“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.05.2013, 09:43
1149

3 may

A- A+

3 may 1938 - Xalq artisti Kamal Xudaverdiyev anadan olub...

Azərbaycan

 

3 may 1857 - Yazıçı-publisist, tərcüməçi, aktyor və teatrşünas Əsgər ağa Gorani (Əsgər Haqverdi bəy oğlu Adıgözəlov; 1857-1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli teatr tarixinin əsasını qoyan "Lənkəran xanının vəziri" tamaşasında baş rolu (Teymur ağa) oynayıb. "Qara yel" romanının müəllifidir. 

 

3 may 1919 – Tanınmış tarzən, bəstəkar, Əmәkdar artist Adil Gәray (Adil Heybәtqulu oğlu Mәmmәdbәyli; 1919-1973) Bakıda anadan olub. Tar üçün bir sıra əsərlərin, “İbtidai məktəblər üçün nəğmələr məcmuəsi”nin və s. müəllifidir.

 

3 may 1938 - Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 – 23.4.2008) Bakıda doğulub. 1965-ci ildən Akademik Milli Dram Teatrında çalışıb.  «Atayevlər ailəsində» (İldırım Atayev), «Alov» (Cəlal Qaşqay), «Şərqin səhəri» (Cavanşir bəy) televiziya tamaşalarında, “İtkin gəlin” teleserialında (Nəcməddin), “İstintaq davam edir” (Çingizov), “Ən vacib müsahibə” (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), “Otel otağı” (Erol bəy) və s. filmlərdə çəkilib.

 

3 may 1957 - Bəstəkar Cəmil Fikrət oğlu Əmirov anadan olub. Müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyalarının müəllifidir. Bir sıra sənədli və qısametrajlı filmlərə musiqi yazıb.

 

3 may 1995 - Türkiyənin texniki yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib. Mərasimdə Türkiyə XİN başçısı Ərdal İnönü iştirak edib.

 

Dünya

 

3 may dünyada “Beynəlxalq söz və mətbuat azadlığı günü” (World Press Freedom Day) kimi qeyd olunur. 1991-ci il mayın 3-də dünya jurnalistlərinin Namibiyanın paytaxtı Vindhukda keçirilən regional seminarında qəbul olunmuş dünya hökumətlərinə müraciət - “Vindhuk Bəyannaməsi” ilə əsası qoyulub. 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən rəsmi gün kimi təsis edilib.

 

3 may 1469 - İtalyan filosofu, yazıçı və tarixçi Nikkolo Makiavelli (Niccolò Machiavelli; 1469-22.6.1527) Florensiyada doğulub.Siyasət və əxlaq mövzusunda “Hökmdar” xüsusilə məşhurdur. “Florensiya tarixi”ni yazıb.

 

3 may 1910 - Məşhur rus şairi və yazıçısı Olqa Fyodorovna Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, radioda çalışıb, “Leninqrad poeması”nı yazıb.

 

3 may 1939 - Tanınmış rus rejissoru Leonid Neçayev (1939-2010) anadan olub. Məşhur uşaq filmlərinin (“Buratinonun macəraları”, “Qırmızıpapaq” və s.) filmlərə quruluş verib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi