“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 10:49
361

Abdulla bəy Asi (1841-1874)

A- A+

Abdulla bəy Əlibəy oğlu Asi 1841-ci ildə Şuşada anadan olmuşdur. Qasım bəy Zakirin nəvəsidir. Asi təhsilini Şuşada almışdır.

Ərəb, fars, rus dillərini, həmcinin Əlişir Nəvaini dönə-dönə oxumaqla cığatay dilini də gözəl bilmiş, hətta bu dildə bir necə qəzəl də yazmışdır.

Asi qısa ömür sürmüş, 1874-cu ildə vəfal etmişdir.

Müasirlərinin dərin hörmət və məhəbbətini qazanan Asi Mir Möhsün Nəvvabın təşkil etidiyi "Məclisi-fəramuşan"ın uzvlərindən olmuş, Seyid Əzimlə dostluq etmişdir.

Əsərlərinin coxu itib-batmış, az bir hissəsi qalmışdır. Buradakı nümunələri F.Kocərlinin "Azərbaycan ədəbiyyatı" (II cild, 1981), "Poetik məclislər"  (Toplayanı və tərtib edəni: Nəsrəddin Qarayev. Bakı: Yazıçı, 1987, 526 səh), "Dahilərin göz yaşı. Mərsiyələr" (1990) və "Necə qan ağlamasın daş bu gün" (1993) kitablarından götürülmüşdür.

* * *

Qəzəllər

 

Daima mən zardən ol dilbəri-bədxu qacar,

Guya səyyad görmüş, rəm qılıb ahu qacar.

Yoxsa kim bilmiş deyildir saz yarə müşkilə,

Rəhm edib zəxmi-dərunə yari-mişkinmu qacar.

Bilməzəm, aya necə zulfilə xu tutmuş könül,

Rəsmdir cun nerdə bir şahin gorə teyhu qacar.

Şöleyi-rayinə məhvəşlər dəm urmaz husndən,

Guyiya kim, mocuzi-Musa görüb cadu qacar.

Gizlənib könlüm hücumi-dərdü qəmdən zülf ara,

Xofdan divanə nerdə görsə hayuhu, qacar.

Sərvqədlər icrə guya görməyibdir sərvəri,

Qumriveş dil axtarır hər su deyib "gu-gu" qacar.

Asiya, gormuş ki, gul ol gülruxə həmta deyil,

Bəhs etməkdən səninlə bülbüli-xoşgu qacar.

* * *

Qara gözlü, qara oldu günüm zülfün kimi qarə,

Pərişan halım ondandı, bulunmaz dərdimə carə.

Alıb zülfi-musəlsəl dövri-mahi-arizin yeksər,

Hərəm rahın və ya məsdud edib ərab zəvvarə.

Əcəb olmaz əgər lal olsa tuti qoncə tək qəmdən,

Acan dəm ləli-şəkkərbarını hər ləhzə guftarə.

Könül lafi-ənəlhəq eşqi-ruyində urar daim,

Nola Mənsur tək cəksə qara zulfun anı darə.

Könül mayildi nuş etsin ləbi-ləlin şərabından.

Sədai-hicr rəf olsun ki, düşmüş rənci-xummarə.

Töküb zəbri-həlahil kami-canə əfiyi-zülfün,

Nola tiryaki-ləlin eyləyə bu dərdə bir carə.

Yetib həddi-nisabə hüsni-ruyin, mustəhəqqindir,

Zəkati-hüsnünü, ey şux, lutf et Asiyi-zarə.

* * *

Rəhm qıl, dəymə, səba, zülfi-kəci-dildarə,

Nə rəva kim, düşə vüsətdə ikən dil darə.

Eşqi-ruyində urub lafı-ənəlhəq guya,

Cəkilib zülfdə Mənsursifət dil darə.

Hər xədəngin səfi-mujganda gər kəm bulsa,

Kimsəyə etmə güman, zülfün ara dildə arə.

Qoyma kira, şanə dəyə zülfə, özün məhrəmsən,

Şərhə-şərhə ol onun tək, anı, ey dil, darə.

Asiya, cini-səri-zulfdə kim buldu könül?

Zülməti-şəb tanımaq qüdrəti yox dildarə.

* * *

Fəna mulkinə aşiq girməyincə nəfsi ram olmaz,

Məqami-"liməəllah" sirri anıncun təmam olmaz.

Könül, piri-muğanın feyzu lutfi gər ola şamil,

Meyi-vəhdət əyağın al ələ, bu mey həram olmaz.

Əzəl şəmsinə ol talib həqiqi hüsn ondandır,

Məcazi dilrubalər hüsni aləmdə müdam olmaz.

Hərimi-Kəbə, səbni-deyr yeksandır, könül, billah,

Əgər məlumə talibsən sənə fərqi-məqam olmaz.

Məqami-qurbi-yarə vasil ola aşiqi-sadiq,

Rizayi-dustdən ozgə ona aləmdə kam olmaz.

Necə vasil olum ol şahə kim, gər olmasa nəzmi,

Mahu mehru buruci-nəcm seyrində nizam olmaz.

Təriqi-eşqə, Asi, laubali qoy qədəm bir dəm –

Ki, əhli-eşqdə pərvayi-canu nəngu nam olmaz.

* * *

Olmuş məqami zülfi-pərişanı könlümün,

Bir dəm kəsilməz ah ilə əfğanı könlümün.

Rəhm eylə, səxt dəymə, səba, tari-muyinə,

Ol picu tabə tabı gorum hanı könlümün.

Motad olub qara gunə zülfündə xoş kecər,

Min zulm yetsə, şami-qəribanı könlümün.

Zunnar zulfunə uyuban küfrə uğradı,

Salim qalır nə nov bəs imanı könlümün.

Kuyində, Asiya. bu qədər nalə eylərəm,

Təsir edərmi ol məhə əfganı könlümün?

* * *

Növhələr

 

Mən Huseyni-bikəsu biyarəm ey sultani-Qeys,

Bir ələmdarı olən sərdaram ey sultani-Qeys.

 

Gör nə əhvalə salıblar peykari-sədparəmi,

Bir tərəfdən ləşgəri-əşrar üzübdür carəmi,

Səsləyəndə sən məni bağlardı Zeynəb yarəmi,

İstəsə hər kim ona qəmxarəm, ey sultani-Qeys.

 

Əhli-beyti qoymuşam kuffar icində gəlmişəm.

Xarə cox gul tapşırıb, gulzar icində gəlmişəm,

Qoymuşam bimarımı əşrar icində gəlmişəm,

Gərdişi-cərx ilə mən cox xarəm, ey sultani-Qeys.

 

Getdi əmval ilə ənsarım, sınıb balu pərim,

Neynəva dəştində zulm ilə qırıldı ləşgərim,

Təşnə qurban oldu on səkkiz yaşında Əkbərim,

Gor ki, mən bitaqəti-rəftarəm, ey sultani-Qeys.

 

Qasimə toy eylədim bir ləhzədə yas etdilər,

Novcavan qardaşlarım bir-bir əlimdən getdilər,

Cəddimin düşmənləri hər yerdə kamə yetdilər,

Paymali-təneyi-əğyarəm, ey sultan-Qeys.

 

Cun məni meydanda həm Şumri-sitəmgər axtarır,

Bir şikarı-zəxmdarı, əldə xəncər axtarır,

Bir yaralı seydi yuz min fovci-ləşgər axtarır,

Mən ki, seydi-Şumri-bədkirdarəm, ey sultani-Qeys.

 

Qorxma, gəldim mən səni şirin əlindən qurtaram,

Taqətim yoxdur at ustə durmağa, coxdur yaram,

Yeddi qardaşdan sora, insafdır mən sağ qalam,

Lərzə tutmuş peykərim, xunbarəm, ey sultani-Qeys.

 

Cun şəhi-ləbtəşnəni sən səslədin fəryadinə,

Parə-parə cismlə gəldim yetişdim dadinə,

Ağla cun əhvalimə hər dəm duşəndə yadinə,

Oğlu olmuş həsrəti-didarəm, ey suitani-Qeys.

 

Hər nə gəlsə razıyam mahi-mədinəm başına,

Od duşubdur hicri-Əkbərdən bu sinəm başına,

Şumri-kafir vurmasın qamcı Səkinə başına,

Mən ozizu Heydəri-Kərrarəm, ey sultani-Qeys.

 

Asinin goz yaşı mərhəmdir yaralı sinəmə,

Sidqi-avaz ilə səslər qıl şəfaətsən mənə,

Ruzu şəb qan ağlaram ta həşr olunca mən sənə,

Cünki mən də qəbrinə zəvvarəm, ey sultani-Qeys.

* * *

Gözün ac, gəldi oğulsuz atan imdadə, oğul,

Dur otur, qoyma gəlim bir belə fəryadə, oğul.

 

Şamə dondərdilə Şam əhli işıq gündüzümü,

Qəlbimə dağ cəkib, qoydular ağlar gözümü,

Əli, səndən sora olmuş gorurəm mən özümü,

Dirilik səbdi sənsiz mənə dunyada, oğul.

 

Əli, peykani-bəla qəlbimi bica oymaz,

Əşgimə mane olam şoleyi-ahim qoymaz,

Sən kimi oğlu olən gərdu qubardan doymaz.

Olmaz oz mərginə hər ləhzədə amadə, oğul.

 

Bir urək ki, Əli, sən tək bir oğul dağı ola,

Cox cətindir, o urək şad ola, bir də acıla,

Qan ola qəlbi gərək, gozləri əşk ilə dola,

Hər qədər sağdı, gələ naləvu fəryadə, oğul.

 

Nə sitəmkardı o kəslər ki, vurub yarə sənə,

Nə sənə həqqi gəlibdi, Əli, nə rəhmi mənə,

Döndərib cismuvi oxdan gul acan bir cəmənə,

Gətirib möhnətu qəm gülşəni icadə, oğul.

 

Göyün ulduzlarını yaraların san veriri,

Baş acıb hər yarə cismində, Əli, qan veriri,

Başın ustundə atan, sən tək oğul can veriri,

Bəli, bir ruh iki qəlbidədi mənadə, oğul.

 

Bilisən, xatiri-zarım doludu nisgil ilə,

Niyə dinmirsən, Əli, dindirirəm hər dil ilə,

Mənlə bir kəlmə danış, qoyma bu suzi-dililə,

Ola tainki təsəlli dilə, şahzadə, oğul.

 

Qəlbimin sirrini Allah bilər, özgə nə bilir,

Necə mən ağlamayım, sən kimi bir oğlum olur,

Baxıri halıma Səd oğlu şəmatətlə gülür,

Vururi tənə oxun bu dili-naşadə, oğul.

 

Bu gözəl cismüvi gördükcə quru yerdə, Əli,

Ürəyim başı yanır, dil gəliri dərdə, Əli,

Elə dərdi ki, sağalmaz bilirəm bir də,Əli,

Bexususi ki, muasir ola əkbadə, oğul.

 

İstərəm zəxmi-dili-Leylini bəlkə bitirim,

Verməmiş can səni ol bikəsu yarə yetirim,

Bilmirəm nəşuvi nə nov ilə yerdən götürüm,

Baxıram, xərməni-səbrim gediri badə, oğul.

 

Bənd-bəndindən edib cismivu əşrari-zimən,

Pozulan gulşənə bənzər, Əli, bu parə bədən,

Səni nə nov ilə bilməm aparım xeyməyə mən,

Yox təvan həmlinə mən bikəsu tənhadə, oğul.

 

Göstərir, zəxmi-sərin ayəti-şəqqulqəməri,

Bu necə zəxmdi, ey nəxli-umidim səməri,

Günü qara eləyib itrəti-Xeyrulbəşəri,

Qoymayıb zilvə məhi-ənvəri-bəthadə, oğul.

 

Əli, sidq ilə olub Asi sənə növhəsəra,

Eyləyibdir o gözəl adıvı ünvani-buka,

Bir səni hər iki dunya bilir ümmidu rica,

Həmi dunyadə əvəz ver, həmi uqbadə, oğul!

* * *

Mənbə:

XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh. 

 

 

Xəbərlər
Redaktorun seçimi