“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.01.2013, 10:11
1478

31 yanvar

A- A+

31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Ələkbərov vəfat edib...

Azərbaycan

 

31 yanvar 1879 - Məşhur satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879-3.1.1927) Bakının Əmircan kəndində doğulub. "Molla Nəsrəddin",  "Şeypur", "Bəsirət" və s. jurnallarda şeirləri dərc edilib Milli teatr tariximizdə xidmətləri olub. 1907-ci ildə Bakıda təsis edilən “Səfa” cəmiyyətinin (1907-1918) yaradıcısı, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.

 

31 yanvar 1884 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884-6.3.1955, Ankara) Bakının Novxanı kəndində doğulub. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə gedib. Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Dövrün bir çox mətbu orqanlarında yazılarla çıxış edib. "Açıq söz" qəzetini, mühacirətdə "Azəri türkü", "Odlu yurd", "Qurtuluş" jurnallarını, "Bildiriş”, "İstiqlal" qəzetlərini nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və s. əsərlərin müəllifidir.

 

31 yanvar 1915 – Tanınmış aktrisa, Xalq artisti Vera Karlovna Şirye ((18)31.1.1915 - 2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.

 

31 yanvar 1924 - Əməkdar incəsənət xadimi, şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924-26.2.1996) anadan olub.

 

31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 26.3.1910- 1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif” - S.Vurğun, “Otello” - V.Şekspir və s.), kinoda (“Fətəli xan”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Böyük dayaq”) unudulmaz obrazlar yaradıb.

 

Dünya

 

31 yanvar 1715 - Fransız materialist filosofu Klod Adrian Helvetsi (Claude Adrien Helvetius; 1715-26.12.1771) anadan olub. Əsərləri: “Xoşbəxtlik”, “Ağıl haqqında” və s.

 

31 yanvar 1797 - Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert, 1797-1828) anadan olub. Musiqidə romantizmin banilərindən biridir. “Alfonso və Estrella” operası, doqquz simfoniya, 600-dən çox mahnının müəllifidir.

 

31 yanvar 1921 - Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza, 1921-1959) anadan olub.

 

31 yanvar 1924 - Məşhur gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İiliko və İllarion”, “Yalvarış”, “Arzu ağacı”, “Tövbə” və s.

 

31 yanvar 1935 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1994) laureatı Kendzaburo Oe anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İkiyüzyaşlı uşaq”, Əziz keçmişə məktublar” və s.

 

31 yanvar 1937 - Litva aktyoru, SSRİ Xalq artisti Reqimantas Adomaytis (Regimantas Adomaitis) anadan olub. Filmləri: “Bu şirin söz – azadlıq”, “Həyat gözəldir”, “İlğım” və s.

 

31 yanvar 1939 – Rusiyanın Xalq artisti, tanınmış aktyor Aleksandr Şalvoviç Poroxovşikov (1939 – 15-4.2012) anadan olub. Filmləri: “Özgələr arasında doğma, özünükülər arasında yad”, “Kapitan Nemo”, “Professor Douelin vəsiyyəti”, “Voroşilov nişançısı” və s.

 

31 yanvar 1987 - SSRİ Xalq artisti Veriko İvlianovna Ancaparidze (6.10.1900 -1987) vəfat edib. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində ana rolunda çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi