“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.01.2013, 10:04
1283

25 yanvar

A- A+

25 yanvar 1938 - Məşhur rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Vısotski anadan olub...

 Azərbaycan

 

25 yanvar 1984 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915, Gəncə - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.

 

25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib. Avropa Şurasına üzvlük mədəniyyətimizin dünyada təbliği üçün də əlavə imkanlar açdı. Azərbaycan təşkilatın mədəniyyətlə bağlı proqramlarında iştirak edir, birgə layihələr həyata keçirilir.   

 

Dünya

 

25 yanvar 1743 - Alman yazıçısı və filosofu Fridrix Yakobi (Friedrich Heinrich Jacobi, 1743-1819) anadan olub. “Voldemar” romanının müəllifidir.

 

25 yanvar 1759 - Məşhur şotland şairi Robert Berns (Robert Burns; 1759-21.7.1796) anadan olub. Bernsin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.

 

25 yanvar 1831 - Rus filosofu, yazıçı, ədəbiyyatşünas Konstantin Nikolayeviç Leontyev (1831-1891) anadan olub. “Öz diyarında” romanının müəllifidir.

 

25 yanvar 1832 - Rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub. Məşhur əsərləri: “Ağcaqayın meşəsində səhər”, “Çovdar tarlası” və s.

 

25 yanvar 1874 - İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham, 1874-1965) anadan olub. “Ehtiraslar yükü”, “Ay və quruş” romanlarının, “Teatr”, “Ülgücün tiyəsi” povestlərinin müəllifidir.

 

25 yanvar 1882 - İngilis yazıçısı, modernist ədəbiyyatın nümayəndəsi Virciniya Vulf (Virginia Woolf, 1882-1941) anadan olub. Romanları: “Missis Delloey”, “Mayaka doğru”, “Orlando” və s.

 

25 yanvar 1938 - Məşhur rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938-25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz” filmində Jeqlov rolu ilə şöhrət qazanıb. “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi