8 aprel
8 aprel 1973 - Dünya şöhrətli ispan rəssamı Pablo Pikasso vəfat edib...
Azərbaycan
8 aprel 2000 - Bakıda böyük türk (oğuz) eposu "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi münasibətilə türkdilli ölkələrin dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib.
Dünya
8 aprel 1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.
8 aprel 1843 - Danimarka bəstəkarı, dirijor Asqer Hamerik (1843-1923) anadan olub.
8 aprel 1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub. Əsərləri: “Avropa elmlərinin böhranı və transendental fenomenologiya”, “Məntiqi tədqiqatlar”.
8 aprel 1973 - Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10.1881 - 1881) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: "Avinyonlu qızlar", "Şar üzərində qızcığaz", "Gernika".
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: