“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.06.2014, 17:47
1565

Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi

A- A+

Azərbaycançılıq ruhu vahid ümumşərq klassik ədəbiyyatı kontekstində də yaşarılığını qorunub saxlamış, qədim və orta əsrlərə xas yabançı ideologiyalar zəminində bu və digər şəkildə özünü göstərmiş, dahi sənətkarlarımız tərəfindən təblığ və tərənnüm edilmişdir...

"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Bu sözləri zəmanəmizin görkəmli siyasi xadimi, Azərbaycan Prezidenti Heydər Əliyev Dünya azərbaycanlılarının birinci qurultayında müstəqil Azərbaycan Respublikasının ideoloji əsaslarından bəhs edərkən demişdir.

Azərbaycançılıq ideologiyasının rəsmi tarixi son iki əsrlə bağlıdır. Bu tezisi görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev də özünün "Milli "mən" şüuru və etnik yaddaş - azərbaycançılıq" adlı dərin məzmunlu məqaləsində təsdiqləyərək, yazır: "Millət - Azərbaycan, milli ideya, dövlətçiliyin sivil ideya modeli - azərbaycançılıq! - iki əsrlik nəzəri-ideoloji fikrimizin yekunu, sonuc qənaəti bu gün bu iki düsturla formula edilir". Lakin ümumi qəbul olunmuş qənaət belədir ki, bu ideologiyanın tarixi zəmini daha dərindədir, ideya qaynaqları isə təqribən min, min beş yüz il qədimlərə gedib çıxır.

Xalqımız dünyaya Zərdüştü və "Avesta" kitabını, "Kitabi-Dədə Qorqud"u və qorqudçuluq məfkurəsini, "Koroğlu"nu və Çənlibel sosiologiyasını bəxş etmişdir ki, bunlar da bir tərəfdən ümumazərbaycançılıq məfkurəsinin, məxsusi birgə dəyərlərin, ümumi düşüncə və ictimai davranış tərzinin formalaşması və adət-ənənə sisteminin bərqərar olmasına təkan vermiş, digər tərəfdən isə Şərqin oxşar mənəvi dünyasının əsaslarının qurulmasında həyati rol oynamışdır. Azərbaycanda Zərdüştə qədərki dövrdə də böyük mədəniyyət, fəlsəfə, həyat dünyagörüşü, əxlaq örnəkiəri mövcud olmuşdur. Lakin Azərbaycana dair tarixi mənbə və materiallar müxtəlif vaxtlarda, xüsusilə də ərəb istilası dövründə dağıdılmış, ölkəmizin tarixinə aid çox qiymətli qədim yazılı bilgi və məlumatlar sıradan çıxarılmışdı. "Avesta" kitabı bu gün bizdən ötrü ona görə ən qiymətli tarixi-mədərıi abidədir ki, Azərbaycanın bütün dünyada, Şərq aləmində cahanşümul bir ölkə kimi mənəviyyatın, mədəniyyətin təməl daşlarını qoymuş bir məmləkət oiduğunu yazılı təsdiqləmiş ilk sənət nümunəsidir.

"Kitabi-Dədə Qorqud"u Azərbaycan xalqının ana kitabı adlandırırlar. Burada xalqımızın ümummilli ruhu ifadə olunmuşdur. Azərbaycan ruhunu, azərbaycanlıları digər millət və etnoslardan fərqləndirən ən mühüm amillərin məcmusunu özündə ehtiva edir. Bu torpaq tarix boyunca çox hücumlara, basqınlara, imperiya hökmlərinə məruz qalmışdır, azərbaycançılıq ruhu isə daim yaşamış və xalqımızın yadellilərin hücumlarına müqavimət qüwəsini əks etdirmişdir. Dastanda ifadə edilmiş Vətənin müqəddəsliyi ideyası, ana kultu, qadınla kişinin bərabərliyi, demokratizm və  ərənlik.

Ləyaqətlə yaşayıb ali məqsədlər uğrunda ölmək fəlsəfəsi bu gün də milli ideologiyamızın təməlini təşkil edən başlıca prinsiplərdir "Kitabi-Dədə Qorqud"da etnik birlik və ictimai həmrəyliyin oğuz elinin parçalanmasının qarşısını alan ən mühüm şərt kimi təsvir edilməsi müasir dövrdə də aktuallıq daşıyır. Dastanda ölkənin təhlükəsizliyini qorumaq yolunda böyüklü-kiçikli, qadınlı-kişili bütün xalqın səfərbər olunması, müqəddəs Vətən amalı ətrafında xalqın bütün təbəqələrinin six birləşməsi nəinki о dövr üçün, eyni zamanda erməni təcavüzünə məruz qaldığımız, xarici və daxili düşmərılər tərəfindən Azərbaycanın parçalanması planlarının qüwədə saxlanıldığı günümüzdə də ibrətamiz səslənir.

Şifahi ədəbiyyatımızda vətənçilik, ideala və torpağa tapınma, mərdlik baxışları XVII-XVIII əsrlərin möhtəşəm abidəsi - "Koroğlu" dastanında daha aydın və açıq mətnlə öz əksini tapmışdır. Dastanda nisbətən sonrakı dövrlərin hadisələri təsvir olunsa da, Azərbaycan xalqının ən qədim və ən yaşarı milli-mənəvi dəyərləri təcəssüm etdirilir. Xalq öz milli varlığının, yabançı və mahiyyətcə istilaçı xarici ətraf qüvvələrə qarşı mütəşəkkil birlik və bütövlüyünün rəmzi kimi Çənlibel sosiumunu, bu cəmiyyətin mənəvi prinsiplərə əsaslanan institusional konstruksiyalarını sevə-sevə tərənnüm edir. "Koroğlu" dastanındakı Çənlibel, Koroğlu və onun ətrafında bir yumruq kimi birləşmiş xalq kütlələrj milli Azərbaycan ideyasının azad Vətən, tarixi şəxsiyyət və xalq demokratiyasından ibarət iki mühüm tərkib hissəsinin simvolik arxetipi kimi dərk oluna bilər.

Azərbaycançılıq ruhu vahid ümumşərq klassik ədəbiyyatı kontekstində də yaşarılığını qorunub saxlamış, qədim və orta əsrlərə xas yabançı ideologiyalar zəminində bu və digər şəkildə özünü göstərmiş, dahi sənətkarlarımız tərəfindən təblığ və tərənnüm edilmişdir. XII əsrin dahi mütəfəkkiri Nizami Gəncəvi məşhur "İskəndərnamə" poemasında böyük yunan fatehi Makedoniyalı İskəndərin Azərbaycana gəlməsini təsvir edir və Bərdə hökmdarı Nüşabənin dili ilə ona nəsihət verirdi. Həsənoğludarı başlayaraq, əsası qoyulan türkdilli poeziya məhz Nəvai və Füzuli yaradıcılığı ilə kamala yetişir. Füzuli türk dilində yüksək, ali poetik yaradıcılığın, xüsusən qəzəl və məsnəvi yaradıcılığının estetik kanonlarını işləyib hazırlayır ki, bunu da azərbaycançılıqda əsl inqilab hesab etmək olardı. Belə ki, Füzuli yaradıcılığı ilə azərbaycançılığın əsaslarından biri və birincisi oları Azərbaycan dili öz inkişafında tamamilə yeni mərhələyə qədəm qoyur, bütün müsəlman mədəniyyəti arealında fars və ərəb dilləri ilə eyni sırada ümumişləklik statusu qazanırdı. Sonralar Nəsimi və Şah İsmayıl Xətai bu böyıık işi davam etdirmiş və divan ədəbiyyatı dilini canlı xalq dilinə yaxınlaşdırmışdılar. Qüdrətli fateh olmaqla yanaşı, həm də ana dilində səmimi şerlər yaradan Şah İsmayılın hakimiyyəti illərində Azərbaycarı dilinin rəsmi dövlət dili statusuna yüksəlməsi öz təməlini məhz Füzuli poetik ənənələrindən götürmüşdü.

Azərbaycanşünaslığın, azərbaycançılığın birinci və ən vacib ünsürü dildir. Hər şey dildən başlayır. Xalqın dilini onun çoxəsrlik həyatının güzgüsü, nəsillər arasında ötürücü əlaqə, yaddaş vasitəsi, xalqın tam və həqiqi tarixi adlandırmaq olar. Kitabın, məktəbin olmadığı əyyamlardan üzü bəri və bu gün də insanların keçmişi, bu günü, gələcəyi arasında körpü salaraq onları maarifləndirməkdə, milli özünüdərk hisslərini formalaşdırmaqda və onu sonrakı nəsillərə ötürməkdə milli dil ən mühüm vasitə hesab olunur. Dil xalqın mahiyyəti deməkdir. Əgər о yox olarsa, xalq da yer üzündən siiinər. Xalqın əlindən alınan hər şeyi yenidən ona qaytarmaq mümkündür, yalnız onun dili əlindən alındıqda həmişəlik məhvə məhkum edilir. Odur ki, dilə təkcə ünsiyyət vasitəsi kimi yox, milli fikrin, təfəkkürün, dünyabaxışın, dünyagörüşün, milli davranışın fundamental nizamı və qaydası kimi yanaşmaq lazımdır.

Dil həmişə konkret bədii, fəlsəfi, elmi və s. mətnlərdə yaranır, cilalanır və milli mentalitetin ən müxtəlif ünsürlərini tarixin yaddaşma hopdurur. Bu cəhətdən Yaşar Qarayevin başqa bir fikri də istiqamətverici səciyyə daşıyır. О yazır: "...Nə etnik şüur, nə də milli yaddaş öz kökünü, cövhərini kənar mənbədən almır, təlimat kodeksi, nizamnamə sənədi, qurultay qətnaməsi və protokoldan çıxarış, qərar şəklində mövcud olmur. Kütiəviləşməsi, mənimsənilməsi də bürokratik-inzibati yolla, toplantılarda, iclaslarda gerçəkləşmir. Kütləni milli ideyaya elm, mədəniyyət, fəisəfə hazırlayır".

Bu baxımdan yanaşdıqda etiraf etmək lazımdır ki, çoxəsrlik tariximizdə xalqımızı yaşadan, onu ruhən qoruyan və müasir dövrə gətirib çatdıran ən əsas amillərdən biri onun ədəbiyyatı - söz sənəti və dil mədəniyyəti olmuşdur. İstiqlal düşüncəsinin təşəkkülündə milli-mənəvi varlığın, ədəbi-mədəni dəyərlərin fundamental rolunu milli maarifçiliyin və əməli hərəkət dövrünün öz xadimləri də dəfələrlə etiraf etmişlər. Bu baxımdan Mirzəbala Məmmədzadənin aşağıdakı fikri olduqca xarakterikdir: "Azərbaycan milli xartiyasının xülasəsi, istiqlal fikrinin təsisində Vaqifdən tutmuş Cavidə qədər, Zakirdən başlamış Cavada qədər, Mirzə Fətəlidən Üzeyirə kimi, "Əkinçi"dən "Azərbaycana" və "Yeni Qafqaziyaya"dək hər birinin olduqca böyük rolu və dəyərli rolu olmuşdur.

Siyasi-ictimai fikirlərimizin tərəqqi və təkamül tarixini təşkil edən bu dövr bugünkü aydın və parlaq istiqlal məfkurəsinin təməlini təşkil edir. Hətta ən uzaq istiqlalımızı təyin etmək üçün belə keçirdiyimiz fikri-inkişaf tarixinə baxmaq və ondan milli hərəkatın ruh və mahiyyəti haqqında bir fikir almaq kifayət edər. О dövrün də özünəməxsus məfkurəsi, məfkurə uğrunda çəkişməsi, mübarizəsi, о dövrün də qəhrəmanları, məzlumlarv, şəhidlər və mücahidləri olmuşdur. Onların yorulmaq bilməyən çəkişmələri nəticəsindədir ki, bu gün biz minlərcə gənci ölümə sövq edən bir xartiya almışıq. Zənnimcə, Mirzə Fətəli və Həsənbəy Zərdabi 50 il sonra dünyaya gəlsəydilər, istiqlal fikri, Azərbaycan milli xartiyası 50 il sonra meydana gələcəkdi. Bunların arasında six bir münasibət və rabitə vardır... Özünün türkçülüyünü və azərbaycançılığını dərk etməyən bir xalq belə bir bəyannaməni (28 May İstiqlal Bəyannaməsi nəzərdə tutulur. - S.V.) verə bilməzdi".

 

Sona Vəliyeva. "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası. -  Bakı, "Azərbaycan" nəşriyyatı, 2003. - 128 səh.

 

Xəbərlər
Redaktorun seçimi