23 yanvar
23 yanvar 1783 - Görkəmli fransız yazıçısı, realist roman janrının banilərindən biri Anri Mari Stendal anadan olub...
Azərbaycan
23 yanvar 1927 - Xalq artisti, tanınmış rəqqas Böyükağa Mircəfər oğlu Məmmədov anadan olub. Milli rəqs sənətimizin inkişafında xidmətlər göstərib, “Arşın mal alan” (1965) filmində rəqslərin quruluşunu (Əminə Dilbazi ilə) verib.
23 yanvar 1935 - Şair, dramaturq Cahangir Atakişi oğlu Məmmədov anadan olub.
23 yanvar 1951 - Kamança ifaçısı, sənətşünaslıq doktoru Rafiq Hüseyn oğlu İmrani anadan olub.
23 yanvar 2011 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935-2011) vəfat edib. Azərbaycan televiziyasının ilk futbol şərhçisi idi.
Dünya
23 yanvar 1783 - Görkəmli fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle - Stendhal, 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.
23 yanvar 1832 - Fransız rəssamı, impressionizmin banilərindən biri Eduard Mane (Edouard Manet, 1832-1883) anadan olub.
23 yanvar 1903 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Vasilyeviç Aleksandrov (Mormonenko; 1903-1983) anadan olub. Sovet kinosunda ilk musiqili komediyaları (“Şən uşaqlar”, “Volqa-Volqa”) çəkib.
23 yanvar 1923 - Fransız rejissoru, ssenarist Jak Vilfrid (Jacques Vilfrid, 1923-1988) anadan olub. Jandarmlardan bəhs edən komediyaların (baş rolda Lui de Fünes) ssenari müəllifidir.
23 yanvar 1930 – Sent-Lusiya (Qəraib dənizi, Şimali və Cənubi Amerika arasında kiçik ada dövləti) şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992) Derek Elton Uolkot (Derek Alton Walcott; 1930 – 17.3.2017) anadan olub. 70-ci illərdə ABŞ-a köçüb, Boston Universitetinin professoru olub. Ömrünün son illərini vətənində keçirib.
23 yanvar 1989 - Dünya şöhrətli ispan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904-1989) vəfat edib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: