Məhəmmədəli bəy Məxfi (1821-1892)
Bədii əsərlərini "Məxfi " təxəllusu ilə yazan Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə 1821-ci ildə Şuşada doğulmuşdur. Məşhur Baharlı tayfasının nümayəndəsidir. Şuşada yeni tipli məktəbdə (“realnı”) oxumuş, fars və rus dillərini öyrənmişdir.
Şamaxı, Tiflis, İrəvan və Şuşa qəza idarələrində məmur işləmişdi. Mülki xidmətə tərcüməçilikdən başlamışdı. Quberniya katibi çinindən titulyar müşaviri vəzifəsinədək ucalmışdı. Dövrün qabaqcıl ziyalıları ilə dostluq etmişdir.
1892-ci ildə varissiz vəfat edib.
Görkəmli ensiklopediyaçı alim, təzkirıçi Mir Möhsün Nəvvab onun 1890-cı ildə rəhmətə getdiyini yazır. Amma şairin bütün hüquqi sənədlərində 1892-ci il qeyd edilmişdir.
Məhəmmədəli “Məxfi” təxəllüsü ilə incə təbli şeirlər yazırdı. Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə və başqa təzkirəçilər, tədqiqatçılar ondan bəhs etmişlər.
Son tәdqiqatda Mәxfinin "Beyti-xamuşan" deyil, "Mәclisi-üns" әdәbi mәclisinin üzvü olduğu göstәrilir. "Mәclisi-üns" XIX әsrin ikinci yarısında (1864-1897) Xurşudbanu Natәvanın evindә tәşkil olunmuş әdәbi mәclisdir. Fәal üzvlәri: Natәvan, Mirzә Rәhim Fәna, Mirzә Әliәsğәr Novrәs, Mәhәmmәdәli bәy Mәxfi vә başqaları.
Orxan Məmmədov (Baharlı) ""Əhvalati-Qarabağ" əsərinin müəllifi haqqında" adlı məqaləsində ("Elm" qəzeti, 8 avqust 2001-ci il) 1888-ci ildə qələmə alınmış "Əhvalati-Qarabağ" kitabının müəllifi olan Baharlının faktlar əsasında Məhəmmədəli bəy Məxfi olması qənaətinə gəlmişdir.
Mənbə:
Ənvər Çingizoğlu. Baharlı oymağı. "Soy" dərgisi, 6 (14) 2008
* * *
Məhəmmədəli bəy Məxfinin Azərbaycan və fars dillərində gozəl şeirləri qalmışdır. Filologiya elmləri namizədi Raqub Kərimov onun əsərlərini toplayaraq Bakıda "Qəzəllər" (2001) adı ilə nəşr etdirmişdir. Burada verilən ornəklər həmin kitabdan götürülmüşdür.
* * *
►Qəzəllər
Mətləbim kuyində didari-cəmalındır sənin,
Zindəganlıqdan qərəz əlhəqq vusalındır sənin.
Ceşmeyi-heyvandan sonməz bu konlum yanqusu,
Arizuyi-xatirim abi-zulalındır sənin.
Gəl məzarım ustə, sərvim, bir qədəm bas sinəmə,
Bu səru tən xaki-payin paymalındır sənin.
Əhli-uşşaqın səlamət olmağı mumkunmudur?
Hər qiya baxdıqda can almaq xəyalındır sənin.
Qaşların tağın qoyub, mehraba meyl etməz konul,
Səcdəgahım eşq ara ol kunc-hilalındır sənin.
Sohbəti-xəlqi-cahan yanımda bir əfsanədir,
Mətləbim şəkkərşekən şirin məqalındır sənin.
Daneyi-əngurudur duşmuş meyi-gulfam ara
Ləblərində, yoxsa ol hinduyi-xalındır sənin.
Urmusan, ey məh, deyirlər dəm kəmali-husndən
Bu muşəxxəs oldu noqsanu zəvalındır sənin.
Gəl, gəl, ey arami-can, can verməyim oldu əyan.
Məxfiyi-dilxəstə muştaqi-cəmalındır sənin.
* * *
Rəhm qılmaz məni-dilxəstəyə, cananıma bax,
Boylə birəhm yolunda bu cıxan canıma bax.
Ey məni xəstə qılıb halıma rəhm eyləmiyən,
Səri-kuyindəki bu naleyi-əfqanıma bax.
Ey deyən duzəx odun hicr ilə yeksan, bir gul
Cak edib koksumu, bu sineyi-suzanıma bax.
Könul, əhvalını sordum, rupərivəş soylədi,
Bu qara telləri gor, zülfi-pərişanıma bax.
Ey düşən eşqinə gulcöhrələrin, bir göz acıb,
Laxta-laxta cigərimdən tökülən qanıma bax.
Sorma, ey şux, konul halətini hicran gecəsi,
Qanlı goz yaşımı gor, dideyi-giryanıma bax.
Qılmadın şukrunu ol neməti-vəslin bir dəm,
İndi, ey Məxfi, gəlib bu şəbi-hicranıma bax.
* * *
Olmasın bir ləhzə kəm, yarəb, başımdan şuri-eşq,
Cıxmasın bu mulki-dildən bir zaman qovğayi-eşq.
Cəkməz dunya qəmin gər getsə əlindən varu yox,
Çün pənahımdır mənim ölüncə mavayi-eşq.
Ey könül, bu şövkət dünyası sitəmdir bana,
Rəğbət etməz padşahlar təxtinə şeydayi-eşq.
Sanma ey qafil ki, zəhmətdəndir bu zarlıq
Aşikar bir ləzzəti-candır bu ahu vayi-eşq.
Bəhri-eşqə, ey konul, gər məb sağini Yunis misal,
Kamə cəkmiş coxların ol mahiye-dəryayi-eşq.
Eşq ara məqsuduna, Məxfi, yetərsən, səbr qıl,
Rahbərdir cun sənə bu yolda ol movlayi-eşq.
* * *
Xeyr edərmi mən mərizə hec bir qan, ey təbib?
Eşq dərdidir canımda bunu bir qan, ey təbib.
Dərdimin yox carəsi səndə, nə izhar edəlim,
Saxlamaq xoşdur anı can icrə punhan, ey təbib.
Səhhətimdən otəri zəhmət cəkmə axər sən əbəs,
Gəlməyə ta yar ozu muşkuldu dərman, ey təbib.
İstəsən cəhhət bulam, vəsli-nigara carə qıl.
Oldurur billah məni bu dərdi-hicran, ey təbib.
Cıxsa yarın mohnətu dərdi bu canımdan mənim,
Nə gərəkdir ta mənə bu cismu bu can, ey təbib.
Cıxmaz ol sevdayi-zulfu yar başdan, cıxsa can,
Əl gotur, əhvalımı etmə pərişan, ey təbib.
Saxlaram dərdi-dili mən Məxfi, izhar etmərəm,
Faş əgər ta etməyə bu ceşmi-giryan, ey təbib.
* * *
Dən-dən ərəğ duşəndə ruxi-əhmər üstünə,
Şəbnəmdi guya kim tokulub gullər üstünə.
Ləl ləbin kənarına cıxmış xətinmidir?
Murbəccələrmi yoxsa düşüb şəkkər üstünə?!
Yarəb, bir nurdu kim, tökülüb yar türrəsi,
Ya Kəbədir ki, gəlmiş anın kafər üstünə?!
Ətrafı-ləblərində o xali-siyahıdır?
Ya ləşgəri-həbəşmi gəlib Kovsər üstünə.
Şəhla gozun təkyə verib taği-əbruya,
Bir məstdir ki, meyl qılır minbər üstünə.
Əfşan olan o qamətinə saclarınmıdır?
Şahmarlarmı yoxsa cıxıb ər-ər üstünə?!
Bilməm, əzizim, eşqin ara Məxfi neyləmiş,
Hər yan gəlibdi dərdu qəmin ləşgər üstünə.
* * *
Muftiyi-şəhr ki yol tapmadı meyxanəmizə,
Rəşkidən urdu sitəm daşını peymanəmizə.
Fəxr qıl, ey dili-divanə ki, bu şəhr icrə,
Yoxdu bir şux ki, yol bulmaya kaşanəmizə.
Əql idi eşq ilə bazicə dogul kim girələr,
İki sultani-muxalif dili-viranəmizə.
Bunca dad etdim o şuxun sitəmindən bir kəs,
Yoxdur axər ki, qulaq verə bu əfsanəmizə.
Gecələr mənzili təğyir edərəm, şayəd o dust,
Səhv edib bir qədəmin basa bizim xanəmizə.
Bu qədər duşdu konul eşqinə bir mahvəşin,
Hic bay olmadı rağıb dili-divanəmizə.
Lafi-dindarlığın, Məxfi, səni kafər edib,
Kəbədən bir yol ola kaş bu butxanəmizə.
* * *
Mənbə:
XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.