“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.01.2013, 10:03
1672

29 yanvar

A- A+

29 yanvar 1927 - Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Vəkilova anadan olub...

Azərbaycan

 

29 yanvar 1927 - Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927-20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində kiassik rəqslər fənnindən dərs deyib, 1992-ci ildən bu tədris ocağına rəhbərlik edib.

 

29 yanvar 1950 - Yazıçı-publisist, dramaturq Xeyrəddin Qoca anadan olub. “Hərənin öz payı...”, “Qonşulaşma, qohumlaşma, kirvələşmə”, “Bu bizim zəmanədir”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” və s. pyeslərin müəllifidir.

 

Dünya

 

29 yanvar 1860 - Görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) Taqanroq şəhərində (Rostov vilayəti) doğulub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, ” Üç bacı” pyesləri, “Çöl”, “6 nömrəli palata”, “Mujiklər” povestləri, “Buqələmun”, “Unter Prişibeyev”, “Qılaflı adam” hekayələri və s.

 

29 yanvar 1866 - Fransız yazıçısı, ictimai xadim, alim-musiqişünas, ədəbiyyat üzrə Nobel mükafatı (1915) laureatı Romen Rollan (Romain Rolland; 1866-30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton”, “On dörd iyul” pyesləri və.

 

29 yanvar 1933 - Fransız müğənnisi, bəstəkar, aktyor Saşa Dastel (Sacha Distel, 1933-2004) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi