“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.04.2013, 09:20
1526

1 aprel

A- A+

1 aprel 1981 – Xalq şairi Rəsul Rza vəfat edib...

Azərbaycan

 

1 aprel 1916 – Tanınmış şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 - 7.5.1968) anadan olub. “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Elə xoşbəxtəm ki!” və s. kitabların müəllifidir. Şeirlərinə mahnılar (o cümlədən Rauf Hacıyevin yazdığı və Rəşid Behbudovun ifasında dillər əzbəri olan “Azərbaycan” mahnısı) bəstələnib. Radio və Televiziya Verilişləri Komitəsinin sədri (1964-1968) işləyib.

 

1 aprel 1937 - Əməkdar mədəniyyət işçisi, şair Ayaz Vəfalı (Ayaz Rza oğlu Cəfərov) Cəlilabad) rayonunun Sabirabad kəndində аnаdаn оlub. “İllər və nəsillər”, “Turacın mahnısı”, “Özü oda yana-yana”və s. kitabların müəllifidir.

 

1 aprel 1953 - Yazıçı və jurnalist Aqil Abbas (Aqil Məhəmməd oğlu Abbasov) Ağcabədi rayonunun Kolanı kəndində doğulub. Əsərləri: “Batmanqılınc”, “Qiyamət gecəsi”, “Dolu” və s. 2005-ci ildən Milli Məclisin deputatıdır. 

 

1 aprel 1954 - Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884, Şuşa - 1954) vəfat edib. Milli teatrımızda azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun"da Leyli) qadın rollarını oynayıb. Pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tar müəllimi işləyib. 

 

1 aprel 1981 – Xalq şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910, Göyçay – 1981) vəfat edib. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes), "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər"  kitabları və s. N.Gəncəvinin «Xosrov və Şirin» poemasını, rus (A.Puşkin, M.Lermontov, V.Mayakovski) və Avropa şairlərinin (C.Bayron, H.Heyne və s.) əsərlərini dilimizə tərcümə edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. 

 

Dünya

 

1 aprel bir sıra ölkələrdə “gülüş və zarafat günü” kimi qeyd olunur. Avropada XVI əsrdən qeyd olunmağa başlayıb. 1564-cü ildə Fransada IX Karl yeni təqvim ilinin ənənəvi olaraq qeyd edilən 1 apreldən 1 yanvara keçirilməsi barədə fərman vermişdi. Buna rəğmən uzun illər insanlar zarafatla 1 apreli “yeni il bayramı” kimi qeyd ediblər. Sonradan bu tarix yalançı (aldatma) günü kimi ənənə halını alıb.
 
 

1 aprel 1809 - Görkəmli rus yazıçısı, dramaturq, publisist Nikolay Vasilyeviç Qoqol (Yanovski); 1809 - 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri, “Şinel”, “Taras Bulba” povestləri və s. əsərlərin müəllifidir.
 

1 aprel 1866 - İtalyan bəstəkarı, yazıçı və pedaqoq Ferruçço Buzoni (Dante Michelangelo Benvenuto Ferruccio Busoni, 1866-1924) anadan olub.
 

1 aprel 1873 - Məşhur rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Amerikaya mühacirət edib.

 

1 aprel 1921 - Fransanın kommunist təmayüllü tanınmış yazıçısı Andre Stil (1921- 2004) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi