“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.01.2013, 09:39
1617

3 yanvar

A- A+

3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti Kövkəb Səfərəliyeva anadan olub...

Azərbaycan 

 

3 yanvar 1804 - Gəncə xanı Cavad xan (1748-1804) oğlu ilə birlikdə rus generalı Pavel Sisianovun qoşunları ilə döyüşdə həlak olub. Bu döyüşdən sonra rus qoşunları Gəncə xanlığını işğal ediblər. Cavad Şahverdi xan oğlu Ziyadoğlu Qacar 19 il Gəncə xanlığına rəhbərlik edib. Azərbaycanın tarixində cəsur sərkərdə, böyük vətənpərvər dövlət xadimi kimi qalıb.

 

3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 – 27.6.1985) anadan olub. Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.

 

3 yanvar 1917 - Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan “Arşın mal alan” filmi Bakıdakı "Forum" kinoteatrında ilk dəfə nümayiş olunub. Filmin keyfiyyəti çox aşağı olduğu üçün Üzeyir bəyin təkidi ilə yanvarın 8-də ekrandan çıxarılıb. Filmin rejissoru Boris Svetlov, operator Qriqori Lemberq idi. Rollarda Hüseynqulu Sarabski (Əsgər), Mirzağa Əliyev (Süleyman), Ələkbər Hüseynzadə (Soltan bəy), Əhməd Ağdamski (Gülçöhrə) və başqaları çəkiliblər.  

 

Dünya

 

3 yanvar 1829 – Tanınmış alman filoloqu, alman dilinin orfoqrafik lüğətinin (Duden lüğəti) yaradıcısı Konrad Duden ( Konrad Alexander Friedrich Duden; 1829-1911) anadan olub.

 

3 yanvar 1892 — İngilis yazıçısı, dilçi, ədəbiyyatşünas Con Ronald Tolkin (John Ronald Reuel Tolkien; 1892-1973) anadan olub. Məşhur “Üzüklərin hökmdarı” trilogiyasının müəllifdir. Digər əsərləri: “Silmarillion”, “Aotru və İtrun haqqında ballada”, “Hobbit, və ya oraya və geriyə” və s. Fentezi janrında ədəbiyyatın banilərindən biridir.

 

3 yanvar 1929 — İtalyan kinorejissoru Serco Leone (Sergio Leone; 1929-1989) anadan olub. Spaqetti-vestern janrının yaradıcısı sayılır. Filmləri: “Bir dəfə vəhşi Qərbdə”, “Bir dəfə Amerikada”, “Bir çəngə dollar üçün”, “Bir neçə dollar çox”, “Yaxşı, pis, bədnam”.

 

3 yanvar 1956 — İrland mənşəli Amerika aktyoru və kinorejissoru Mel Gibson (Mel Colm-Cille Gerard Gibson) Nyu-Yorkda doğulub. Filmləri: “Baunti”, “Ölümcül silah”, “Qadınlar nə istəyirlər?”, “Vətənpərvər” (aktyor), “Cəsur  ürək” (rejissor və aktyor; film 5 “Oskar” mükafatı qazanıb), “İsa Məsih ehtirasları”, “Apokalipsis” (rejissor). 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi