“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.05.2013, 10:00
1805

26 may

A- A+

26 may 1914 - Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev Füzuli şəhərində anadan olub...

Azərbaycan

 

26 may 1877 - Maarifçi-alim Məhəmmədəli Tərbiyət (1877 – 17.1.1940) Təbrizdə doğulub. Şəhərin bələdiyyə rəisi olub, yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb. Qədim zamandan XX əsrədək Azərbaycan mədəniyyəti tarixini əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik toplusunun müəllifidir.

 

26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi, digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, «El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Stalin repressiyasının qurbanı olub.

 

26 may 1914 - Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsində», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» və s.) müəllifidir.

 

26 may 1922 - Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib.

 

26 may 1938 - Şair Adil Rəsul (1938-1997) anadan olub.

 

26 may 1941 – Xalq artisti, tanınmış televiziya və radio diktoru Ofelya Hacağa qızı Sənani anadan olub. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmlərində çəkilib.

 

26 may 1953 - Tanınmış jurnalist, publisist, tərcüməçi, ədəbiyyatşünas Elmira Hüseyn qızı Axundova anadan olub. "Poliqrafçının ölümü", "Həqiqət anı" və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının (İ.Şıxlı. B.Bayramov,V.Babanlı, M.Süleymanlı və s.) əsərlərini rus dilinə tərcümə edib. 2005-ci ildən Milli Məclisin deputatıdır.

 

Dünya

 

26 may 1822 - Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt ; 1822 - 16.7.1896) anadan olub. Məşhur yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Oonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.

 

26 may 1842 – Tanınmış gürcü yazıçısı və şairi Georgi Seretelli (1842 -1900) аnаdаn оlub. Əsərləri: “İlk addım”, “Asimat xala”, “Boz qurd” və s.

 

26 may 1878 - Amerikalı balerina, baletdə modern rəqsin banilərindən biri Aysedora Dunkan (Isadora Duncan; 1878-1927) anadan olub.

 

26 may 1894 - Macar əsilli Amerika aktyoru Pol Lukas (Paul Lukas, 1894-1971) anadan olub.

 

26 may 1900 - Çex şairi, bəstəkarı və rəssamı Vitezlav Nezval (1900-1958) anadan olub.

 

26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub.

 

26 may 1908 - Rus yazıçı-dramaturqu Aleksey Nikolayeviç Arbuzov (1908-1986) anadan olub. Əsərləri: “Köhnə dəbli komediya”, “Tanya”, “On ikinci saat” və s.

 

26 may 1929 - Fransız aktyoru və rejissoru Fransua Leterye (Francois Leterrier) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi