“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.05.2013, 10:05
1418

27 may

A- A+

27 may 1956 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun vəfat edib...

Azərbaycan

 

27 may 1906 - Xalq artisti, rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.

 

27 may 1926 - Xalq şairi, görkəmli nasir Söhrab Tahir (Söhrab Əbülfəz oğlu Tahiri) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına gəlib. Onlarla poema, mindən çox şeir, bir sıra roman və povestlər, hekayə və publisistik məqalənin müəllifidir. Kitabları : “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.

 

27 may 1956 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsidir. 20-dən çox poemanın ("Muğan", "Aygün", “Komsomol poeması”, “Zəncinin arzuları” və s.), "Vaqif", "Fərhad və Şirin", “ İnsan” və s. mənzum dramların, dillər əzbəri olan onlarla şeirlərin müəllifidir. A.Puşkinin "Yevgeni Onegin", N.Gəncəvinin "Leyli və Məcnun" (fars dilindən) poemalarını tərcümə edib.

 

27 may 1992 - Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul edib. Üzeyir Hacıbəyli və Əhməd Cavadın yazdıqları "Azərbaycan marşı" (1919) Dövlət himni kimi təsdiq edilib. Azərbaycanın himni yazılması barədə qərar hələ 1920-ci ilin yanvarında Xalq Cümhuriyyəti parlamenti tərəfindənqəbul edilsə də, 1920-ci il 28 aprel işğalı onun icrasına imkan verməmişdi.

 

27 may 2008 - Tanınmış televiziya mütəxəssisi, Əməkdar incəsənət xadimi Elşad Quliyev (1941, Cəlilabad - 2008) vəfat edib. 1983-1990-cı illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri işləyib. Bir sıra sənədli filmlərin ssenari müəllifidir.

 

Dünya

 

27 may 1840 - Məşhur italyan bəstəkarı və skripkaçısı Nikkollo Paqanini (1782-1840) vəfat edib.

 

27 may 1888 - Fransız bəstəkarı Lui Dürey (1888-1979) anadan olub.

 

27 may 1922 - Məşhur Amerika kinoaktyoru Kristofer Li (Christopher Frank Carandini Lee) anadan olub. 260-dan çox filmdə (o cümlədən 70-dək qorxu filmi) rol almış aktyor kimi adı “Ginnesin rekordlar kitabı”na düşüb.

 

27 may 1956 - İtaliya rejissoru Güzeppe Tornatore (Giuseppe Tornatore) anadan olub. Filmləri: “Yeni kinoteatr “Paradiso” (“Oskar” laureatı), “Malena” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi