“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.08.2014, 15:11
2734

Qara Məşədiyev (1939)

Dilçi alim, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor
A- A+

Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor, A­zər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun Ono­mas­ti­ka şö­bə­si­nin mü­di­ri Qara İbrahim oğlu Məşədiyev 1939-cu ildə Gədəbəy rayonunun Göyəmli kəndində dünyaya gəlib.

1956-cı ildə Çayrəsullu kənd orta məktəbini bitirib, 1958-1959-cu illərdə hərbi xidmətdə olub. 1959-1961-ci illərdə Bakı şəhərində 40 №-li evlər idarəsində işləyib. 1961-1966-cı illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. 1966-1968-ci illərdə Gədəbəy rayonunun Maarif kənd səkkizillik məktəbində müəllim işləyib.

Qara Məşədiyev 1968-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda çalışır. 1968-ci ildən 1989-cu ilədək Müasir Azərbaycan dili şöbəsində işləyib. 1968-1974-cü illərdə kiçik elmi işçi, 1974-1979-cu illərdə elmi işçi, 1979-1989-cu illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb.

1989-1992-ci illərdə Onomastika şöbəsinin, 1992-1998-ci illərdə Tətbiqi Dilçilik və Onomastika şöbəsinin müdiri işləyib. 1998-ci ildən yenidən Onomastika şöbəsinə rəhbərlik edir.

1974-cü ildə «Müasir Azərbaycan ədəbi dilində adlıq cümlə» mövzusunda namizədlik dissertasiyası, 1991-ci ildə «Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsində (SMOMRK) qeydə alınmış onomastik vahidlərin tarixi-etimoloji təhlili» adlı doktorluq dissertasiyası müdafiə edib, 1998-ci ildə professor elmi dərəcəsi alıb.

Tanınmış alim üç kollektiv əsərin müəlliflərindəndir: «Müasir Azərbaycan dili», Bakı, «Elm», 1981; «Azərbaycan dilinin semasiologiyası», Bakı, «Elm», 1985; «Azərbaycan dilinin onomastikası», Bakı, «Elm», 1987.

İki monoqrafiyası çap olunub: «Zaqafqaziyanın Azərbaycan toponimləri», Bakı, «Elm», 1990; «Nitq hissələrinin semantikası (oçerklər)», Bakı, «Elm», 1998.

Alim ölkəmizdə və xaricdə çap olünmüş 100 artıq məqalələrin müəllifidir.

Professor Qara Məşədiyev 3 doktorluq, 14 namizədlik dissertasiyasının elmi məsləhətçisi və elmi rəhbəri olub.

İnstitut ilk partiya təşkilatının katibi, həmkarlar komitəsinin sədri kimi ictimai vəzifələrdə çalışıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının (D.01.141) elmi katibidir.

* * *

►Müəllifi və həmmüəllifi olduğu kitablar

 

     

 

►Məqalələri:

►Adlıq cümlənin üslubi imkanları

►Zaman zərflərinin semantik xüsusiyyətlərinə dair

►Vasitəli və vasitəsiz nitq

►Azərbaycan onomastikasında gedən proseslər

►Toponim və terminlərin ortaq və oxşar xüsusiyyətləri

* * *

►Fotoqalereya

 

 
   

 

►Bax həmçinin:

Dil xal­qın dü­nə­ni, bu gü­nü və sa­ba­hı­dır

Qa­ra Mə­şə­di­yev: “Dün­ya dil­lə­ri ara­sın­da Azər­bay­can di­li qə­dər saf, gö­zəl, oy­naq, mu­si­qi­li, baş­qa dil­lə­rə da­ha asan tər­cü­mə olu­nan dil yox­dur”
   
A­zər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun Ono­mas­ti­ka şö­bə­si­nin mü­di­ri, Mil­li Məc­lis ya­nın­da To­po­ni­mi­ya ko­mis­si­ya­sı­nın üz­vü, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Qa­ra Mə­şə­di­yev uzun il­lər­dir Azər­bay­can di­li­nin ke­şi­yin­də da­ya­nan fə­da­kar alim­lə­ri­miz­dən­dir. O, Azər­bay­can ono­mas­ti­ka sa­hə­sin­də öz mək­tə­bi­ni ya­rat­mış alim­dir. Bu mək­təb doğ­ma xal­qı­na, onun qə­dim və zən­gin mə­də­niy­yə­ti­nə, di­li­nə, ta­ri­xi­nə, ədə­biy­ya­tı­na, mi­fo­lo­gi­ya­sı­na, mil­li təs­di­qi­nə əvəz­siz xid­mət gös­tə­rir. Dil­çi ali­m­lə öm­rü­nün 73-cü ba­ha­rın­da gö­rü­şüb ötən il­lə­rə nə­zər sal­dıq.
   
 ...Yol...
   
- Qa­ra müəl­lim, el­mə uzaq bir dağ kən­din­dən gəl­mi­si­niz. İs­tər­dim, söh­bə­ti­mi­zə də elə o uzaq kənd­dən, o uzaq il­lər­dən baş­la­yaq...

- Gə­də­bəy ra­yo­nu­nun uc­qar bir ye­rin­də, Şı­nıx böl­gə­si­nin Düz­rə­sul­lu so­vet­li­yi­nin Gö­yəm­li kən­din­də ana­dan ol­mu­şam. O kənd­də ki, cə­mi 8-9 ev var­dı. Bi­rin­ci si­nif­də oxu­maq üçün kən­di­miz­dən 20 ki­lo­metr ara­lı­da yer­lə­şən Za­man­lı kən­di­nə ge­dir­dik. Sə­hər yo­la dü­şüb gü­nor­ta mək­tə­bə ça­tır­dıq. Ba­la­ca uşaq­lar idik, çox əziy­yət çə­kir­dik, bu­na bax­ma­ya­raq, biz o kən­din uşaq­la­rın­dan da­ha yax­şı oxu­yur­duq. Yed­din­ci sin­fi bi­ti­rən­dən son­ra yo­lu­muz bir az da uzan­dı. 30 ki­lo­metr ara­lı­da yer­lə­şən Çay­rə­sul­lu kən­din­də­ki or­ta mək­tə­bə get­dik. Mək­tə­bi əla qiy­mət­lər­lə bi­tir­dim. Ba­kı­ya gə­lib sə­nəd­lə­ri­mi Azər­bay­can Pe­da­qo­ji Dil­lər İns­ti­tu­tu­na ver­dim, üç beş al­dım, Azər­bay­can-al­man di­li fa­kül­tə­si­nə da­xil ol­dum. 
   
İn­san bö­yü­dük­cə, yol­la­rı ki­mi ar­zu­la­rı da bö­yü­yür. Ar­zu­la­rı onu bö­yük, işıq­lı şə­hə­rə gə­tir­di. O za­man ağ­lı­na da gəl­məz­di ki, öm­rü­nün 56 ili­ni bu şə­hər­də ya­şa­ya­caq, dil­çi alim ola­caq, an­caq gö­zü­nü açan­da qav­ra­dı­ğı dia­lek­ti, ləh­cə­ni heç vaxt unu­da bil­mə­yə­cək­di...
   
Qa­ra Mə­şə­di­yev 1961-1966-cı il­lər­də M.F.A­xun­dov adı­na Azər­bay­can Pe­da­qo­ji Dil­lər İns­ti­tu­tun­da təh­sil alır. Son­ra iki il Gə­də­bəy ra­yo­nunun Maa­rif kənd sək­ki­zil­lik mək­təbin­də müəl­lim iş­lə­yir. 1968-ci il­dən Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tun­da ça­lı­şır. 1974-cü il­də "Müa­sir Azər­bay­can ədə­bi di­lin­də ad­lıq cüm­lə" möv­zu­sun­da na­mi­zəd­lik, 1991-ci il­də "Qaf­qa­zın əra­zi və tay­fa­la­rı­nın təs­vi­ri ma­te­rial­la­rı məc­muəsi"­n­də (SMOMPK) qey­də alın­mış Azər­bay­can (türk) mən­şə­li to­po­nim­lə­rin ta­ri­xi-linq­vis­tik təh­li­li” möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­sı­nı mü­da­fiə edir. 
   
- Dok­tor­luq dis­ser­ta­si­ya­sı­nı 17 ilə yaz­mı­şam. Çün­ki möv­zum ge­niş bir sa­hə­ni əha­tə edir­di. To­po­ni­mi­ka xal­qı­mı­zın ta­ri­xi­dir, sər­həd­lə­ri­miz­dir, yur­du­muz­dur. Dil­çi­lik ba­xım­dan bu to­po­nim­lə­ri araş­dı­rar­kən ta­ri­xin qa­ran­lıq qat­la­rın­dan türk tay­fa­la­rı­nın iz­lə­ri, mə­də­niy­yə­ti, kök­lə­ri haq­qın­da də­yər­li mə­lu­mat­lar əl­də et­dim. 
Əj­dər Fər­zə­li Qor­qud “Pro­fes­sor Qa­ra Mə­şə­di­yev öz mək­tə­bi­ni ya­rat­mış­dı” mə­qa­lə­sin­də ya­zır: “...Qa­ra müəl­lim bü­tün qay­ğı­la­rı­nı kə­na­ra qo­yub ye­ni­dən ar­xiv­lə­rə baş vur­du. 1881-ci ildən 1929-cu ilə ki­mi Tif­lis­də nəşr olun­muş, top­lu hal­da 46 cild­dən iba­rət “Qaf­qa­zın əra­zi və tay­fa­la­rı­nın təs­vi­ri məc­muə­si”­nin fun­da­men­tal təh­li­li­nə baş­la­dı.
Sö­zü­ge­dən mən­bə­nin təd­qi­qi ilə da­ha çox rus, er­mə­ni müəl­lif­lə­ri məş­ğul olur­du­lar. On­lar məc­muə­də - onun bü­tün 46 cil­din­də Azər­bay­can mən­şə­li to­po­nim­lə­ri, hid­ro­nim­lə­ri, və ant­ro­po­nim­lə­ri - on­la­rın rus di­lin­də ya­zı­lı­şı­na əsas­la­na­raq “er­mə­ni mən­şə­li” qə­lə­mə ver­mə­yə ça­lış­mış­dı­lar. Qa­ra Mə­şə­di­yev bu yo­zum­la­rın əsas­sız­lı­ğı­nı, elmlə heç bir əla­qə­si ol­ma­yan uy­dur­ma­lar ol­du­ğu­nu gör­dü, el­mi hə­qi­qə­ti na­ğıl­dan ayır­ma­ğın va­cib­liyi­ni və müm­kün­lü­yü­nü sü­bu­ta ye­tir­mə­yi qar­şı­sı­na məq­səd qoy­du”. Və bu­na na­il ol­du. 
    
Əsl müəl­lim ne­cə ol­ma­lı­dır?
   
- Bir gün Pla­ton­dan so­ru­şur­lar ki, ata­nı çox is­tə­yir­sən, yox­sa müəl­li­mi­ni. Pla­ton de­yir ki, atam mə­ni göy­lər­dən ye­rə en­dir­di, müəl­li­mim mə­ni yer­dən göy­lə­rə qal­dır­dı. Bu sə­viy­yə­yə gə­lib çıx­ma­ğı­nız­da müəl­lim­lə­ri­ni­zin ro­lu­nu ne­cə qiy­mət­lən­di­rir­si­niz və on­lar­dan kim­lə­ri da­ha çox xa­tır­la­yır­sı­nız?

- Müəl­lim­lə­rim­lə bağ­lı xa­ti­rə­lə­rim çox­dur. Or­ta mək­təb­də oxu­yan­da Mir­zə ad­lı yax­şı bir ta­rix müəl­li­mi­miz var­dı. Bu müəl­lim­dən dörd­dən ar­tıq qiy­mət al­maq qey­ri-müm­kün idi. Mən ge­cə-gün­düz oxu­dum, Mir­zə müəl­lim ha­ra­dan su­al ver­di­sə, ora­dan ca­vab ver­dim. Axır ki, Mir­zə müəl­lim­dən beş al­dım. Beş alan­dan son­ra Mir­zə müəl­lim qo­hu­mum Qə­dir ki­şi­yə de­yir ki, bu uşa­ğın ye­yə­si ol­sa, pro­fes­sor olar. İl­lər keç­sə də, o söz yad­da­şım­da ili­şib qal­dı. 1998-ci il­də pro­fes­sor adı­nı alan­da bi­rin­ci müəl­li­mi­mi xa­tır­la­dım. Onun uzaq­gö­rən­lik­lə de­di­yi sö­zü, bəl­kə də ar­zu­su­nu ger­çək­ləş­dir­di­yim üçün öm­rüm­də heç vaxt ke­çir­mə­di­yim qə­ri­bə bir se­vinc his­si ke­çir­dim.

Tə­lə­bə vax­tı da yax­şı müəl­lim­lə­rim olub. Biz tə­qaüd­lə do­la­nan tə­lə­bə­lər idik. An­caq əsl müəl­lim­lə­ri­mi­zin qay­ğı­sı­nı, diq­qə­ti­ni hə­mi­şə hiss edir­dik. Cə­fər Meh­di­yev, Əmi­nə Əli­ye­va, To­fiq Ha­cı­yev, Yu­sif Se­yi­dov, Ağa­mu­sa Axun­dov mə­nim ən yax­şı müəl­lim­lə­rim­dən olub­lar. Ağa­mu­sa Axun­dov həm də mə­nim dok­tor­luq dis­ser­ta­si­ya­mın məs­lə­hət­çi­si olub. Bax, bu müəl­lim­lə­ri­mi gö­rən­də, ba­şım­da pa­pa­ğım ol­sa, bu ya­şım­da da pa­pa­ğı gö­tü­rü­rəm, on­la­rın qar­şı­sın­da düz da­ya­nıb, baş əyi­rəm.

- Çin fi­lo­so­fu Kon­fut­si de­yir­di ki, əgər biril­lik pla­nın var­sa, ta­xıl ək, əgər 10 illik pla­nın var­sa, bağ sal, əgər 100 il­lik pla­nın var­sa, in­san­la­rı öy­rət. Siz də müəl­lim­lə­ri­ni­zin yo­lu­nu - 100 il­lik yo­lu seç­di­niz...

- Dok­tor­lu­ğu mü­da­fiə edən­dən son­ra mə­nim də dis­ser­tant­la­rım, as­pi­rant­la­rım ol­du. Yax­şı ki­tab­xa­nam var­dı, o ki­tab­xa­na­nı on­la­rın ix­ti­ya­rı­na ver­dim, ya­zı­la­rı­nı ge­cik­dir­mə­dən oxu­dum, əlim­dən gə­lən kö­mə­yi et­dim ki, on­lar bu yo­lu axı­ra ki­mi get­sin­lər. Bu gü­nə ki­mi 20 elm­lər na­mi­zə­di və elm­lər dok­to­ru­nun el­mi rəh­bə­ri ol­mu­şam. Ha­zır­da iki dok­to­ran­tım, 1 as­pi­ran­tım, 3 dis­ser­tan­tım var. 
   
O, in­di­yə qə­dər Azər­bay­can dil­çi­li­yi­nin ən müx­tə­lif sa­hə­lə­rin­də özü­nü sı­na­yıb. Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun ço­xil­lik fəa­liy­yə­ti­nin məh­su­lu olan "Müa­sir Azər­bay­can di­li" üç­cild­li­yin­də yaz­dı­ğı "Va­si­tə­siz və va­si­tə­li nitq" böl­mə­si, 1987-ci il­də çap­dan çıx­mış "Azər­bay­can di­li­nin ono­mas­ti­ka­sı (oçerk­lər)" ki­ta­bı­nın Q.Mə­şə­di­yev tə­rə­fin­dən ya­zıl­mış his­sə­lə­ri, "Za­qaf­qa­zi­ya­nın Azər­bay­can to­po­nim­lə­ri" mo­noq­ra­fi­ya­sı, "Müa­sir Azər­bay­can di­lin­də nitq his­sə­lə­ri­nin se­man­ti­ka­sı (oçerk­lər)" ki­ta­bı, Nə­ri­man Se­yi­də­li­yev­lə bir­gə ha­zır­la­dı­ğı "İzah­lı ono­mas­tik ter­min­lər lü­ğə­ti", Azər­bay­can dil­çi­li­yi­nin ən müx­tə­lif mə­sə­lə­lə­ri­nə da­ir çox­say­lı el­mi mə­qa­lə­lə­ri bir alim ki­mi Qa­ra müəl­li­min yük­sək el­mi qa­bi­liy­yə­tin­dən, ya­ra­dı­cı məh­sul­dar­lı­ğın­dan xə­bər ve­rir.
   
“Di­li­mi­zin qay­ğı­sı­na qal­ma­lı­yıq”
   
- Hər bir xa­lqın di­li həm də onun mə­də­niy­yə­ti­dir. Dil­çi alim ki­mi di­li­mi­zin bu­gün­kü sə­viy­yə­si si­zi qa­ne edir­mi?

- Dün­ya dil­lə­ri ara­sın­da Azər­bay­can di­li qə­dər saf, gö­zəl, oy­naq, mu­si­qi­li, baş­qa dil­lə­rə da­ha asan tər­cü­mə olu­nan dil yox­dur. Çox in­cə, mu­si­qi­li di­li­miz var. Biz di­li­mi­zin qay­ğı­sı­na qal­ma­lı­yıq, onu kə­nar tə­sir­lər­dən qo­ru­ma­lı­yıq. Müs­tə­qil öl­kə­yik, qa­pı­la­rı­mız dün­ya öl­kə­lə­ri­nin üzü­nə açıq­dır. Öl­kə­miz­də xa­ri­ci şir­kət­lər fəa­liy­yət gös­tə­rir. Təəs­süf ki, şə­hə­ri­miz­də çox ad­la­rı in­gi­lis di­lin­də ya­zır­lar ki, bu da di­lin qa­nun­la­rı­nı po­zur. Düz­dür, dün­ya dil­lə­ri ilə əla­qə­də, mü­na­si­bət­də ol­ma­lı­yıq, bey­nəl­xalq söz­lər is­tər-is­tə­məz di­li­mi­zə da­xil olur. On­la­rı qə­bul et­mə­li­yik. An­caq ça­lı­şıb di­li­mi­zə da­xil olan söz­lə­rin qar­şı­lı­ğı­nı tap­ma­lı­yıq. Biz di­li­mi­zin qay­ğı­sı­na qal­ma­lı­yıq və on­la­rı kə­nar tə­sir­lər­dən qo­ru­ma­lı­yıq. 
   
- Qa­ra müəl­lim, ins­ti­tut­da si­zə “Əsas” - “ins­ti­tu­tu­n əsa­sı” - de­yə mü­ra­ciət edir­lər. De­mək, bir növ om­buds­man mis­si­ya­sı­nı ye­ri­nə ye­ti­rir­si­niz.

- (gü­lür) Mə­ni sa­kit adam ki­mi ta­nı­yır­lar. Şi­ka­yə­ti, dər­di-sə­ri olan mə­nim ya­nı­ma gə­lir. İm­ka­nım da­xi­lin­də kö­mə­yə eh­ti­ya­cı olan­la­ra hə­mi­şə əl uzat­mı­şam. 
   
Bu yer­də müt­ləq bir ha­şi­yə çıx­ma­lı­yam. Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor Mə­sud Mah­mu­do­vun Qa­ra Mə­şə­di­yev haq­qın­da “Al­lah ada­mı” ad­lı ma­raq­lı bir ya­zı­sı var. Mə­sud Mah­mu­dov ya­zır:

"...O­nun haq­qın­da ilk cüm­lə­ni qə­lə­mə alar­kən xə­yal mə­ni 1978-ci ilə çə­kir. On­da Azər­bay­can Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tun­da ye­ni­cə işə baş­la­mış­dım. Gün­lə­rin bi­rin­də in­di­ki Sankt-Pe­ter­burq şə­hə­ri­nə bir ne­çə il­lik el­mi təc­rü­bə­yə gön­də­ril­mə­yim ba­rə­də qə­rar qə­bul olun­du və elə hə­min gün o, Dil­çi­lik İns­ti­tu­tu­nun dəh­li­zin­də mə­ni bir kə­na­ra çə­kib göz­lə­nil­mə­dən bir qom pul uzat­dı: "Uzaq yol ge­dir­sən, yad yer­də pul gə­rə­yin olar. Nə qə­dər la­zım­dır gö­tür". Özü­nə­məx­sus uşaq tə­bəs­sü­mü ilə gü­lüm­sün­dü: "Mən bu­nu sə­nə borc ki­mi ver­mi­rəm ki. Tə­ki sən oxu­yub yük­sə­lə­sən. Pu­lu qay­tar­ma­san da olar". 
   
Qa­ra müəl­lim sə­mi­mi­li­yi, meh­ri­ban­lı­ğı, in­san­pər­vər­li­yi ilə ət­ra­fın­da­kı­la­rı ya­şa­ma­ğa, ya­rat­ma­ğa hə­vəs­lən­di­rir. Onun­la gə­lə­cək plan­la­rı­nı mü­za­ki­rə edən hər kəs özü­nü məq­səd­lə­ri önün­də da­ha güc­lü, da­ha qə­tiy­yət­li hiss edir.
   
- Aza qa­ne olan in­san ki­mi de­yə bi­lər­si­niz­mi ki, in­sa­nın ən bö­yük bə­la­sı nə­dir?

- İn­sa­nın ba­şı­na nə gəl­sə nəf­sin­dən gə­lir. Hə­mi­şə ça­lış­mı­şam nəf­si­mə qa­lib gə­lim. Aman ver­mə­mi­şəm ki, nəf­sim mə­ni yol­dan çı­xar­sın. Bu cə­hət­dən özü­mü xoş­bəxt sa­yı­ram.
   
Qa­ra Mə­şə­di­yev həm də gö­zəl ai­lə baş­çı­sı­dır. Bö­yü­yə hör­mət, ədəb-ər­kan, İs­lam di­ni­nə eh­ti­ram, ha­lal süf­rə, ha­lal çö­rək bu ai­lə­nin əx­laq nor­ma­sı, ya­zıl­ma­mış qa­nu­nu­dur. Ai­lə üzv­lə­ri ona bö­yük eh­ti­ram bəs­lə­yir, müd­rik nə­si­hət­lə­ri­nə, öyüd­lə­ri­nə can­la-baş­la əməl edir­lər. Bu, da­xil­dən gə­lən bir sev­gi, hör­mət­dir. 
   
- Bö­yük öv­lad­la­rım var, gü­nün bu gü­nün­də də mən qa­pı­dan içə­ri ayaq qo­yan­da on­lar aya­ğa du­rur­lar, bir də­fə üz­lə­ri­nə ba­xan­da nə de­mək is­tə­di­yi­mi bi­lir­lər. Nə­və­lə­rim yax­şı oxu­yur. De­yi­rəm, kim da­ha yax­şı oxu­sa, ki­tab­xa­na­mı ona ba­ğış­la­ya­ca­ğam.

- 15 may si­zin do­ğum gü­nü­nüz­dür, ba­ha­rın 15-ci anı­nı ne­cə qar­şı­la­yır­sı­nız?

- Səs-kü­yə sal­maq is­tə­mi­rəm. Bu, ar­tıq iş­dir de­yib, yan ke­çi­rəm. Am­ma yu­bi­ley ya­şı­mı ya­xın­la­rım, doğ­ma­la­rım və dost­la­rı­mın əha­tə­sin­də ke­çir­mək is­tə­yi­rəm. Çün­ki get­dik­cə li­mit aza­lır...

Nik­bin xa­rak­ter­li Qa­ra müəl­lim sö­zü­nə da­vam edir:

- Ne­cə ki, ömür var, iş­lə­mə­li­yik, xal­qı­mı­za xid­mət et­mə­li­yik, öy­rə­nib bil­dik­lə­ri­mi­zi gənc nəs­lə öy­rət­mə­li­yik. Bir də Al­lah bi­zə kö­mək et­sin, sər­həd­lə­ri­miz bü­töv­ləş­sin, iş­ğal al­tın­da olan tor­paq­la­rı­mız azad ol­sun. Bu, xal­qı­mı­zın ən bö­yük ar­zu­su­dur.

“Dörd şey ge­ri gəl­məz: de­yi­lən söz, atı­lan ox, ke­çən za­man, qa­çı­rı­lan im­kan”. Ömər Xət­tab be­lə de­yir­di. Am­ma in­san­lar min il­lər­di ki, bu hə­qi­qə­ti bi­lə-bi­lə söz de­yir, ox atır, ke­çən za­ma­na ba­xır, im­ka­nı qa­çı­rır. Vaxt­dan uca­da da­ya­nan­lar isə za­ma­nın için­də vaxt ta­pıb elm zi­ya­sın­da nur­la­nır, baş­qa­la­rı­nın da öm­rü­nü işıq­lan­dı­rır. Qa­ra Mə­şə­di­yev ki­mi... 
   
Tə­ra­nə Va­hid

“Mədəniyyət” qəzeti, 11 may 2012-ci il

Xəbərlər
Redaktorun seçimi