Molla Əli Qarabaği (1811-1893)
Şair, xəttat, müəllim Molla Əli Molla Kəlbəli oğlu Qarabaği 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
İbtidai təhsilini atasından almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi.
Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. O, Qarabağda "Kor xəlifə" ayaması ilə tanınırdı.
Molla Əli gözəl xəttat idi. Bir çox xəttləri yazmaqdə tay-tuşu tapılmazdı. Mirzə Kazım isimli bir şagirdi onun yazılarını toplayıb, "İnşai-Mirzə Kazım" adlı kitab çap etdirmişdi. Bu kitab mədrəsələrdə hüsn-xətt örnəyi kimi öyrədilirdi.
Molla Əli Qarabaği muğamat həvəskarı idi. Kar xəlifə kimi tanınan bu ünlü ruhani XIX yüzilin ortasında yeni musiqi məktəbi açmışdı. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi də öz fəaliyyətini dayandırır.
Molla Əli 1875-ci ildə Şuşa şəhərindəki Merdinli məscidinin axundu idi.
Molla Əli Qarabaği farsca şeirlər yazırdı.
O, 1893-cü ildə vəfat edib. Mirzə Əlinin Salah, Süleyman adlı oğulları vardı.
* * *
Yaradıcılığı
O, bir sərv ki, sərbüləndi aləm olmuş,
Gör ki, fəxri cəmi bəni-adəm olmuş,
Qoca fələk qəddin əymiş hilal kimi,
Bu qaş kimi halıma halimə gözüm nəm olmuş
(sətri tərcümə)
* * *
Mənbə:
Ənvər Çingizoğlu. Adlı kişinin övladları. "Soy" dərgisi, 1 (19) 2008.