“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 10:37
346

Fatma xanım Kəminə (1841-1898)

A- A+

XIX əsr Azərbaycan ədəbiyyatının tanınmış numayəndələrindən olan Fatma xanım Kəminə 1841-ci ildə Şuşada ziyalı ailəsində anadan olmuşdur. O, "Fəna" təxəllusu ilə şeirlər yazan Ağa Mirzə Bəybaba Tahirzadənin qızıdır.

Təhsilini Şuşada alıb, savadına görə ona "Mirzə fatma xanım" deyirdilər. Fatma xanım ana dili ilə yanaşı fars dilini də mukəmməl öyrənmiş və bu dildə də şeirlər yazmışdır.

Qarabağın Saracıq kəndindən olan Sadıq bəy Mirzeynal oğluna ərə getmiş, beş ovlad dunyaya gətirmişdir. Ömrünün sonlarında iflic xəstəliyinə tutulınuş və 1898-ci ilin sentyabrında Şuşada vəfat etmişdir.

* * *

Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur şairələrindən biri olub.

Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazılmış şeirləri gəlib çatmışdır.

Firudin bəy Köçərli Fatma xanım Kəminəni "nadireyi zəmanə" saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir.

* * *

Fatma xanım Kəminə şeirlərini Azərbaycan və fars dillərində yazmışdır. Onun həyat və yaradıcılığı haqqında XIX əsr təzkirələrinə az da olsa məlumat vardır. Məsələn, Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" əsərində Kəminə xanım haqqında məlumat verərkən, bildirmişdir ki, o, dörd yüzə yaxın şer yazmış, Şuşada Mir Mövsün Nəvvabın başçılıq etdiyi "Məclisi-fəramuşan"da yaxından iştirak etmişdir. Kəminə şairə Natəvanın başçılıq etdiyi "Məclisi-üns" ədəbi məclisinin üzvləri ilə yaxın olmuş, onlarla şeirləşmişdir.

Məhəmməd ağa Muctəhidzadə "Riyazul aşiqin " kitabında onun böyük divanı olduğunu və bu divanı şəxsən gördüyünü yazır. Ancaq həmin divan bu gün əldə yoxdur.

Sairin muxtəlif cunglərdə və əlyazma kitablarında qorunub saxlanan əsərlərini Əzizə Cəfərzadə toplayaraq 1971-ci ildə "Gənclik" nəşriyyatında cap etdirmişdir.

Aşağıdakı şeirlər həmin kitabdan götürülmüşdür.

* * *

Şikar olub əldən ələ düşməsin,

Qurulmuş torlara, felə düşməsin,

Yaman gözə, yaman dilə düşməsin,

Qan ağlaram qürbət eldə qalınca.

Bir vaxtlar Qapancıda saxladın,

Zabitinin gözlərini bağladın,

Əbəs yerə qəfil açıb tulladın,

Dincəlmərəm ta bir soraq bilincə.

Səyyad olub, ov dalınca getməzdim,

Dünyada çox qəmü-qüssə etməzdim,

Heç bir kəsin ətəyindən tutmazdım,

İndi ta yalvarram rüsvay olunca.

Bir səyyadın əldən getdi tərlanı,

Ta ömrünə fələk saldı nalanı,

Çağırır hər zaman qadir mollanı,

Ağlayıban hər dəm onu deyincə.

Bahar olcaq, şaxbazımı, ov eylədin,

Unutdun mənzilin, məvan neylədin?

Nə bir gəldin çəmən vəsfin söylədin,

Nə seyr etdin gül çiçəklər solunca.

Səməndər tək od tutuban yansaydın,

Hər bahar gər xeyir sərin bilseydin,

Alıb qucağına bağra hassaydın,

Kəsəydin əllərin ondan üzüncə.

Bir müddət gedibən qürbətdə qaldım,

Hər yana baxdıqca heyrətdə qaldım,

Nə bir səs eşitdim, nə soraq aldım,

Təkəbbür eylədim nahaq dalınca.

Ey kaş ki, olmayaydı dünyadə,

Ömür məmurəsin veribən badə,

Qəm-qüssə çəkməyə olub amadə,

Ləng olaydım möhnət suyun içincə.

Vətəndən əl çəkib, baş götdü qaçdı,

Yuvadan çıxıban balü-pər açdı,

Canımı çox yanar odlara saçdı,

Qan ağlaram o qürbətdən gəlincə.

Nə bilmədi sevda, nə də duymadı,

Nə rahət bir mənzilində uymadı,

Nə çəməndən, nə çiçəkdən doymadı,

Mən də onu bir görəydim doyunca.

Ay ağalar, bir tərlanım uçubdur,

Sağ əlimdən, sol əlimə alınca,

Onu tutan xeyrin bəhrin görməsin,

Mən fəqirin naləsi var dalınca.

Peyilə ta bir tüləgi qoymaram,

İntizardan gözüm yumub uymaram,

Gecə-gündüz iyləməkdən doymaram,

Səyyadıyam o tərlanın, ölüncə.

Yüz min səyyad olsam tuta bilmərəm,

Dalınca yügürrəm çata bilmərəm,

Cılqısın bilməsəm, yata bilmərəm,

Göz dikərəm yollarına, gəlincə.

Kəminə, ta əldən getdi, görməzsən,

Ləzzət ilə bir də dövran sürməzsən,

Əhl-i nəşə zümrəsinə girməzsən,

Kaş öləydin bu günləri görüncə.

* * *

Mənbə:

"Azərbaycanın aşıq və şair qadınları", Bakı, səh. 76-79.

"Fatma xanım Kəminə". Əzizə Cəfərzadə, "Gənclik" nəşriyyatı, Bakı, 1971.

* * *

Qəzəllər

 

Cana, bu nə cadudur, qaşu göz arasında,

Nitqim tutulur görcək hərdəm, soz arasında.

Gər gorsə Zuleyxavu Yusif səni bəzmində,

Məbhut qalar onlar yuz min qız arasında.

İnnab ləbin, cana, təşbih edib aşiqlər,

Nar danəsidir, guya, duşmuş buz arasında.

Ey dil, eləmə artıq nalən yerinə yetdi,

Saldın özün odlara, yandın köz arasında.

Əhdində vəfa varsa, məbhut nə durmuşsan?

Var küyə, yügür-yort ta canın öz arasında.

Xuni-cigərim gözdən ol qədr rəvan olmuş,

Laf etmə, Kəminə, cox, gül tək üz arasında.

* * *

Xali-mişkinə baxın, arizi-cananə düşüb,

Deyəsən bir həbəşi səfheyi-İranə düşüb.

Murği-dil daneyi-xalın gorəli nalə cəkər,

Qisməti ruzi-əzəl ah ilə əfqanə düşüb.

Arizi-aldədir xali-siyahi, əlhəq,

Xəti-mişkin necə kim laleyi-nemanə düşüb.

Ey gözüm nuri, yuzundə bax o xali-siyahə,

Xəbər et murği-dilə kim, odu bir danə düşüb.

Murği-dil daneyi-xalın həvəsilə duşmuş,

Həlqeyi-zulfə ki, zəncirə cu divanə düşüb.

O kaman qaşə qoyub qəmzə oxun, türk yüzün,

Şəhrə aşub salıb, hər biri bir yanə düşüb.

Görəli dil səri-zulfini könül bənd oldu,

Misrdə Yusifi-Kənan necə zindanə düşüb.

Derimiş dilbər kim, könlü degil məndə muqim,

Dil donub qanə o gündən ki, bu böhtanə düşüb.

Nöqteyi-xalu gozu qaşı yığılmış niyə,

Dövrdə zülfü Kəminə kimi peykanə düşüb.

Ənbərin buyu əgər dolmuş o geysulərdə,

Belə xoş buy dəxi olmaz o xoşbulərdə.

Gər deyəm muşk, o, ahuyi-Xutəndə tapılur,

Etmişəm bəlkə xəta, yox o iy ahulərdə.

Tərbiyə etmiş onu, bəlkə, mələk, ya ki, pəri,

Var güman: gozdə olur cunki o cadulər də.

Zülfi-müşkinin alıb dövri-ruxun halə sifət,

Belə bir halət olur cümlə o məhrulərdə.

Bənd olub zulfə dəxi qaşu goz ilə xalə,

Bilməzəm ondadımı könlü və ya bulərdə?!

Gözümü kəsmənəm ol gözdən oluncə, bəlkə,

Dili-gumgəştəni cün tapdım o yarğulərdə.

Bivəfadə nə məhəbbət, nə dəyanət, nə vəfa?!

Ey Kəminə, tapılur bəlkə də dilculərdə.

* * *

Mərizi-eşqə əlac eyləməz təbib, ölmə!

Bu dərdə carə edər visləti-həbib, ölmə!

Visalə talib olan aşiqə bəla yetişur,

Fəraqə səbr elə, sən munca bişəkib, ölmə!

Xəyali-zulf səni xeyli natəvan edəcək,

Səni məriz edər cesmi-dilfərib, ölmə!

Fəğanu nalə cəkib, qılma hicrdən şikvə,

Budur uınid, sənə vəsl ola nəsib, ölmə!

Demə vətəndə mənə bir ənisu munis yox,

Sənə ənis qəmi-eşqdir, qərib, ölmə!

Qiyam qılmasa gər, sərvqəddu siməndam

Ki, ruzi-həşr sənə olmaz ənqərib, ölmə!

Şikayət etmə, Kəminə, rəqib cövrundən,

Kəməndi-hicrə duşəp, sən kimi, rəqib, ölmə!

Şuri-eşqin eyləyib bəs ki, məni divanə,

Şohreyi-şəhr olubam aləm-əra əfsanə.

O qədu qaməti gordukcə xudadan dilərəm,

Dolanım başına kim şəmə necə pərvanə,

Qan tutub gozlərini məst ikən peyvəstə,

Ruzi-əzzəl necə kim, tutdu mənə peymanə.

Dəst busin mənə gər mumkun ola omrumdə,

Xaki-payinə düşüb, can verərəm mərdanə.

Lütf eylə əlimi tut ki, məni-uftadə,

Məstlikdən ayılıb bəlkə gəlim imanə.

Görcək ol zülfünü küfrə dəyişib imanı,

Gözüm oz əlim ilə, mən nə deyim Sənanə?

Eşq dərdinə ətibba qamusu acizdir,

Vəsl əlac edə məgər bu mərəzi-punhanə.

Baxma ahuyi-Xutən vəh ki, xətaya saldı

Məni bir ceşmə-siyəh baxmaq ilə məstanə.

Dəhrdə hicr oduna yandı Kəminə, yarəb,

Həşrdə hifz elə kim, ta nə qalıb niyranə.

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh. 

 

Xəbərlər
Redaktorun seçimi