“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.05.2013, 11:20
1598

12 may

A- A+

12 may 2011 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu vəfat edib...

Azərbaycan

 

12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 – 10.6.1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının və bir çox mahnıların mahnıların ( "Oxu tar","Qurban adına", “Həkim qız","Oxu, gözəl" və s.) müəllifidir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün dərs vəsaitləri yazıb.

 

12 may 1925 – Yazıçı Bayram Həsən oğlu Həsənov (1925 - 28.2.1979) Qərbi Azərbaycanda - Ermənistanın Allahverdi (Alaverdi) rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün bir çox əsərlərin müəllifidir.

 

12 may 1940 - Şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla (Hacaloğlu) Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində doğulub. Ukrayna ədəbiyyatından (Taras Şevçenko, Lesya Ukrainka və d.) dilimizə tərcümələr edib.

 

12 may 2011 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 18.10.1949 – 2011) vəfat edib. 1982-1989-cu illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib. Bir sıra filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.

 

Dünya

 

12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet, 1842-1912) anadan olub. Əsərləri: “Verter”, ”Tais” və s.

 

12 may 1899 - Fransızdilli Belçika şairi Moris Karem (Maurice Careme, 1899-1978) anadan olub.

 

12 may 1907 - Amerikanın əfsanəvi kinoaktrisası Ketrin Hepbern (Katharine Hepburn, 1907-2003) anadan olub. Kino tarixində ən çox - dörd dəfə «Oskar» mükafatına layiq görülüb. Filmləri: “Erkən şöhrət”, “Filadelfiya əhvalatı”, “Adəmin qabırğası” və s.

 

12 may 1909 - Rus şairi və yazıçısı Yuri Dombrovski (1909-1978) anadan olub. “Gərəksiz əşyalar fakültəsi” romanı ilə tanınıb.

 

12 may 1930 - İspan kinorejissoru Xesus Franko (Jesus Franco Manera Cao) anadan olub.

 

12 may 1933 - Tanınmış rus şari Andrey Andreyeviç Voznesenski (1933 - 1.6.2010) anadan olub.

 

12 may 1942 - Amerikanın fantast yazıçısı Barri Lonqier (Barry Brookes Longyear) anadan olub.

 

12 may 1966 - Amerikalı kinoaktyor Stiven Bolduin (Stephen Baldwin) anadan olub. Filmləri: “Şübhəli adamlar”, “Düşmə zamanı”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi