ərzəm cananə-cananə.
Qəm əlindən getdim dadə,
Dərdimdir həddən ziyadə.
Yalvarıram, vermə badə
Zulfin Səlmanə, Səlmanə.
Cuda duşdum ellərindən,
Kəsmədim goz yollarından.
Zulfi-Leyla əllərindən
Gəzdim divanə-divanə.
Bilməzəm ki, ol kərəmkar,
Əfv edərmi, gunahım var.
Yalvarıram, mar kimi zar
Hərdəm yalmanə-yalmanə.
Qurdum ulfətin binasın,
Yıqdım dunyanın esasin.
Nigari, eşq səhrasın
Gəzdim mərdanə-mərdanə.
* * *
Əqlimi ey guli-xəndan,
Atdın həvayə-həvayə.
Eylədin bulbul tək əfqan,
Duşdum ah-vayə, ah-vayə.
Qeydi-zulfində, ey mahim,
Ərşə yetişibdir ahim.
Murəxxəs et, padişahim
Məni bir ayə, bir ayə.
Ləlindir omrum səfası,
Ağzındır dərdim şəfası
Ey sənəm, zulfin həvası
Əldə sərmayə, sərmayə.
Bəndi-bənd gəldim xuruşə,
Zovqi yetirdim suruşə.
Mayıl oldum cuşə-cuşə,
Ləbi həmrayə, həmrayə.
Dərsin almış rahibərdən,
Mushəfi-ruyi-dilbərdən.
Nigari hərdəm əzbərdən
Oxur min ayə, min ayə.
* * *
Mənbə:
XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.